Panteon (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi[5]
Panteon | |
---|---|
Pantheon | |
41°53′55″ şm. e. 12°28′37″ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Şəhər | Roma |
Yerləşir | Roma[1][2] |
Sifarişçi | Mark Vipsani Aqrippa, Adrian |
Tikilmə tarixi | 118-128 |
Üslubu | Qədim Roma memarlığı |
Hündürlüyü | 43,3 m |
Uzunluğu |
|
Eni | 54,5 m |
Sahəsi | |
Material | beton |
Vəziyyəti | kilsə kimi fəaliyyət göstərir |
Rəsmi sayt | pantheonroma.com |
Rəsmi adı: Historic Centre of Rome, the Properties of the Holy See in that City Enjoying Extraterritorial Rights and San Paolo Fuori le Mura | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1980 |
İstinad nöm. | 91 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Panteon e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir.
Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir.
Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.
Panteonda İtaliyanın bir çox məşhur adamları: Rafael, kral Viktor II Emmanuel və I Umberto dəfn edilmişdir. Damında olan yarıq Panteonun özəl xüsusiyyətlərindəndir.