Zəvvarlıq — müəyyən bir din üçün vacib sayılan coğrafi yerlərə və obyektlərə ibadət etmək, və ya bəzən tanınmayan və ya unudulmuş bir yerə özünün, başqaların, təbiyyətin və ya üstün yaxşılığın yeni mənasını tapmaq və ya onu genişləndirmək məqsədi ilə səyahət.[1][2][3]
Zəvvarlıq bir sıra dinlər tərəfindən müxtəlif adlar altınd təlim olunur:
İslamda həcc Məkkənin və onun ətrafların ziyarətidir. Şiə İslamda bundan əlavə Ərbəin günü Kərbəla şəhərində baş verən mərasimlərə zəvvarlığı var.
Hinduizmdə, Buddizmdə, Caynizmdə və Siqhizmdə hər hansı müqəddəs obyektinin yerinə gedib, onun ətrafında çevirmək ənənəsi var. Hindistanda ona parikrama, Tibetdə isə kora deyirlər.
Müqəddəs torpaqlar üç İbrahimi dinlər (yəhudilik, xristianlıq və İslam) üçün vacib zəvvarlıq istiqamətidir.[4]Birinci səlib yürüşünün səbəblərdən biri o dövrdə Fələstini idarə edən türklərin ora zəvvarlıq edən xristianlara qarşı qaba rəftar idi. Bəzi mənbələr səlib yürüşçülərin özlərini də zəvvar adlandırır. Onlara günahların silinməsi vəd olunurdu. Bu isə adətən cənnətə giriş haqqı kimi başa düşülür.[5]
↑Reader, Ian; Walter, Tony, redaktorlar Pilgrimage in popular culture. [Place of publication not identified]: Palgrave Macmillan. 2014. ISBN978-1349126392. OCLC935188979.