Timur Vaynşteyn

Timur Vaynşteyn (tam adı: Timur Leonidoviç Vaynşteyn ; 1 mart 1974, Bakı) — televiziya prodüseri. Yarı azərbaycanlı, yarı yəhudi ailəsində doğulmuşdur.

Timur Vaynşteyn
Doğum tarixi 1 mart 1974(1974-03-01) (50 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Rusiya Rusiya
Atası Leonid Vaynşteyn
Fəaliyyəti prodüser
Fəaliyyət illəri 1991-ci ildən
Təhsili
Mükafatları I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Tərəqqi" medalı
IMDb ID1552433
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Timur Leonidoviç Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci il yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb. Timur Vaynşteyn 1996-cı ildə Azərbaycan Tibb Universitetinin həkim-psixiatr ixtisasını bitirib. 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda televiziya rejissorluğu ixtisasına qəbul olunub. "VİD" telekompaniyasında müxbir, redaktor, rejissor, daha sonra "Tema" "Dobriy Veçer s Yuliyem Qusmanom" verilişlərinin rəhbəri, "Ças pik", "İşu tebya" və müxtəlif verilişlərin müəllifidir. 1998-ci ildə "VİD" telekompaniyasının ən yaxşı redaktoru seçilib. 2000-ci ildə "PlANETA KVN" proqramının və "KVN. 40 let shutya" serialının rejissorudur. 2000-ci ildən Rusiya Milli Kinematoqrafiya mükafatı "Nika"nın, 2003-cü ildən isə həm də "Slava" Rusiya Milli İdman mükafatının təqdimat mərasiminin prodüser və rejissorudur. 2001-ci ildən "Lean M" Prodüser Mərkəzinin təsisçilərindən biri və baş prodüseridir. Rusiyada yaşayır. 20-dən çox film və seriala prodüserlik edib.

  1. Qala (film, 2008)
  2. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  3. Qırmızı bağ (film, 2016)
  1. "Самый молодой и гениальный покоритель шахматного олимпа". Evreimir.com. 2009-12-16. 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.