Parni iz Baku (azərb. Bakılı oğlanlar, rus. Парни из Баку) — 1967-1971-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Şən və Hazırcavablar Klubu. 1967/1968 və 1969/1970-ci illər mövsümünün çempionları.
Parni iz Baku | |
---|---|
| |
Liqa | Yüksək Liqa |
Ölkə | Azərbaycan SSR |
Şəhər | Bakı |
Ləqəbi | Bakılı oğlanlar |
Kapitan | Yuli Qusman |
Titulları | Yüksək Liqa çempionu (1967/1968 və 1969/1970 mövsümü) |
Kubokları | Çempionlar çempionu kuboku (1970) |
1967-ci ildə Yuli Qusman dostları ilə müstəqil Bakı klubu yaradır. Bir il sonra komandanın lideri elə Yuliy Qusman özü olur və 7 il müddətinə Bakının milli yığmasının kapitanı olur.
1968-ci ildə KVN finalını, bakılılar Moskva inşaat-mühəndislik institutunun komandası üzərində qalib gələrək qazandılar. Yuli Qusman bu görüşü belə xatırlayır:
Kapitanlar müsabiqəsi oynayırıq. Rəqibim Moskva inşaat-mühəndislik institutundan Andrey Menşikovdur. Eynəkli və mədəni bir oğlan əzizim. Mən isə, o vaxtlar, qara bığlarımla, meyvə-tərəvəz satıcısına oxşuyurdum. Dənizi KVN-i oynayırdıq. Əvvəlcədən hazırlaşmaq lazım idi, mövzunu öyrənmək – düyünləri, dəniz şifrələrini. Əlbəttədə ki, mənim vaxtım yox idi.
Tapşırıq: zaldan istənilən xanımı seçmək və onun arzusunu yerinə yetirmək. Andrey öz həyat yoldaşını seçdi – cavan qız idi. "Andruşenka, - o deyir, - onunla kapitan kapitanla kimi danış." O öz ciblərindən dəsmal çıxardır və mənə dəniz əlifbası vasitəsi ilə nəsə göstərir. Mənim də, bu haqda heç bir anlayışım yoxdur. O bunu anlayır və firanvanca mənə əl yelləyir. Zal dondu – mənim üzümdən bilinir ki, mən batdım, heçnə anlamıram. Hazırrıq etməmişəm. Canlı yayımdır. Televizor qarşısında anam, atam, bütün Bakı, bütün ölkə oturub. Amma o əl yelləyənəcən, ağlıma bir fikir gəldi və mən anladım ki, qalib gəlmişəm. Ona dedim ki, bu hərəkəti yenidən təkrar et – hamı elə bildi ki, uğursuzluğum baş verəcəyi anı uzadıram. Andrey yenidən, razıcasına, yelləyir. Bundan sonra, bir kəlməsiz, mən mikrofona "nöqtə-tire-nöqtə-tire-tire-nöqtə....." "cavabını" döydüm. Güya ki, Morze əlifbasıdır. Bir neçə saniyə ərzində, mən anladım ki, mənim hazırraşmağa vaxtım olmadığı kimi, onun da vaxtı olmayıb və Morze əlifbasını da, çox güman ki, bilmir. Münsiflər də bilmir. Çox güman ki, zaldan da heç kim bilmir və mən bundan istifadə etdim. Andrey heç kimin başa düşmədiyi sual verdi və heç kimin başa düşmədiyi cavab aldı.[1] |