Nove Zamki

Nove Zamki (slovak. Nové Zámky, alm. Neuhäusel‎, mac. Érsekújvár, türk. Uyvar) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır.

Nove Zamki
Nové Zámky
Bayraq Gerb
Bayraq Gerb
47°58′59″ şm. e. 18°10′22″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1573
İlk məlumat 1573
Sahəsi
  • 72,57 km²
Mərkəzin hündürlüyü 114 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 37.791 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +421 35
Poçt indeksi 940 XX
Nəqliyyat kodu NZ
Digər
novezamky.sk
Xəritəni göstər/gizlə
Nove Zamki xəritədə
Nove Zamki
Nove Zamki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nove Zamki 15731581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi. Belə ki, hücumdan sonra, Nove Zamki 22 il ərzində Osmanlı İmperiyasının əyalət mərkəzi olmuşdu (Varşava müqaviləsinə əsasən). 1685-ci ildə Lotaringiyalı hersoq V Karlın rəhbərliyi altında şəhər türklərdən azad olur. Lakin XVIII əsrdə qəsr öz strateji əhəmiyyətini itirdiyindən, onu hissələrə bölərək sökürlər. 1848-ci ildə Nove Zamkidə fabrika və zavodlar inşa olunmağa başlanır, şəhər güclü inkişaf etməyə başlayır. 1871-ci ildə Nove Zamki şəhəri BudapeştVyana ilə dəmir yolu vasitəsilə birləşdirilir.

Müasir zamanda şəhər — Slovakiyanın qərb bölgələrinin sənaye mərkəzi sayılır.

Şəhər rayonları

[redaktə | mənbəni redaktə et]
  • Şəhər rayonları: Nový Gúg (mac. Újgúg)
  • Mikrorayonlar: Bašty I, Bašty II, Juh, Nábrežie, Prednádražie, Západ
  • Şəhərin digər rayonları: Veľký háj (mac. Nagyliget)
  • Ətraf rayonlar: Jánov dvor (mac. Jánosmajor), Nitrianska osada (mac. Nyitrai-telep) və həmçinin yaxınlıqda yerləşən Margithalma şəhəri.

Tarixi olaraq, Nove Zamki şəhərinin əhali sayı dəyişilirdi:

İl Əhali sayı İl Əhali sayı
1694 1200 1880 10 584
1713 1525 1890 11 299
1731 2970 1900 13 204
1755 3873 1910 16 228
1779 4671 1940 23 306
1787 5167 1945 13 400
1811 5493 1946 18 710
1821 5957 1950 20 031
1830 6904 1961 22 041
1851 6936 1965 23 457
1857 7622 1991 42 923
1869 9483 2001 42 262
2011 39 646[2][3]

Əhalinin etnik mənsubiyyəti:

İl (say faizlə hesablanır)
1700 1720 1890 1910 1930 1938 1991 2001 2011
Macarlar 61 46 71 91,43 45 88 31,10 27,50 22,36
Slovaklar 25 36 8 5,94 42 9,5 66,82 69,70 64,62
Almanlar 13 17 4 2 - - - <0,1 <0,1
Qaraçılar - - 3 - - - - 0,80 0,12
Yəhudilər - - 13 8,48 8 - - 0,07 0,07
Cavab verməkdən imtina edənlər - - - - - - - - 11,71

İbtidai məktəblər:

  • Základná škola na Devínskej ulici
  • Základná škola Gábora Bethlena
  • Základná škola Gergelya Czuczora
  • Základná škola na Hradnej ulici
  • Základná škola na Mostnej ulici
  • Základná škola na Nábrežnej ulici
  • Bývalá Simorova škola
  • Špeciálna základná škola (Bývalý Flengerov inštitút)
  • Cirkevná základná škola Antona Bernoláka
  • Súkromná spojená škola /Regionálne edukačno-sociálne centrum/

Orta məktəblər:

  • Gymnázium M.R. Štefánika
  • Gymnázium s vyučovacím jazykom maďarským Petra Pázmánya
  • Stredná priemyselná škola elektrotechnická Štefana Aniána Jedlíka a Obchodná akadémia
  • Stredná priemyselná škola ekonomická
  • Stredná zdravotnícka škola
  • Stredná odborná škola, Jesenského 1

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Partnyor şəhərlər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. The 2021 Population and Housing Census. Bratislava: Statistical Office of the Slovak Republic.
  2. "Arxivlənmiş surət". 2013-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  3. "Arxivlənmiş surət" (PDF). 2013-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.