İnfant Karl Mariya İsidro (isp. Carlos María Isidro Benito de Borbón y Borbón-Parma) (29 mart 1788[1][2][…] – 10 mart 1855[1][2][…], Triest) – İspaniya kralı IV Karlın ikinci oğlu, İspaniya infantı. Qardaşı VII Ferdinandın 1833-cü ildə ölümündən sonra İspaniya taxtına olan iddiasını irəli sürdü. Ancaq mərhum kralın körpə qızı İzabellanın tərəfdarları onun bu iddiasını qəbul etmədi və ölkəni idarə edən kortes birliyi 15 yanvar 1837-ci ildə İnfant Karl və onun övladlarının taxt hüququnu ləğv etdi. Buna baxmayaraq o və onun şəcərəsi XX əsrin ortalarına qədər İspaniya taxtı uğrunda taxt iddialarını davam etdirdilər.
İnfant Karl Mariya İsidro | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1788[1][2][…] |
Vəfat tarixi | 10 mart 1855[1][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Atası | IV Karl (İspaniya kralı)[3] |
Anası | Parmalı Mariya Luiza[3] |
Həyat yoldaşları |
|
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |