Partiya qızılı — Sovet İttifaqı Kommunist Partiyasının guya SSRİ-nin dağılması zamanı yoxa çıxmış və bu günə qədər tapılmayan hipotetik qızıl-valyuta fondları.
"Partiya qızılı" mifi 1990-cı illərin əvvəllərində[1][2] "Kroll" beynəlxalq detektiv agentliyi tərəfindən kapitalın xaricə qaçması ilə bağlı araşdırma aparılmasını əmr edən Yeqor Qaydar hökumətinin təşəbbüsü ilə mediada populyarlaşmışdır. Qaydar hökuməti Sov.İKP və DTK rəhbərlərini cüzi qiymətlərlə ədalətsiz özəlləşdirmədə ittiham etmiş, onları SSRİ-nin dağılmasından sonra ölkə sakinlərinin əksəriyyətinin yoxsul qalmasında ittiham etmişdir.[3][4]