Vyana döyüşü — 1683-cü il 12 sentyabr Osmanlı ordusu tərəfindən Avstriyanın paytaxtı Vyananın iki aylıq mühasirəsindən sonra baş vermişdir. XVII əsrdə Osmanlı İmperiyası ilə Avstriya hersoqluğu arasındakı müharibələrin ən uzun dövrü bu mühasirə ilə başlamışdır.
Vyana döyüşü | |||||
---|---|---|---|---|---|
| |||||
Tarix | 12 sentyabr 1683 | ||||
Səbəbi | Habsburq hakimiyyəti altında olan protestant macarlar, Osmanlılardan kömək istədilər. | ||||
Nəticəsi |
Müqəddəs İttifaq zəfəri Osmanlı-Müqəddəs İttifaq müharibələrinin başlanması |
||||
Münaqişə tərəfləri | |||||
|
|||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Avstriya öz hakimiyyəti altında olan macarlarla yaxşı rəftar etmir, onları ağır vergilərlə əzirdi. Bununla yanaşı təriqət azadlığını tanımırdı. Macarlar artıq təzyiqə dözə bilməyib Tökeli İmrenin rəhbərliyi ilə üsyan qaldırdılar. Öz gücləri ilə uğur qazana bilmədiklərini başa düşdüb, Osmanlılardan kömək istədilər.
Siyasi səbəblərə görə Osmanlı İmperatorluğu illərdir Macarıstanda və Avstriyada qeyri-katolik azlıqa kömək edirdi. Osmanlılar onsuz da Tökeli İmreyi Yuxarı Macarıstanın kralı olaraq tanıyırdılar. Mühasirədən əvvəl Osmanlı İmperiyası ilə Habsburqlar arasında əsasən iyirmi illik Vasvar müqaviləsi mövcud idi.[1]
1681–1682-ci illərdə Tökeli İmre ilə Habsburqlar arasındakı sərhəd qarşıdurması şiddətləndi. Sultan IV Mehmed, Mərzifonlu Qara Mustafa Paşaya fəaliyyətə keçməsinə Raab və Komarom qalalarının (hər ikisi Macarıstanın şimal-qərbində yerləşir) mühasirəyə alınmasına icazə verdi. 21 yanvar 1682-ci ildə Osmanlı ordusu səfərbər edildi. 6 avqust 1682-ci ildə isə müharibə elan olundu.[2]
Vyana, Levant-Almaniya ticarət yolu və Tuna üzərindəki daxili nəzarət nöqtələrində yerləşdiyinə görə Osmanlı dövlətinin strateji hədəfləri arasında idi. Mühasirə üçün böyük hazırlıqlar edildiː Avstriyaya aparan yollar və logistika mərkəzləri təmir edildi; yeniləri inşa edildi. Silah, sursat, top və digər mənbələr imperiyanın hər yerindən logistika mərkəzlərinə göndərildi.
Logistika vaxtı 1682-ci ilin avqust və sentyabr aylarında bir işğala başlamağın mümkün olmadığını ifadə etdi. Üç aylıq bir səfərə çıxan Osmanlılar qışı Vyanada olacaqlardı, lakin səfərin başlaması və hazırlanması üçün 15 ay müddətində Habsburqlar hazırlaşaraq başqa Avropa krallıqlarına kömək üçün müraciət edəcəkdi. Əslində, qış dövründə Habsburqlar və Reç Pospolita ilə müqavilə bağladılar. Müqaviləyə görə, Osmanlılar Krakova hücum etsələr, Habsburq qüvvələri Reç Pospolitaya köməyə gələcək və bunun qarşılığında Vyanaya hücum olarsa Reç Pospolita ordusu köməyə gələcəkdi.
May ayının əvvəlində Osmanlı ordusu Belqrada çatdı. Daha sonra Vyanaya doğru hərəkət etdi. 7 iyulda 40.000 Tatar qoşunu Vyananın 40 km şərqinə çatdı. Mühasirə zamanı Habsburq imperatoru I Leopold 80 min Vyanalı ilə şəhərdən qaçdı və Linzə yerləşdi. Reç Pospolita kralı Sobieski də 1683-cü ilin yayında müqavilədəki öhdəliklərini yerinə yetirmək üçün yardım göndərməyə hazırlaşırdı.[3]
300 minlik Osmanlı ordusu 14 iyulda Vyananı mühasirəyə aldı. Vyanalılar şəhərin ətrafındakı evləri və divarları məhv etdilər, dağıntıları təmizlədilər və boş ərazi buraxdılar. Kara Mustafa Paşa bu problemi qoşunlarına birbaşa şəhərə aparan xəndəklər qazmağı əmr edərək həll etdi.[4]
Bu vaxtdakı səhvləri, müharibə elan edildikdən sonra ordularını birləşdirib irəliləməməkləri; köməkçi qüvvələrin çatmasına icazə verdi.
Tarixçilər deyirlər ki, Qara Mustafa Paşa şəhərin sərvətini və səliqəli şəraiti ilə ələ keçirmək istəyirdi.
Vyanada hər mənada yemək dəstəyi kəsildi. 11 minlik qarnizon və mülki könüllülər ifrat itkilərə hələ də dözürdüldər. Qoşunların lideri olan Qraf Rüdiger von Starhemberq hər hansı bir əsgərin növbədə olaraq yatdığı vəziyyətdə görsə öldürəcəyini bildirdi. Ümidsizlik getdikcə artırdı. Bu vaxt, V Karl Leopoldun rəhbərliyi altında olan qoşunları ilə Macar Tökeli İmre, Vyanadan 5 km şimal-şərqdə Bisamberqdə vuruşurdular.
Mühasirə davam edərkən, Reç Pospolita kralı Sobieskinin 12 min yardım qüvvəsini, Krım xanı Murad Gəray xanın dayandıra bilməməsinə görə Vyananın mühasirəsi nəticəsiz qaldı.
Vyana məğlubiyyətinə cavabdeh olan Mərzifonlu Qara Mustafa Paşa edam edildi. Sonradan sultan müvəffəqiyyətli xidmətləri səbəbiylə Mərzifonlu Qara Mustafa Paşanı edam edilməsini əmrini geri almaq istədi və ikinci bir əmr ilə bağışlanmasını əmr etdi, lakin ikinci əmr növbədə olan elçilərə çatana qədər paşanı edam etdilər.
Mühasirədən sonra qurulan Müqəddəs İttifaq, Osmanlı-Müqəddəs İttifaq müharibələrinə səbəb oldu.
Mühasirə günü: 11 sentyabr 1683-cü il