Panagia Ekatontapiliani (sözbəsöz tərcümədə 100 qapılı kilsə deməkdir) və ya Panagia Katapoliani — Yunanıstanın Paros adasında yerləşən Parikiya şəhərindəki tarixi bizans kilsə kompleksi. Kilsə kompleksində, iki ibadətgah və xaç şəklində olan baptisteriya ilə əhatə olunmuş əsas ibadətgah yerləşir.
Kilsə adının mənşəyi bəlli deyil, çünki onun yüz qapı və ya darvazası yoxdur. Bir nəzəriyyə əsasən bu "Katapoliani" ("Aşağı Şəhər kilsəsi") adının təhrif olunduğuna görədir, çünki o, Parikia şəhərinin aşağı hissəsinin dəniz sahilində yerləşir.
Kilsə 326-cı ilə aid edilir. Ehtimal var ki, onun qədim xüsusiyyətləri, xristianlığın 391-ci ildə Roma İmperiyasının dövlət dini olaraq qəbul edilməsindən öncəki dövrə aid olunur. Kilsə, Roma imperatoru Böyük Konstantinin (hakimiyyət illəri 306–337) anası müqəddəs Yelena tərəfindən qurulduğu iddia olunur. Yelena bunu Müqəddəs Torpaqlara zəvvarlığı əsnasında, adada bir ibadətgahda ibadət etmək üçün dayandığı zaman etmişdir. Həmçinin, ərazidə sonradan aparılan tikinti işləri I Yustiniana bağlayırlar. Ərazi 18-ci əsrdə baş verən zəlzələ nəticəsində çox zərər gördü, lakin tədricən bərpa edildi.[1] Ekatontapiliani Məryəm zəvvarları arasında Egeyin məşhur kilsəsi hesab olunur, ondan daha məşhuru qonşu Tinos adasında yerləşən Meqalohara kilsəsidir.