Pandus

Əlil arabası ilə pandusdan istifadə edən şəxs.

Panduspilləkən əvəzinə istifadə edilən maili müstəvi. Əsasən əlil arabasından istifadə edən şəxslər üçün quraşdırılır. Daimi və portativ növləri var.

Əlil şəxslər üçün ilk panduslar e.ə. IV əsrdə Qədim Yunanıstanda tikilmişdir. Təbabət tanrısı Asklepiyə həsr olunmuş məbədlərə girişi asanlaşdırmaq üçün bu cür panduslar tikilirdi. Bəzi tarixçilər həmin pandusların sağlam insanlar üçün də nəzərdə tutulduğunu bildirir.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Pandus əsasən əlil arabasından istifadə edən şəxslərin hərəkətini asanlaşdırmaq üçün pilləkən əvəzinə quraşdırılır. Panduslarınn mailliyi səkilərə uyğun olaraq 8–10 faiz arasında dəyişir və sürüşməyə davamlı hazırlanır.[2] Pandusla qalxarkən təhlükəsizliyi təmin etmək üçün pandus məhəccər və təktil plitəsi ilə təmin olunur.[3]

Azərbaycanda pandusların tikintisi ilə Bakı Nəqliyyat Agentliyi məşğul olur.[4] Bakı metropoliteninin bir çox stansiyasında pandus yoxdur. Bunun səbəbi SSRİ dövründə əlil arabası ilə metrodan istifadənin qadağan olması idi.[5]

  1. Curry, Andrew. "Ramps for disabled people trace back to ancient Greece". Science.org (ingiliscə). 20 iyul 2020. 2020-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2024.
  2. "Bakı Nəqliyyat Agentliyi: Bakının 5 rayonunda 421 pandus quraşdırılacaq". BBC Azərbaycan. 23 dekabr 2017. 2024-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2024.
  3. "Bakı Nəqliyyat Agentliyi pandus və məhəccərləri təmir etdirəcək". Azərtac. 5 may 2019. 29 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2024.
  4. "Əlilliyi olan şəxslərə Azərbaycanda əngəllər…". Azadlıq Radiosu. 24 yanvar 2022. 2024-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2024.
  5. "Sovet hökumətinin qoyduğu qadağa, Bakı metrosunun düzəldə bilmədiyi problem". Oxu.az. 6 iyun 2024. 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]