Panzerkampfwagen E-100

Panzerkampfwagen E-100 (Gerät 383) (TG-01), İkinci Dünya müharibəsinin axırlarına doğru hazırlanmış olan bir Alman super ağır tank dizaynı olmuşdur. Onun hücum silahı variantı da təklif olunmuşdur.[2] Müharibənin axırlarına yaxın E-100-ün yalnız prototip şassisi istehsal edilmiş olsa da, o da yalnız qismən başa çatdırılmışdır. Müharibədən sonra prototip sınaq məqsədləri üçün İngiltərəyə göndərilmiş, lakin sonradan o prototip də məhv edilmişdir. Tankın əməliyyat mənzili düz yolda160 km (99 mil), yolsuzluq şəraitində isə 100 km (62 mil) olmuşdur.

Panzerkampfwagen E-100
Tipi super ağır tank
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
İstehsalçı Henschel & Son
İstehsal sayı 1 yarımçıq prototip
Xüsusiyyətləri
Ağırlığı 140 t[1]
Zireh 150-200 mm (5,9-7,9 inç) (gövdənin qabaq tərəfi)
120 mm (4,7 inç) (gövdənin yan tərəfləri)
150 mm (5,9 inç) (gövdənin arxa tərəfi)
40 mm (1,6 inç) (gövdənin üst tərəfi)
80 mm (3,1 inç) (gövdənin aşağı hissədən qabaq tərəfi)
40 mm (1,6 inç) (gövdənin aşağı hissədən arxa tərəfi)
200 mm (7,9 inç) (zirehli qüllənin qabaq tərəfi)
80 mm (3,1 inç) (zirehli qüllənin yan tərəfləri)
150 mm (5,9 inç) (zirehli qüllənin arxa hissəsi)
40 mm (1,6 inç) (zirehli qüllənin üst hissəsi)
Əsas silah 12.8 cm KwK 44 L/55
Köməkçi silah cütləşdirilmiş 75 mm KwK 44 L/24
7.92 mm MG34
Uzunluğu
Eni 4,48 m[1]
Hündürlüyü 3,29 m[1]
Ekipaj 6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
E-100 şassisi

Əsas modelinin sifarişi Waffenamt tərəfindən Porsche Maus ilə paralel olaraq 1943-cü ilin iyun ayında edilmişdir.Mümkün qədər çox komponentin standartlaşdırılması üçün nəzərdə tutulmuş olan Entwicklung (E) seriyasının texnikaları içərisində ən ağırı idi. Təklif olunan dizayn modelləri E-10, E-25, E-50, E-75 və nəhayət E-100 olmuşdur.[3]

1944-cü ilin mart ayında Frankfurtdakı Adler şirkəti, 1943-cü ilin aprel ayında digər Entwicklung seriyalı texnikalar ilə birlikdə təklif edildikdən sonra E-100 adlı super ağır tank üçün 021A38300 dizaynını təqdim etmişdir. [4] Təklif edilmiş olan planlara əsasən, tank həm 150 mm-lik, həm də 75 mm-lik toplar ilə təchiz ediləcəkdi. Bu tank üçün iki növ mühərrik modeli təklif edilmişdir: bunlardan biri Tiger II tanklarından götürülmüş transmissiya və fırlanma mexanizmi ilə təchiz edilmiş olan Maybach HL230 700 hp mühərriki idi. Onun təxmini maksimal sürət 23 km/saat təşkil etmişdir. İkinci variantdakı mühərrik isə 1200 at gücündəki Maybach mühərriki idi və bu mühərrikin maksimum sürəti isə təxmini olaraq 40 km/saat təşkil edirdi. Tankın dizaynında xüsusi olaraq texnikanın dəmir yolu ilə aparılmasını daha da asanlaşdırmaq üçün çıxarıla bilən yan ətəklər və ensiz nəqliyyat relsləri mövcud idi. Bu dizayn modeli orijinal Tiger-Maus təklifinə çox oxşayırdı, lakin daha böyük 900 mm diametrli yol təkərləri və orijinal burulma çubuqlarının əvəzinə yeni yay əsaslı asqıya malik idi. Onun üçün yeni bir zirehli qüllə modeli də hazırlanmışdı; bu zirehli qüllənin Mausunkundan daha sadə və yüngül olması nəzərdə tutulmuşdu. E-100 modelinin 15 sm-lik StuK L/63 və ya 17 sm-lik StuK L/53 topu ilə təchiz edilmiş olan bir tank ovçusu kimi potensial istifadəsi əsasında istehsalına icazə verilmişdir.

1944-cü ilin iyul ayında isə Hitler super ağır tank modellərinin inkişafının dayandırılması haqqında əmr vermişdir. E-100 üzərindəki işlər çox aşağı prioritetə malik idi və prototipi yığmaq üçün yalnız üç Adler işçisi mövcud idi.[5]

Birinci prototip heç vaxt tam olaraq başa çatdırılmamış və 1945-ci ilin aprel ayında Amerika qüvvələrinin 751-ci artilleriya batalyonu tərəfindən tapılmışdır. Qismən başa çatdırılmış olan digər texnika isə Britaniya Ordusu tərəfindən qiymətləndirilmək üçün qənimət kimi götürülmüş və daha sonralar - 1950-ci illərdə isə məhv edilmişdir.

  1. 1 2 3 4 5 6 7 8 Chamberlain P., Doyle H. L. Encyclopedia of German Tanks of World War Two, Revised Edition. Arms and Armour Press, 1993. S. 149.
  2. "Archive Awareness : Superheavy Paper Tank Destoyers [sic]". tankarchives.blogspot.co.uk. 3 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2016.
  3. Tanks and other Armoured Fighting Vehicles of World War II. New York: Exeter Books. 1983. 298-299. ISBN 0-671-06009-0.
  4. "Archive Awareness : Odd Hundred Out". tankarchives.blogspot.co.uk. 23 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2016.
  5. Encyclopedia Of German Tanks Of World War Two. Cassell. 1999. səh. 149. ISBN 1854095188.