Parkanami müharibəsi və ya Ciyərdələn müharibəsi — Macarlar tərəfindən Párkány və Osmanlılar tərəfindən Ciyərdələn (Ciğerdelen) adlandırılan, İkinci Dünya müharibəsindən sonra isə bu gündə istifadə edilən adı ilə, Şturovoda 7 oktyabr 1683-cü ildə Osmanlı ordusu ilə Alman — Polşa ordusu arasında baş vermiş olan iki hissədən ibarət müharibədir; Müharibənin birinci hissəsində Sobieskinin qüvvələri hücuma keçmiş və bu hücum Osmanlılar tərəfindən dəf edilmiş, sonra isə ittifaq qüvvələri ümumi bir hücum həyata keçirmiş və bu müharibə Osmanlıların məğlubiyyəti ilə başa çatmışdır.[1]
Parkanami müharibəsi | |||
---|---|---|---|
Osmanlı—Müqəddəs İttifaq müharibələri | |||
| |||
Tarix | 7-9 oktyabr 1683 | ||
Yeri | Şturova, Slovakiya | ||
Nəticəsi | Alman — Polşa ordusunun qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İkinci Vyana mühasirəsindən sonra III Yan Sobieski və V Karl Macarıstandakı səlib qoşunları və türk müdafiə xətləri ilə əlaqədar olaraq bir görüş həyata keçirmiş və hara hücum edəcəkləri haqqında qərar qəbul etmişdirlər.[2] Onlar əsas hədəfləri olan Uyvar (Nove Zamki) ətrafının intensiv yağmış olan yağış suları ilə örtülməsinə görə Ciyərdələn (Parkanami) istiqamətində irəliləməyə qərar vermişdirlər. Ciyərdələn, Dunay çayının şimalında yerləşirdi və Esterqomdan qarşı sahilə qədər uzanan türk ərazisinə keçid nöqtəsi idi və Osmanlılar bu ərazi sayəsində İmrə Təkəli və macarları təzyiq altında saxlaya bilirdilər.[3]
17 min alman və 10 min polyak əsgərindən ibarət olan ittifaq qüvvələri oktyabr ayının 6-da Parkanamiyə gəlirlər. Burada Sobieski müttəfiqlərinə qulaq asmır və vaxtından əvvəl Osmanlı qüvvələri üzərinə hücuma keçir, lakin onun bu hücumu Osmanlı orduları tərəfindən dəf edilir, özü isə döyüş meydanından qaçaraq canını çətinliklə də olsa xilas edə bilir. Bu müharibədən dərhal sonra isə onların yerlərini tutan alman orduları polyakları bir yerə yığaraq böyük bir hücuma keçirlər.
Bu hücuma cavab olaraq 16 min nəfərlik Osmanlı ordusu Parkanaminin onsuz da əlverişsiz olan müdafiə xəttindən çıxaraq düşmən üzərinə hücuma keçir. Bu hücumdan bir saat sonra isə müttəfiq qüvvələri osmanlıları çayın sahilində sıxışdırırlar və çayın üzərindəki körpünü bombalamağa başlayırlar. Ölüm keçidinə çevrilən körpüdə minlərlə Osmanlı əsgəri öldürülmüş, ya da Esterqom tərəfinə keçmək istəyərkən suda boğularaq ölmüşdür. Müharibə Osmanlının məğlubiyyəti ilə başa çatmışdır.
]