I Umberto

I Umberto və ya I Humbert (it. Savoia Umberto Ranieri Karlo Emanuele Giovannı Mariya Ferdinando Eugenio; 14 mart 1844[1][2][…], Turin, Sardiniya krallığı[4]29 iyul 1900[3][1][…], Monsa, İtaliya krallığı[4]) — İtaliyanın ikinci kralı olmuş, "İl Buono" (Yaxşı) Kral ləqəbilə taınır.

I Umberto
it. Umberto I
9 yanvar 1878 – 29 iyul 1900
ƏvvəlkiII Viktor Emanuel
SonrakıIII Viktor Emanuel
Şəxsi məlumatlar
Doğum tarixi 14 mart 1844(1844-03-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 iyul 1900(1900-07-29)[3][1][…] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Fəaliyyəti monarx, suveren[d]
Atası II Viktor Emanuel
Anası Avstriyalı Adelaida
Həyat yoldaşı Savoyyalı Marqerita
Uşağı III Viktor Emanuel
Ailəsi Savoyya sülaləsi
Dini Roman katolisizmi
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Umbertonun dövründə İtaliya krallığı Afrikada müstəmləkə işğallarına başladı. 1896-cı ildə Adova (İtalyanca Adua) döyüşündə Efiopiya tərəfindən məğlub edilməsinə baxmayaraq, nəhayətdə EritreyanıSomalinin xeyli hissəsini əldə etməyə nail olur. 1882-ci ildə İtaliya krallığı, Almaniya imperiyasıAvstriya-Macarıstan imperiyası ilə Üçlər İttifaqını yaradırlar.

Ona sol dairələrdə xüsusi nifrət var idi, buna səbəb onun konservatizmi və Milanda Bava Beccaris qırğınına dəstəyi idi. Ona xüsusilə anarxistlər tərəfindən nifrət edilirdi, anarxistlər ona hakimiyyətinin birinci ilində sui-qəsd cəhdi etmişdilər. Gaetano Bresci adlı bir anarxist, Bava Beccaris qirğınından iki il sonra Kral I Umbertonu sui-qəsd nəticəsində qətlə yetirir.

Gənclik dövrü

[redaktə | mənbəni redaktə et]

II Viktor Emanuelin və Avstriyanın Ershersoginiyası Adelaidanın oğlu idi. Umberto o dövr ki, Sardiniya krallığının paytaxtı Turində doğulub. O zaman, atası II Viktor Emanuel 24-cü ad gününü qeyd edirdi. Onun təhsili Massimo Taparelliyə, Markiz d'Azeglioya, Pasquale Stanislaoya həvalə edildi. 1858-ci ilin martından orduda kapitan rütbəsindən başlayaraq xidmət etməyə başlayır. O II İtaliya İstiqlaliyyət Müharibəsində və 1866-cı il müharibələrində (III İtaliya İstiqlaliyyət Müharibəsi) iştirak etmişdir.

Əvvəlcə, Umberto Avstriyanın Ershersoginiyası Matilda ilə evləndi, Matilda Avstriya İmperator sülaləsinin uzaq yan nəslindən idi, lakin o, 18 yaşında bədbəxt hadisə nəticəsində vəfat etdi. Bundan sonra I Umberto öz qohumu və Savoyya sülaləsindən olan Marqerita Tereza Giovanna ilə evlənir (1868-ci ilin 21 aprelində).

Hakimiyyətə gəlişi

[redaktə | mənbəni redaktə et]

Atasının vəfatından sonra (9 yanvar 1878-ci il) Umberto taxta çıxdı. O, IV Savoyyalı Umberto yerinə I İtaliyalı Umberto adını götürdü. Onun razılığı ilə atası Superga Bazilikası Kral Mavzoleyi yerinə Romada Panteonda basdırıldı.

Üzərində I Umbertonun şəkli olan və 1888-ci ildə zərb olunan 20 lirə.

I Umbertoya qarşı birinci sui-qəsd cəhdi

[redaktə | mənbəni redaktə et]

I Umberto Kraliça Marqerita və Baş Nazir Benedetto Kairoli ilə Neapolda səfərdə olarkən hücuma məruz qalır. Belə ki, parad zamanı, kütlə işindən çıxaraq krala hücum edən, italiyalı anarxist Giovannı Passannante Kral yavəri tərəfindən zərərsizləşdirilir, lakin Baş Nazir omba nahiyəsindən cidd şəkildə yaralanır. Kral sui-qəsdçının edam olunmasını istəyir, lakin qanuna görə yalnız kral öldüyü zaman cinayətkar edam oluna bilərdi. Buna görə də, Passannante ağır katorqa işlərinə göndərilir. Hansıki, 1.4 metr hündürlükdə olan kiçik bir oyuqda yaşayacaq, özüdə 18 kq zəncir ilə. Passanante bir neçə ilə vəfat edir. Bu hücum kraliçaya çox pis təsir edir və onun səhhətində bir neçə il problemlərə səbəb olur.

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]

I Umberto xarici siyasətində Avstriya-Macarıstan və Almaniya ilə yaxınlıq edirdi. Bu dövrdə ən böyük problemlərdən biri də Mərakeş problem idiş Çünki buraya həm İtaliya həmçinin də İtaliya iddia edirdi. O dövrdə Avropanın ən böyük güclərindən olan Almaniya imperiyasının Kansleri Otto fon Bismark İtaliyanın gələcəkdə FransaB.Britaniya Krallığı ilə yaxınlaşmasının qarşısını almaq üçün gğzəl plan hazırladı. Belə ki, gizli danışıqlarda Almaniya Fransanın Mərakeşdəki hüquqlarını tanıdığını bildirdi, Almaniyanın dəstəyini alan Fransa Mərakeşi tutdu. Bunu görən İtaliya Fransa və B. Britaniyaya yox, bundan sonra Almaniyaya meyil etdi. 1882-ci ildə isə "Üçlər İttifaqı"na qoşulmuşdur. Kral tez-tez BerlinVyanaya səfərlər edirdi, lakin İtalyanların çoxu Avstriya ilə dostluq münasibətlərini bəyənmirdilər, həmçinin İtaliyanın hələ də Avstriya ilə mübahisəli ərazi problemləri qalmaqda idi.

I Umbertonun xarici siyasətinin əsas yönlərindən biri də müstəmləkəçilik işğalları idi. Beləki, İtalyanlar 1880-ci ildə Somalidə yerləşməyə başladılar, bundan sonra onlar 1885-ci ildə Eritreyadakı Massava məntəqəsini tutmaqla, burada da möhkəmlənməyə başladılar. Əslində bu məntəqəni İtalyan hərbi qüvvələri yox, ticarət şirkəti tutmuşdu, bu torpaqların İtalya krallığının torpaqları kimi tanınmasına görə dövlətə müraciət etmişdi, lakin İtaliya rəhbərliyi İngiltərə ilə münasibətlərə görə bu məsələnin həllini uzatdı. İngiltərə ilə razılığa gəldikdən sonra isə bu torpaqlar İtaliya torpaqları kimi təsdiq olundu, lakin 1896-cı ildə İtaliya qoşunları Adova (İtalyanca Adua) döyüşündə Efiopiya qoşunlarına məğlub oldular.

1900-cü ilin yayında, İtalyan hərbi qüvvələri Səkkiz Millət İttifaqının bir hissəsi idi, bu ittifaq Çin İmperiyasındakı Boksçu Üsyanını yatırmalı idi. Bu üsyan yatırıldıqdan sonra imzalanmış Boksçu Protokoluna görə İtaliyaya Çinin Tyanszin əyalətində konsessiya (güzəşt) ərazısı əldə etdi, lakin bu zaman Kral I Umberto artıq öldürülmüşdü.

Vatikanla isə onun münasibətləri heç bir güzəştə yol verməmək idi. 1886-cı ildə, Papaya telegramında o Romanı "toxunulmaz şəhər" elan edir və və "Əbədi Şəhərin"(Romanın) İtalyan xalqına mənsubluğunu bir daha təsdiq edirdi.

I Umbertonun dövrü İtaliya tarixində sosial problemlər dövrü idi baxmayaraq ki, bunun həlli üçün xeyli cəhdlər olurdu. Bu problemlərin ən böyüyü nisbətən inkişaf etmiş Şimalı İtaliya ilə Cənubi İtaliya arasındakı böyük fərqlər idi. Feodal-patriarxal qanunları saxlamış olan, Cənub Şimalla ayaqlaşa bilmirdi. Bu dövrdə xaricdə müstəmləkə axtaran İtaliya hökumət kabinetlərində bunun mənasız olduğu dilə gətirilirdi çünki onsuzda Cənubi İtaliya Şimalın müstəmləkəsi rolunu oynaya bilərdi. Bu fərqliliklər günümüzdə belə İtaliyanın problemlərindən biridir. Həmçinin də bu dövrdə, İtaliyada sosialistlər xüsusilə güclənirlər. I Umbertonun hakimiyyətinin sonlarında Benito Mussolini sosialistlərlə ilk dəfə tanış olur. 22 aprel, 1897-ci ildə I Umbertoya ikinci dəfə sui-qəsd cəhdi olur. Bu dəfə sui-qəsdə Pietro Acciarito cəhd edir.[5]

Bava Beccaris qırğını

[redaktə | mənbəni redaktə et]

Afrikadakı müstəmləkə müharibələri iqtisadiyyata çox pis təsir etdi, çörəyin qiyməti bahalaşdı. İtaliyanı nümayişlər bürüdü.[6] 1898-ci ilin 7 mayında, General Fiorenzo Bava Beccaris Milan şəhərində hərbi kommendant saatı tədbiq etdi. Nümayişçilərin sakitləşmədiyini görən general, onlara qarşı top atəşindən istifadəyə icazə verdi. Nəticədə 100 nəfər həlak oldu(bəzi versiyalara görə 350 nəfər), 1000 nəfər yaralandı. I Umberto General Fiorenzo Bavaya qayda-qanunu bərpa etdiyi üçün təbrik teleqramı göndərdi. Daha sonra isə onu Savoyya Böyük Hərbi Ordeni ilə təltif etdi, bu ictimaiyyətdə böyük səs-küy yaratdı, İtalyanlar bunu özlərinə təhqir kimi qəbul etdilər.

Gaetano Bresci, I Umbertonun qatili

29 iyul, 1900-cü ildə, I Umberto Monsoda İtaliyo Amerikan anarxisti Gaetano Bresci tərəfindən acılan 4 atəş nəticəsində öldürülür. Gaetano Bresci sonradan istintaqda demişdi ki, o Bava Beccaris qırğınının intiqamını almaq istəyirmiş. I Umberto Romada Panteonda, atasının yanında dəfn edildi. Bu burada dəfn edilmiş sonuncu İtalya kralıdır. Çünki onun oğlu və varisi kral III Viktor Emanuel sürgündə ölmüş və elə orada da dəfn olunmuşdur(Misirdə və hələ də məzarı oradadır).

I Umbertonun Panteondakı məzarı

Amerikan anarxisti Leon F. Czolgosz sonradan iddia etdi ki, I Umbertonun qətli onu ABŞ prezidenti Uilyam Makkinlini öldürmək üçün ilhamlandırdı. Qeyd edək ki, Uilyam Makkinli 1901-ci ilin sentyabr ayında öldürülüb.

İtaliya Krallığı krallarının titulları

[redaktə | mənbəni redaktə et]

1860-cı ildən 1946-cı ilədək istifadə olunmuş titular. I Umberto, Allahın adı ilə, İtaliyanın Kralı, Sardiniyanın kralı, Kipr, Yerusəlim, Ermənistanın kralı, Savoyyanın Hersoqu, Mauruennenın knyazı, İtaliyada Müqəddəs Roma İmperiyasının Markizi, Piemontun Şahzadəsi, Karignanonun, Oneglianın, Poirinonun şahzadəsi, Müqəddəs Roma İmperiyasının Əbədi Keşisi, Karmagnolanonun şahzadəsi, Arbin ilə Montmellian və Francin, Aosta Hersoqluğunun şahzadəsı, Çierinin Şahzadəsi, Dronero, Kreskentino, Genuyanın Hersoqu, Monferrat, Aosta, Çablaisın Hersoqu, Piaçenzonun Hersoqu, Saluzzonun Markizi, Oristano, Kesana, Savona, Tarantasia, Borgomanero e Kureggio, Kaselle, Rivoli, Pianezza, Govone, Salussola, Racconigi con Tegerone, Migliabruna e Motturone, Cavallermaggiore, Marene, Modane e Lanslebourg, Livorno Ferraris, Santhià Agliè, Centalloe Demonte, Desana, Ghemme, Vigone, Bargenın Knyazı, Villafranca, Ginevra, Nizza, Tenda, Romont, Asti, Alessandria, del Goceano, Novara, Tortona, Bobbio, Soissons, Sant'Antioco, Pollenzo, Roccabruna, Tricerro, Bairo, Ozegna, delle Apertole, Vaud e del Faucigninın Baronu, Vercellinın Lordu,, Pinerolo, della Lomellina, della Valle Sesia, del marchesato di Ceva, Monakonun ən böyük Lordu, Noblepatrician of Venesiyanın əsas Patrisisi, Ferraranın patrisisi.

  1. 1 2 3 4 Umberto I // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Lundy D. R. Umberto I di Savoia-Carignano, Re d'Italia // The Peerage (ing.).
  3. 1 2 Istituto dell'Enciclopedia Italiana Enciclopedia on line (it.).
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  5. Salvatore Merlino, "L'Italia così com'è", 1891 in "Al caffè", by Errico Malatesta, 1922
  6. Del Boca , Lorenzo, Maledetti Savoia. Casale Monferrato: Piemme.
  • Oxsford Lügəti, II Viktor Emanuel maddəsi
  • Rövşən Hətəmov, Yeni Tarixdən mühazirələr kursu