Paris və Londonda qara qəpiksiz (ing. Down and Out in Paris and London) – Corc Oruellin ilk işi. 1933-cü ildə nəşr olunmuşdur. Yazıçı bu romanında Paris və Londonda səfalətli keçən günlərini təsvir etmişdir.
Paris və Londonda qara qəpiksiz | |
---|---|
ing. Down and Out in Paris and London | |
Müəllif | Corc Oruell |
Janr | bioqrafik |
Orijinalın dili | ingilis |
Ölkə | |
Orijinalın nəşr ili | 9 yanvar 1933 |
Tərcüməçi | Cavid Qocalı[1] |
Nəşriyyat |
Viktor Gollants (London) Qanun nəşriyyatı (Azərbaycan) |
Səhifə | 296 (azərbaycanca nəşri) |
Sonrakı | Birma günləri |
ISBN | ISBN 0-15-626224-X |
Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış "Paris və Londonda qara qəpiksiz" əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir.
1930-cu ilin oktyabrında tamamlanan[2] kitabın ilk versiyası "Qabyuyanın gündəliyi" adlanırdı və sadəcə Paris fəsillərindən ibarət idi. 1931-ci ilin yayında kitabı Jonathan Cape nəşriyyatına təqdim etdi, amma payızda nəşriyyat kitabı rədd etdi.[3] Bir il sonra London fəsillərinin də daxil olduğu kitabı Faber and Faber nəşriyyatına təqdim etdi, lakin kitab yenə rədd edildi.[3]
Sonda Viktor Qollants adlı nəşriyyatçı kitabı nəşr etməyi qəbul etdi və kitabın adının dəyişdirərək "Paris və Londonda qara qəpiksiz" qoydu.[4] Kitab 9 yanvar 1933-cü ildə nəşr edildi.