Corc Oruellin biblioqrafiyası

Corc Oruellin biblioqrafiyası — britaniyalı yazıçı Erik Artur Bleyer (1903–1950) tərəfindən bəziləri əsl adı ilə, bir çoxu isə Corc Oruell təxəllüsü ilə yayımlanan jurnal, esse, roman və qeyri-bədii əsərlərin siyahısı. Oruell "ehtimal ki, 20-ci əsrin ingilis mədəniyyətinin ən yaxşı salnaməçisi" elan edilmişdir və müasir ingilis cəmiyyəti və ədəbi tənqid ilə bağlı mövzularda məhsuldar bir yazıçı olmuşdur.[1] Qeyri-bədii mədəni və siyasi tənqid onun əsərlərinin böyük əksəriyyətini təşkil edirdi, lakin Oruell bədii ədəbiyyatın digər bir neçə janrına da müraciət etmişdir.

Corc Oruellin
biblioqrafiyası
1943-cü ildə Milli Jurnalistlər Birliyi tərəfindən çəkilən Oruell
Kitablar3
Romanlar6
Məqalələr556
Hekayələr5
Kolleksiyalar7
Pamfletlər7
Şeirlər18
Pyeslər1
Ssenarilər4
Jurnallar5
Məktublar5
Redaktə etdiyi kitablar2
Redaktə etdiyi jurnallar1
Redaktə etdiyi qəzetlər2
Bütün işlər647
İstinadlar və qeydlər

Oruell daha çox siyasi şərhləri ilə solçu anti-totalitar kimi yadda qalmışdır. O, "Niyə yazıram" (1946) essesində izah etdiyi kimi, "1936-cı ildən bəri yazdığım bütün ciddi əsərlərin hər bir sətri birbaşa və ya dolayı yolla, mənim başa düşdüyüm kimi, totalitarizmin əleyhinə və demokratik sosializmin lehinə yazılmışdır".[2] Bu məqsədlə Oruell öz siyasi əqidəsini müdafiə etmək üçün bədii ədəbiyyatdan, eləcə də jurnalistikasından istifadə edirdi. O, ilk dəfə "Heyvanıstan" adlı povesti ilə geniş şöhrət qazanmış və ölümündən qısa müddət əvvəl "1984" romanının nəşri ilə tarixdəki yerini möhkəmləndirmişdi. Bədii ədəbiyyat onun yaradıcılığının kiçik bir hissəsini təşkil etsə də, bu iki roman onun ən çox satılan əsərləridir və 2007-ci ilə qədər altmış iki dildə demək olar ki, əlli milyon nüsxə — bütün digər iyirminci əsr müəlliflərinin hər hansı bir kitab cütlüyündən daha çox satılmışdır.[3]

Oruell Britaniyanın müxtəlif jurnalları üçün qeyri-bədii ədəbiyyat, o cümlədən kitab icmalları, redaksiya məqalələrijurnalistika araşdırmaları yazmışdır. O, sağlığında yüzlərlə məqalə, o cümlədən Britaniya xəbər həftələrində ədəbi və mədəni tənqidlə, eləcə də açıq-aşkar siyasi yazıları ilə bağlı bir neçə müntəzəm qəzet sütunları dərc etdirdi. Bundan əlavə, o, "Paris və Londonda qara qəpiksiz""Viqan Perə gedən yol" adında Britaniyada yoxsulluq haqqında kitab uzunluğunda araşdırmalar və İspaniya vətəndaş müharibəsi haqqında ilk retrospektivlərdən biri olan "Kataloniyaya məhəbbətlə" kitabını yazdı. 1941–1946-cı illər arasında o, həmçinin amerikan siyasi və ədəbiyyat jurnalı "Partisan Review" üçün birincisi 1941-ci ilin mart-aprel tarixli sayında dərc olunan on beş "London məktubları" yazdı.

Oruellin əsərlərinin cəmi iki məcmuəsi onun sağlığında nəşr olundu, lakin ölümündən sonra 12-dən artıq məcmuəsi ortaya çıxdı. Tam əhatəli kolleksiyalar üçün iki cəhd edilmişdir: İan Anqus və Oruellin yoldaşı Sonya Braunell tərəfindən birlikdə redaktə edilmiş dörd cildlik "Toplanmış Esselər, Jurnalistika və Məktublar" (1968, 1970) və 1980-ci illərin ortalarında nəşrə başlayan Piter Devisonun redaktorluğu ilə 20 cildlik "Corc Oruellin əsərlər toplusu". İkinci məcmuəyə "İtmiş Oruell" (2007) adlı addendum da daxildir.

Oruellin böyük məcmuəsinin təsirləri "1984" kimi qərbi kanonuna olan əlavələrdə, onun davamlı ictimai xəbərdarlığa və elmi təhlillərə tabe olmasında və onun təsir etdiyi yerli ingilis dilində olan dəyişikliklərdə, xüsusilə totalitar cəmiyyətləri təsvir etmək üçün "Oruellçilər" deyilməsində özünü göstərir.

Kitablar: qeyri-bədii və bədii[redaktə | mənbəni redaktə et]

Oruell 6 bədii əsər yazmışdır: "Birma günləri", "Keşiş qızı", "Yaşasın fikus!", "Boğuluram", "Heyvanıstan""1984". Bunların bir çoxu yarımavtobioqrafik əsərlərdir. "Birma günləri" onun imperiya polisi işlədiyi dövrlərdən ilhamlanıb və uydurmadır. "Keşiş qızı" həddən artıq çox işləməkdən huşunu itirən və amneziya xəstəliyi ilə — yaddaşını itirərək oyanan, özünə gələn kimi kəndi gəzib-dolaşmağa məcbur olan və keşişin qızı olmasına baxmayaraq tanrıya qarşı inamını itirən bir gənc qadın haqqındadır. "Yaşasın fikus!""Boğuluram" Britaniyanın sosial sinif sisteminin ətraflı araşdırmasıdır. "Heyvanıstan""1984" onun ən məşhur romanlarıdır.

Oruell bədii əsərlərindən əlavə 3 qeyri-bədii əsər də yazmışdır. "Paris və Londonda qara qəpiksiz" Oruellin bu iki şəhərdə keçirdiyi avaraçılıq günlərinin qeydləridir. "Viqan Perə gedən yol" ilk başda İngiltərənin şimalındakı yoxsulluğun tədqiqi kimi başlayır, lakin sonda Oruellin yoxsulluqla bağlı bəzi təcrübələrini təsvir edən geniş avtobioqrafik esse ilə bitir. "Kataloniyaya məhəbbətlə" onun İspaniya vətəndaş müharibəsi zamanı inqilabçı Kataloniyada faşizmə qarşı Marksist Birliyi İşçi Partiyası ilə könüllü formada mübarizə aparan biri kimi təcrübələrindən bəhs edir.

Corc Oruellin qeyri-bədii və bədii kitabları
İlk nəşrin üz qabığı Kitabın adı Yayımlanma tarixi Nəşriyyat
"Paris və Londonda qara qəpiksiz"

ing. “Down and Outs in Paris and London”

9 yanvar 1933 "Victor Gollancz Ltd."
"Birma günləri"

ing. “Burmese Days”

25 oktyabr 1934 "Harper & Brothers"
"Keşiş qızı"

ing. “A Clergyman's Daughter”

11 mart 1935 "Victor Gollancz Ltd."
"Yaşasın fikus!"

ing. “Keep the Aspidistra Flying”

20 aprel 1936 "Victor Gollancz Ltd."
"Viqan Perə gedən yol"

ing. “The Road to Wigan Pier”

Fevral 1937 8 mart 1937 "Left Book Club" "Victor Gollancz Ltd."
"Kataloniyaya məhəbbətlə"

ing. “Homage to Catalonia”

25 aprel 1938 "Secker and Warburg"
"Boğuluram"

ing. “Coming Up for Air”

12 iyun 1939 "Victor Gollancz Ltd."
Üz qabığının yuxarı yarısında böyük şriftlə müəllifin adı, aşağı yarısında böyük və qalın şriftlə əsərin adı
"Heyvanıstan"

ing. “Animal Farm”

17 avqust 1945 "Secker and Warburg"
"1984"

ing. “Nineteen Eighty-Four”

8 iyun 1949 "Secker and Warburg"

Məqalələr və esselər[redaktə | mənbəni redaktə et]

Oruell yüzlərlə esse, kitab icmalı və redaksiya məqalələri yazmışdır. Onun dilçilik, ədəbiyyat və siyasət — daha dəqiq desək, antifaşizm, antikommunizmdemokratik sosializm — ilə bağlı fikirləri onun ölümündən illər sonra belə öz təsirini göstərməyə davam etmişdir.[4] Bunlardan bəziləri onun yaşadığı dövrdə müxtəlif məcmuələrdə nəşr olundu: 1940-cı ildə orijinal naşiri "Victor Gollancz Ltd." tərəfindən "Balinanın içərisində və digər esselər" və 1946-cı ildə "Secker and Warburg" tərəfindən "Tənqidi esselər". "Secker and Warburg" nəşriyyatı həmçinin 1950-ci ildə "Fili necə vurdum və digər esselər" (2003-cü ildə "Penguin" tərəfindən yenidən çap olunmuşdur) və 1953-cü ildə "İngiltərə, sənin İngiltərən və digər esselər" məcmuələrini çap etmişdir.

Onun ölümündən bəri dəfələrlə yazdığı müxtəlif esse kolleksiyaları ortaya çıxmışdır. Onun hərtərəfli kolleksiyasının yaradılmasına ilk cəhd İan AnqusSonya Braunell tərəfindən redaktə olunan dörd cildlik "Corc Oruellin esselər, məktublar və jurnalistika toplusu" olmuşdur. Bu toplu "Secker and Warburg" və "Harcourt" tərəfindən 1968–1970-ci illərdə çap olunmuşdur. De Monfor Universitetindən Piter Devison ömrünün 17 ilini Anqus və Şeyla Devison ilə birlikdə Oruellin bütün əsərlərini araşdırmağa və düzəlişlər etməyə həsr etmişdir[5] və iyirmi cildlik "Corc Oruellin bütün əsərləri" seriyasının son on bir cildini onun esselərinə, məktublarına və jurnal yazılarına ayırmışdır. Bütün bu seriya ilk dəfə 1986-cı ildə "Secker and Warburg" tərəfindən çap olunmuş, 1998-ci ildə "Random House" tərəfindən yekunlaşdırılmış və 2000–2002-ci illər arasında yenidən nəzərdən keçirilmişdir.

Corc Oruellin bəzi məqalələri və esseləri
Azərbaycanca adı Orijinal adı Nəşr olunma tarixi Qeyd
"Avaranın həyatından bir gün" ing. “A Day in the Life of a Tramp” 1929
"Londonda dilənçilər" ing. “Beggars in London” 1929
"Bir millət necə istismar olunur – Birmadakı Britaniya İmperiyası" ing. “How a Nation is Exploited – The British Empire in Burma” 1929
"Əmək düşərgəsi" ing. “The Spike” 1931 İlk dəfə 1931-ci ilin aprelində "Adelphi"də nəşr olundu. Daha sonra "Paris və Londonda qara qəpiksiz" kitabının 27 və 35-ci fəsillərinin yaradılması üçün ixtisar edilmiş və yenidən formalaşdırılmışdır.[6]
"Asma" ing. “A Hanging” 1931 İlk dəfə 1931-ci ilin avqustunda "Adelphi"də nəşr olundu. Daha sonra 1946-cı ildə "The New Savoy"da yenidən çap olundu.[7]
"Mayaout yığımı" ing. “Hop-picking” 1931
"Ümumi yaşayış evləri" ing. “Common Lodging Houses” 1932
"Redyard Kiplinq" ing. “Rudyard Kipling” 1936
"Bukinist xatirələri" ing. “Bookshop Memories” 1936 1936-cı ilin noyabrında "Fortnightly"də nəşr olundu.[8]
"Fili necə vurdum" ing. “Shooting an Elephant” 1936 1936-cı ilin payızında "New Writing" tərəfindən nəşr olundu.[9]
"Mədəndən aşağı" ing. “Down the Mine” 1937 1937-ci il martın 8-də "Viqan Perə gedən yol" kitabının birinci hissəsinin 2-ci ("Mədəndən aşağı") və 7-ci ("Şimal və cənub") fəsli kimi nəşr olundu.[10][11]
"Şimal və cənub" ing. “North and South” 1937
"İspan sirlərinin açılması" ing. “Spilling the Spanish Beans” 1937 İki hissədən ibarət olan bu essenin birinci hissəsi 29 iyul 1937-ci ildə, ikinci hissəsi isə 2 sentyabr 1937-ci ildə "New English Weekly"də nəşr olunmuşdur.[12]
"Mərakeş" ing. “Marrakech” 1939 "Oruellin Mərakeş Gündəliyi"nin 9 oktyabr 1938-ci il tarixli hissəsinə əsaslanaraq yazılan bu esse 1939-cu ildə "New Writing"də çap edilmişdir.[13]
"Oğlanların həftəlikləri" ing. “Boys' Weeklies” 1940 1940-cı il martın 11-də "Balinanın içərisində və digər esselər"in daxilində nəşr olundu.[14][15][16]
"Çarlz Dikkens" ing. “Charles Dickens” 1940
"Balinanın içərisində" ing. “Inside the Whale” 1940
"Proletar yazıçısı" ing. “The Proletarian Writer” 1940
"Mənim ölkəm sağ, yoxsa sol" ing. “My Country Right or Left” 1940
"Çarlz Rid" ing. “Charles Reade” 1940 1940-cı ilin 17 avqustunda "New Statesman and Nation"da nəşr olundu.[17]
"Mən nə üçün mübarizə aparıram?" ing. “For what am I fighting?” 1941
"Donald MakQill sənəti" ing. “The Art of Donald McGill” 1941 1941-ci ilin sentyabrında "Horizon"da nəşr olundu.[18]
"Aslan və təkbuynuz: sosializm və ingilis dahi" ing. “The Lion and the Unicorn: Socialism and the English Genius” 1941 1941-ci ilin 19 fevralında "Searchlight Books"da çap olunmuşdur.[19]
"Uells, Hitler və Dünya dövləti" ing. “Wells, Hitler and the World State” 1941 1941-ci ilin avqustunda "Horizon"da nəşr olundu.[20]
"Redyard Kiplinq" ing. “Rudyard Kipling” 1942 1942-ci ilin fevralında "Horizon"da nəşr olundu.[21]
"İspan müharibəsinə nəzər" ing. “Looking Back on the Spanish War” 1943 1942-ci ilin avqustunda yazılmışdır, lakin 1943-cü ilin iyununda 1-ci, 2-ci, 3-cü və 7-ci hissələri "New Road"da çap olunmuşdur.[22]
"And içmiş zarafatçı" ing. “Mark Twain — The Licensed Jester” 1943 1943-cü il 26 noyabr tarixində "Tribune"da nəşr olundu.[23]
"Poeziya və mikrofon" ing. “Poetry and the Microphone” 1943
"U. B. Yeyts" ing. “W. B. Yeats” 1943
"Sosialistlər xoşbəxt ola bilər?" ing. “Can Socialists be Happy?” 1943
"Artur Kostler" ing. “Arthur Koestler” 1944
"Ruhanilərin faydaları: Salvador Dali haqqında bəzi qeydlər" ing. “Benefit of Clergy: Some Notes on Salvador Dali” 1944
"Monarxiya haqqında" ing. “On the monarchy” 1944
"Rafflz və miss Blendiş" ing. “Raffles and Miss Blandish” 1944
"Britaniyada antisemitizm" ing. “Antisemitism in Britain” 1945
"Parkın azadlığı" ing. “Freedom of the Park” 1945
"Məhv olmuş Almaniyanın gələcəyi" ing. “Future of a Ruined Germany” 1945
"Yaxşı pis kitablar" ing. “Good Bad Books” 1945
"P. Q. Vudhausun müdafiəsində" ing. “In Defence Of P. G. Wodehouse” 1945
"Mənasız şeiriyyət" ing. “Nonsense Poetry” 1945
"İngilis mətbəxinin müdafiəsində" ing. “In Defence of English Cooking” 1945
"Milliyətçilik haqqında qeydlər" ing. “Notes on Nationalism” 1945
"İntiqam turşdur" ing. “Revenge is Sour” 1945
"İdman ruhu" ing. “The Sporting Spirit” 1945
"Siz və atom bombası" ing. “You and the Atomic Bomb” 1945
"Azadlıq və xoşbəxtlik – Yevgeni Zamyatinin ‘Biz’ icmalı" ing. “Freedom and Happiness – Review of ‘We’ by Yevgeny Zamyatin” 1946
"Brey vikarı üçün yaxşı söz" ing. “A Good Word for the Vicar of Bray” 1946
"Bir fincan əla çay" ing. “A Nice Cup of Tea” 1946
"Kitablar siqaretlərə qarşı" ing. “Books vs. Cigarettes” 1946
"Burnunuzun qarşısında" ing. “In Front of Your Nose” 1946
"Sadəcə zibil – Bəs buna kim qarşı qoya bilər?" ing. “Just Junk – But Who Could Resist It?” 1946
"Kitab rəyçisindən etiraflar" ing. “Confessions of a Book Reviewer” 1946
"İngilis cinayətlərinin azalması" ing. “Decline of the English Murder” 1946
"Kasıblar necə ölür" ing. “How the Poor Die” 1946
"Ceyms Bernhem və idarəetmə inqilabı" ing. “James Burnham and the Managerial Revolution” 1946
"Əyləncə yerləri" ing. “Pleasure Spots” 1946
"Siyasət və ingilis dili" ing. “Politics and the English Language” 1946
"Siyasət ədəbiyyata qarşı — Qulliverin səyahətlərinə baxış" ing. “Politics vs. Literature: an Examination of Gulliver's Travels” 1946
"Banqordan aşağı enərkən" ing. “Riding Down from Bangor” 1946
"Adi Qurbağa haqqında bəzi fikirlər" ing. “Some Thoughts on the Common Toad” 1946
"Ədəbiyyatın sıxışdırılması" ing. “The Prevention of Literature” 1946
"Niyə yazıram" ing. “Why I Write” 1946
"Suyun altındakı ay" ing. “The Moon Under Water” 1946
"Britaniya kulinariyası" ing. “British Cookery” 1946
"Lir, Tolstoy və axmaq" ing. “Lear, Tolstoy and the Fool” 1947
"Uşaqlıq sevinci haqqında..." ing. “Such, Such were the Joys” 1947
"Yazıçılar və Leviafan" ing. “Writers and Leviathan” 1948
"Qandi haqqında düşüncələr" ing. “Reflections on Gandhi” 1949
"Mətbuat azadlığı: ‘Heyvanıstan’a təklif olunan müqəddimə" ing. “The Freedom of the Press: proposed preface to Animal Farm” 1972

Pamfletlər[redaktə | mənbəni redaktə et]

Oruellin "Aslan və təkbuynuz" ilə başlayan daha uzun esselərinin bir neçəsi pamflet şəklində idi:

Corc Oruellin pamfletləri
İlk nəşrin üz qabığı Kitabın adı Haqqında
"Aslan və təkbuynuz: sosializm və ingilis dahi"

ing. “The Lion and the Unicorn: Socialism and the English Genius”

19 fevral 1941-ci ildə onun naşiri olan "Secker and Warburg" tərəfindən "Searchlight Books No. 1" kimi çap olunmuşdur.
"Solun xəyanəti"

ing. “Betrayal of the Left”

1941-ci ildə onun digər müntəzəm naşiri olan "Victor Gollancz Ltd." tərəfindən Viktor Qollants, Con Streyçi və başqalarının materialları ilə birlikdə çap olunmuşdur.
"Qələbə, yoxsa şəxsi maraq?"

ing. “Victory or Vested Interest?”

15 may 1942-ci ildə Oruellin "Mədəniyyət və demokratiya" ("Faşizm və demokratiya""Vətənpərvərlər və inqilabçılar" əsərlərindən ibarətdir) əsəri ilə birlikdə "The Labour Book Service"-in çapından çıxmışdır.
"E. M. Forster, Ritçi Kolder, Sedrik Dover, Syao Syan və digərləri tərəfindən Hindistanla söhbət: Hindistan üçün ingilisdilli verilişlərin seçimi"

ing. “Talking to India, by E. M. Forster, Richie Calder, Cedric Dover, Hsiao Ch'ien and Others: A Selection of English Language Broadcasts to India”

1943-cü ildə Allen & Unwin tərəfindən yayımlanmış, Oruellin önsözü ilə redaktə edilmişdir.
"Ceyms Bernhem və idarəetmə inqilabı"

ing. “James Burnham and the Managerial Revolution”

1946-cı ilin iyulunda "Socialist Book Centre" tərəfindən "Ceyms Bernhem haqqında ikinci fikirlər" adı altında çap edilmişdir.
"İngilis xalqı"

ing. “The English People”

1947-ci ildə "HarperCollins" tərəfindən çap olunmuşdur.
"Britaniyalı pamfletçilər 1-ci cild: XVI əsrdən XVIII əsrə"

ing. “British Pamphleteers Volume 1: From the 16th Century the 18th Century”

1948-ci ilin yazında Oruell və Recinald Reynoldsun birgə redaktəsindən sonra Oruellin yazdığı önsözlə birlikdə "Allan Wingate" tərəfindən yayımlanıb.

Şeirlər[redaktə | mənbəni redaktə et]

Oruell nəzm yazmaqla çox tanınmasa da, o, məktəb günlərində yazdıqları da daxil olmaqla indiyə qədər gəlib çatmış bir neçə şeirini çap etdirmişdir:[24]

Corc Oruellin şeirləri
Azərbaycanca adı Orijinal adı Yazılma tarixi
"Oyan! İngiltərənin cavan insanları" ing. “Awake! Young Men of England” 1914
"Kitçener" ing. “Kitchener” 1916
"Ağıllarımız evlidir, amma biz çox cavanıq" ing. “Our Minds Are Married, but We Are Too Young” 1918
"Paqan" ing. “The Pagan” 1918
"Diş pastası reklamı tərəfindən təklif edilmiş" ing. “Suggested by a Toothpaste Advertisement” 1918–1919
"Yaralı kriket oyunçusu" ing. “The Wounded Cricketer” 1920
"Birmadan şeir" ing. “Poem from Burma” 1922–1927
"Kiçik şər" ing. “The Lesser Evil” 1924
"Romantika" ing. “Romance” 1925
"Ballada" fr. “Ballade” 1929
"Geyinmiş adam və çılpaq adam" ing. “A Dressed Man and a Naked Man” 1933
"Payız günlərinin birində nə vaxtsa" ing. “Sometimes in the Middle Autumn Days” 1933
"Bir anlıq yay kimi" ing. “Summer-like for an Instant” 1933
"Ustadının səs qrammofon zavodunun yanındakı dağılmış fermada" ing. “On a Ruined Farm Near the His Master's Voice Gramophone Factory” 1934
"Xoşbəxt bir vikar ola bilərdim" ing. “A Happy Vicar I Might Have Been” 1935
"Kiçik bir şeir" ing. “A Little Poem” 1935
"Fahişəlik haqqında ironik şeir" ing. “Ironic Poem About Prostitution” 1936-dan əvvəl
"Bir qeyri-sıravi əsgər olaraq digərinə" ing. “As One Non-Combatant to Another” 1943

2015-ci ilin oktyabrında "Finlay Publisher" Oruell Cəmiyyəti üçün Diona Veneybls tərəfindən tərtib edilmiş və təqdim edilmiş "Corc Oruell: bütün şeirləri" kitabını yayımladı.[25][26]

Redaktələr[redaktə | mənbəni redaktə et]

"Britaniyalı pamfletçilər 1-ci cild: XVI əsrdən XVIII əsrə""E. M. Forster, Ritçi Kolder, Sedrik Dover, Syao Syan və digərləri tərəfindən Hindistanla söhbət: Hindistan üçün ingilisdilli verilişlərin seçimi" pamfletlərindən əlavə, Oruell İtonda təhsil aldığı illərdə 2 qəzetdə editorluq etmişdir: "College Days"/"The Colleger" (1917) və "Election Times" (1917–1921). BBC-də işləyərkən o özü, Mülk Rac Anand, Con Atkins, Edmund Blanden, Venu Çitale, Uilyam Empson, Vida Houp, Qodfri Kenton, Una Marson, Herbert RidStiven Spender tərəfindən yayımlanan "Voice" adlı şeir jurnalının altı buraxılışını topladı. Jurnal BBC tərəfindən yayımlanmamışdan əvvəl nəşr edildi və oxuculara paylandı. Beşinci buraxılış bərpa edilmədi və nəticədə U. C. Uestin BBC transkriptləri kolleksiyasından çıxarıldı.

Məcmuələr[redaktə | mənbəni redaktə et]

Oruellin əsərlərinin cəmi iki məcmuəsi onun sağlığında nəşr olundu: 1940-cı ildə "Balinanın içərisində və digər esselər" və 1946-cı ildə "Tənqidi esselər" (bu 1958-ci ildə ABŞ-da "Dikkens, Dali və digərləri" adı altında nəşr olundu). Onun nəşriyyatı bu antologiyaları 1950-ci ildə "Fili necə vurdum və digər esselər", 1953-cü ildə "İngiltərə, sənin İngiltərən və digər esselər" (hansı ki, "Uşaqlıq sevinci haqqında…" adı altında yenidən işlənmişdir) və 1961-ci ildə "Toplanmış Esselər" ilə davam etdirdi. Birləşmiş Ştatlardakı ilk əhəmiyyətli nəşrlər 1954-cü ildə "Doubleday" tərəfindən nəşr edilən "Corc Oruellin esselər toplusu", 1956-cı ildə "Harcourt" (o dövrlərdə "Harcourt Brace Jovanovich") tərəfindən nəşr edilən "Oruell oxucusu: bədii ədəbiyyat, esselər və reportajlar" və 1957-ci ildə "Penguin Group" tərəfindən nəşr olunan "Seçilmiş esselər" idi. Sonuncusu 1962-ci ildə "Balinanın içərisində və digər esselər" və 2005-ci ildə "Böyük ideyalar" seriyasının bir hissəsi olaraq ixtisar olunmuş formada "Niyə yazıram" adı altında yenidən nəşr olundu. Həmin seriyada "Penguin Books", həmçinin "Kitablar siqaretlərə qarşı" (2008), "İngilis cinayətlərinin azalması" (2009) və "Adi Qurbağa haqqında bəzi fikirlər" (2010) kimi qısa məcmuələr də çap etmişdir. 2009-cu ildə çap olunan "İngilis cinayətlərinin azalması" məcmuəsinin mətni "Penguin Books" və "Secker & Warburg" tərəfindən birlikdə nəşr olunan "İngilis cinayətlərinin azalması və digər esselər" məcmuəsinin mətni ilə eynilik təşkil etmirdi. Oruellin "The Observer" qəzeti üçün yazdığı mətnlərin hamısı 2003-cü ildə "Atlantic Books" tərəfindən nəşr olunan "Oruell: ‘The Observer’ illəri" məcmuəsində toplanmışdır.

Xarici video
Corc Paker ilə “After Words”
Kristofer Hitçens tərəfindən Corc Paker ilə aparılmış Oruellin işlərinin və Pakerin “Xoşagəlməz faktlarla üzləşmək”“Bütün sənət təbliğatdır” işlərinin redaktəsi haqqında “After Words” intervyusu, C-SPAN[27]

1976-cı ildə "Martin Secker & Warburg Ltd" "Octopus Books" ilə birlikdə "Bütün romanlar"ı nəşr etdi. Bu nəşr daha sonra 1983-cü ildə "Penguin Books" tərəfindən yenidən yayımlandı və "Penguin Classics"də 2000 və 2009-cu illərdə yenidən çap olundu. Devisonun yenidən işlənmiş tənqidi nəşrinin yayımlanmasından bəri Con Kerinin hərtərəfli "Esselər"i 15 oktyabr 2002-ci ildə "Everyman's Library"nin bir hissəsi olaraq buraxıldı və Corc Paker "Houghton Mifflin" üçün 13 oktyabr 2008-ci ildə nəşr olunan iki kolleksiyanı redaktə etdi: "Bütün sənət təbliğatdır: tənqidi esselər""Xoşagəlməz faktlarla üzləşmək: bədii esselər".

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Still the Moon Under Water". The Economist. 30 iyul 2008. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-12.
  2. Oruell, Corc. "Niyə yazıram". Gangrel (4, yay). 1946.
  3. Rodden, 2007. səh. 10
  4. McLaughlin, 2007. səh. 160
  5. Devison, Piter. "Welcome from Peter Davison". Oruell mükafatı. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2009.
  6. "The Spike | The Orwell Foundation". Oruell Fondu. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  7. "A Hanging | The Orwell Foundation". Oruell Fondu. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  8. "Bookshop Memories | The Orwell Foundation". Oruell Fondu. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  9. "Shooting an Elephant | The Orwell Foundation". Oruell Fondu. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  10. "George Orwell: Down the Mine". Orwell.ru. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  11. "George Orwell: North and South". Orwell.ru. 2021-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  12. "Spilling the Spanish Beans | The Orwell Foundation". Oruell Fondu. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  13. "Marrakech | The Orwell Foundation". Oruell Fondu. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  14. "Boys' Weeklies | The Orwell Foundation". Oruell Fondu. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  15. "Inside the Whale | The Orwell Foundation". Oruell Fondu. 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  16. "Inside the Whale | The Orwell Foundation". Oruell Fondu. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  17. "George Orwell: Charles Reade". Orwell.ru. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  18. "The Art of Donald McGill | The Orwell Foundation". Oruell Fondu. 2022-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2022.
  19. "The Lion and the Unicorn: Socialism and the English Genius | The Orwell Foundation". Oruell Fondu. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2022.
  20. "George Orwell: Wells, Hitler and the World State". Orwell.ru. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2022.
  21. "George Orwell: Rudyard Kipling". Orwell.ru. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2022.
  22. "Looking Back on the Spanish War | The Orwell Foundation". Oruell Fondu. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2022.
  23. "George Orwell: Mark Twain — The Licensed Jester". Orwell.ru. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2022.
  24. Rodden, 2007. səh. xii–xvi
  25. Florian Zollmann, "Edition of Orwell's Poems: 'A Trimph'" Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine, Oruell Cəmiyyəti, 16 oktyabr 2015.
  26. "George Orwell: The Complete Poetry" event Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine, “Scarthin Books”, 7 noyabr 2015.
  27. "After Words with George Packer". C-SPAN. 15 dekabr 2009. 2017-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2017.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  • Corc Oruell: biblioqrafiya üçün bəzi materiallar — Y. R. Uillison. (1953)
  • Corc Oruell — Lourens Brander. "Longmans" (1954)
  • Corc Oruell: seçilmiş biblioqrafiya — Uilyam Uayt və Zoltan Q. Zik. "Boston Linotype Print" (1962).
  • Corc Oruell: tənqidin şərhli biblioqrafiyası (Qarlend Humanitar Elmlər Kitabxanası, 54-cü cild) — Ceffri Meyers və Valeri Meyers. "Garland Publishing" (1 yanvar 1977) ISBN 978-0-8240-9955-8
  • Corc Oruell, birinci nəşr və qiymət təlimatı "Quill and Brush". (2004)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Vikianbarda Corc Oruellin biblioqrafiyası ilə əlaqəli mediafayllar var.

Vikisitatda Corc Oruellin biblioqrafiyası ilə əlaqəli sitatlar var.