Super ağır tank

Super ağır tank müasir nəqliyyat vasitələrinə görə olduqca böyük olan, eyni zamanda ölçü və ya çəki baxımından ağır tank standartlarından kənarda olan istənilən tankdır.

Bovington Tank Muzeyində nümayiş etdirilən İngilis TOGII* (80 ton) tankı

Döyüşdə məhv olmaq qorxusu olmadan düşmənin hərbi birləşmələrinə və hərbi obyektlərinə nüfuz etmək üçün sarsılmaz alət yaratmaq üçün bir neçə dəfə bu cür proqramlara start verilmişdir; Bununla belə, indiyə qədər yalnız bir neçə nümunəsi hazırlanmışdır və hər hansı bir döyüşdə istifadə edilmiş olan super ağır tanklara dair çox az dəlillər mövcuddur. Bu cür tank nümunələrinin bir qismi Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi dövrlərində, bir neçəsi isə Soyuq Müharibə dövründə hazırlanmışdır.

I dünya müharibəsi dövrü

[redaktə | mənbəni redaktə et]
Uçan fil dizayn nümunəsi

İlk super ağır tank layihəsi adıçəkilən layihə üzərində 1911-1915-ci illərdə işləyən rus dəniz mühəndisi Vasili Mendeleyev tərəfindən hazırlanmışdır. Tankın demək olar ki, öz dövrünün bütün müasir təhlükələrinə qarşı tab gətirməsi nəzərdə tutulurdu, lakin istehsal xərclərinin yüksək olmasına görə layihə kağız üzərində qalmışdır. [1] [2] İlk tanklarının istehsalından sonra İngilislərin "Uçan Fil" layihəsi üzrə hazırlanmış olan tank, artilleriya atəşinə davamlı bir tank kimi dizayn edilmişdir. Layihə üzərində iş dayandırılmışdır, çünki hərəkətlilik tankın zirehinin müdafiə qabiliyyətindən daha vacib idi və artıq hazırlanmış tanklar bu cəhətdən daha müvəffəqiyyətli idilər. Almanların K-Wagen (Großkampfwagen) layihəsi əsasında hazırlanacaq olan tank 4 silah daşıyan və 27 nəfərlik ekipaja ehtiyacı olan çox ağır bir dizayn idi. Müharibə bitəndə ikisi də tikilmə mərhələsində idilər və hər ikisi də məhv edilmişdirlər.

1920-ci illərin əvvəllərində fransızlar 70 tonluq Char 2C tankını istehsal etmişdirlər. 1940-cı ildəki Fransadakı döyüşlər zamanı on tank məhdud bir döyüş görmüşdürlər.

İkinci Dünya Müharibəsi dövrü

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya Müharibəsi zamanı bütün böyük dövlətlər xüsusi rollar üçün öz prototiplərini təqdim etmişdirlər. Adolf Hitler "müharibəni qazandıracaq" 188 tonluq Maus və ondan daha böyük olan 1000 tonluq Landkreuzer P. 1000 Ratte və 1500 tonluq Landkreuzer P. 1500 Monster kimi layihələri dəstəkləmişdir. İngilislər və Sovetlər Jagdtiger-ə oxşar olan prototip dizaynları hazırlamışdırlar və ABŞ daha sonra T28 Super Ağır Tank adlandırılan T95 Silah daşıyıcısı üzərində işləyirdi. Ancaq bununla bərabər olaraq bu dizaynların bir çoxu prototip mərhələsini heç vaxt keçə bilməmişdir və yalnız bəziləri həyata keçirilmişdir.

Soyuq müharibə dövrü

[redaktə | mənbəni redaktə et]

Çox ağır tanklar ideyası müharibədən sonra daha az inkişaf etdirilmişdir, çünki taktiki nüvə silahları həmişə mümkün zirehlərin mühafizə edə biləcəyindən daha güclü idilər. Zireh texnologiyasındakı irəliləyişlər böyük tankların təxminən 65 ton həddində qalmasına imkan verdi. Məsələn, Object 279 (Sovet İttifaqı) və T30 Ağır Tankı (ABŞ).

Soyuq Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Zireh texnologiyasındakı növbəti digər irəliləyişlər 20-ci əsrin sonlarında tankların zirehinə bir metrdən çox yuvarlaqlaşdırılmış homogen zirehə (əvvəllər istifadə edilən zireh növü, indi müxtəlif zireh dizaynları arasında müqayisələr aparmaq üçün istifadə olunur) ekvivalent olan zirehləri göstərmişdir. Eyni zamanda, silah inkişafı bərabər düşmənin müxtəlif sensorlar tərəfindən aşkarlanan və izlənilən istənilən hədəfi məhv etməsinə imkan verir. Bu o deməkdir ki, daha çox zireh əlavə etmək mühafizəni əhəmiyyətli dərəcədə artırmayacaq və buna görə də cari təkmilləşdirmələr düşmən silah sistemlərini zərərsizləşdirmək üçün aşkarlanmayan, izləmə ilə aktiv əks-tədbirlərə müdaxilə edən kombinasiyalara diqqət yetirir.

Super ağır tankların siyahısı

[redaktə | mənbəni redaktə et]
  • TOG1 - 80 ton; 1940-cı ildə istehsal edilmişdir; Birinci Dünya Müharibəsində yaşananlara oxşar olan ərazi şərtləri üçün nəzərdə tutulmuşdur; prototipdir.
  • TOG2 - 80 ton; təkmilləşdirilmiş TOG1 dizaynıdır; prototipdir.
  • Uçan Fil - Birinci Dünya Müharibəsi dövrünün layihəsi olub çəkisi 100 tondur; istehsal edilməmişdir.
  • Tısbağa ağır hücum tankı - 80 ton, istehkamlara hücum etmək üçün nəzərdə tutulmuşdur. 6 pilot nəqliyyat vasitəsinin istehsalı həyata keçirilmişdir.
  • TOG prototiplərinin heç biri nəzərdə tutulduğu kimi istehsal edilməmişdir; Sponsonlar əlavə edilsəydi və müvafiq qüllə quraşdırılsaydı, onların çəkisi fərqli olardı.
  • Char 2C - 69 ton; Birinci Dünya Müharibəsi dövrünün texnologiyasıdır; 1921-ci ildən 1940-cı ilə qədər xidmətdə qaldı və 10 ədəd istehsal edilmişdir; .İkinci Dünya Müharibəsində köhnəlmiş texnologiya olduğu məlum olmuş və 9-u düşmənin əlinə keçməməsi üçün məhv edilmiş, qalan 1-i isə qələbənin yadigarı kimi Berlində nümayiş etdirilmişdir.
    • Char 2C bis - 72 ton; Char 2C modelinin 155 mm-lik haubitsa və fərqli bir qüllə ilə dəyişdirilmiş versiyası; bir Char 2C bu varianta çevrilmişdir, lakin sonradan orijinal formasına qaytarılmışdır.
  • FCM F1 - 139 ton; İkinci Dünya Müharibəsi dövründə istehkamlara hücum etmək üçün Char 2C-ni əvəz etmişdir. Ardıcıl və tam miqyaslı taxta modelləri istehsal edilmişdir, lakin Fransanın süqutundan əvvəl (1940) prototipləri hazırlanmamışdır.
  • ARL traktor C -145 ton, istehkamlara hücum etmək üçün ARL tərəfindən hazırlanmışdır; taxta modeli istehsal edilmişdir, lakin daha yaxşı olduğu sübut edilmiş FCM F1 layihəsinin lehinə ləğv edilmişdir (1939-1940-cı illərdə hazırlanmışdır)
  • AMX traktor C - 140 ton, AMX tərəfindən istehkamlara hücum etmək üçün hazırlanmışdır; AMX dəhşətli bir formada planlaşdırılmadan kənarda qaldıqdan sonra layihə dayandırılmışdır (1939-1940-cı illərdə hazırlanmışdır)

Nasist Almaniyası

[redaktə | mənbəni redaktə et]
  • Jagdtiger - 71,7 ton. 70-88 ədəd istehsal olunmuşdur.
  • Panzer VII Löwe- Təxminən 95-100 ton; Mausun xeyrinə ləğv edilmişdir.
  • Panzer VIII Maus - 188 ton, iki prototip istehsal edilmişdir. Hər ikisi qismən məhv edilsə də, sovet ordusu tərəfindən ələ keçirilmişdir. İkisinin birləşməsini indi Kubinka Tank Muzeyində görmək olar.
  • Panzerkampfwagen E-100-140 ton; İngilislər tərəfindən ələ keçirilmiş olan və daha sonra hissələrə ayrılmış zavodda tapılmış olan yarımçıq gövdə.
  • Panzer IX - Signal tərəfindən irəli sürülmüş olan bir fikir. Sadəcə lövhə üzərində qalmışdır.
  • Panzer X - Signal tərəfindən irəli sürülmüş olan başqa bir fikir.
  • Landkreuzer S.1000 Ratte - 1000 ton; Ləğv edilmişdir.

Yaponiya İmperiyası

[redaktə | mənbəni redaktə et]
  • OI seriyası
    • "Super Ağır Tank" - 120 ton. Prototipinin 1943-cü ildə yaradıldığı iddia edilir. [3] Başqa bir mənbəyə görə, 120 tonluq prototipi tamamlanmamış OI layihəsi ləğv edilib. [4]
    • "Ultra Ağır Tank" - Dörd qülləli OI Super Ağır Tankının modifikasiyası. Yalnız layihə formasında olmuşdur.

Sovet İttifaqı

[redaktə | mənbəni redaktə et]
  • T-42 (Tank Grote və ya TG-V) - 100 ton. 107 mm əsas qüllə və əlavə olaraq dörd qüllə. O, rəsm və miqyaslı maketlərdən uzağa getməmişdir. [5]
  • KV-4 -1941-ci il layihəsi. 90-100 tonluq bir tank. 107 mm-lik əsas qüllə və 45 mm və ya 76 mm-lik ikincil qüllə; Müxtəlif tənzimləmələr aparılmışdır. Korpusunaa quraşdırılmış olan 107 mm və 76 mm-lik qüllə son variant kimi seçilmişdir. [6] Sadəcə fizibilite mərhələsində olmuşdur.
  1. Svirin, Mikhail (2009). Танковая мощь СССР [Tank Power of the USSR] (in Russian). Moscow: Yauza, Eksmo. pp. 15–17. ISBN 978-5-699-31700-4.
  2. Kholyavsky, Gennady (1998). Энциклопедия танков [Encyclopedia of Tanks] (in Russian). Minsk: Kharvest. p. 25. ISBN 985-13-8603-0.
  3. "Taki's Imperial Japanese Army page: Super-Heavy Tank "O-I"". 16 Mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 Mayıs 2020.
  4. Estes 2014, p. 37.
  5. Zaloga 1984:85
  6. "KV-4 data sheet and pictures of the proposed designs". 24 Nisan 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Ekim 2020.