Pandemonium[1] (ing. Pandæmonium) — Con Miltonun "İtirilmiş cənnət" epik poemasında cəhənnəmin paytaxtı. "Pandemonium" yunan dilində "hamısı" və ya "hər biri" mənasını verən "παν" və "kiçik mələk" və ya "kiçik ruh" demək olan "δαιμόνιον" sözlərindən gəlir. Xristianlar ikinci sözü "kiçik cin", daha sonra isə "demon" kimi təfsir etmişdir.. Beləliklə, bu söz "Bütün demonlar" kimi tərcümə olunur, lakin "Παν-δαιμον-ειον", yəni "pandemoneyos" sözü "bütün iblislər yeri" kimi də şərh edilir.
Con Milton cəhənnəmin paytaxtının adını"İtirilmiş cənnət" əsərində birinci nəğmənin (1667) sonunda yaratmışdır. Burada Mamonanın təklifi ilə "Şeytanın və onun tərəfdaşlarının uca paytaxtı" tikilmişdir. Əvvəl cənnətdə sarayların dizayneri olmuş memar Mulsiber tərəfindən hazırlanmışdır. Roma dövründə Mulsiber tanrı Vulkanın başqa adı idi.