Pastorius əməliyyatı — ABŞ-nın daxilindəki bəzi hədəflərin təxribatlar yolu ilə məhv etməyi özündə hədəf qoyan Nasist Almaniyasının planıdır. Əməliyyat 1942-ci ilin iyununda qüvvəyə minmiş və ABŞ-dəki strateji iqtisadi istiqamətlərə yönləndirilmişdir. Əməliyyatın adı Alman Kəşfiyyat və Əks-kəşfiyyat idarəsinin (Abver) rəhbəri Admiral Vilhelm Kanaris tərəfindən Amerika qitəsinə ilk yerləşən almanlardan olan Frensis Daniyel Pastoriusun şərəfinə qoyulmuşdur.
Əməliyyat üçün seçilən almanlar əvvəllər ABŞ-də yaşamış olan səkkiz nəfər idi. Onlardan ikisi Ernest Burger və Herbert Hans Haupt ABŞ vətəndaşları idilər. Digərləri Corc Con Dasç, Edvard Con Kerling, Riçard Kurin, Henri Harm Henk, Herman Otto Nebauer və Verner Siel ABŞ-də müxtəlif işlərdə fəaliyyət göstərmişdilər.
Tapşırıqları ABŞ-dəki iqtisadi hədəflərə təxribatlar həyata keçirmək idi. Hədəfləri arasında Niaqara Şəlalələrindəki hidroelektrik stansiyaları, İllionis, Tenessi və Nyu Yorkdakı Aliminium Şirkətləri, Ohayo Çayı qarşısındakı bənd qapaqları, Pensilvaniyadakı dəmiryolları təmir əyalətləri, Filadelfiyafakı fabrikalar, Nyu Yorkdakı Hel Geyt Körpüsü, Nevarkdakı Pensilvaniya qatar stansiyası var idi. Qrupa təxribatçılıq mövzusunda təcili olaraq təlim keçirilmiş və 175.000 dollar verilərək iki ədəd sualtı yolu ilə ABŞ-in şərq sahillərinə doğru yola çıxılçışdır.
1942-ci il 13 iyulda ilk sualtı olan U-202, Amanganset Nyu York sahillərinə gəldi. Şəhər mərkəzindən 115 mil uzaqda olan Aveneu çimərliyinə Corc Dasçın rəhbərliyindəki Burger, Kurin və Henk çıxırlar. Qrup sahilə hərbi formayla çıxır, beləliklə ələ keçərdilərsə casus əvəzinə hərbi əsir rəftarı görməyi planlaşdırırdılar. Sahilə daxil olarkən çimərliyə partlayıcı və partlayıcı üçün lazım olan alətləri basdırırlar. Qrup tam olaraq mülki geyimlərini geyinmədən silahsız olan sahil mühafizə xidməti əməkdaşı Con C. Kullen tərəfindən görülürlər. Almanlardan biri ona rüşvət təklif etmək istəyər ancaq oranı tərk rtməsinə icazə verilən Kullen vəziyyəti rəislərinə xəbər verəcəkdi. Okeanın şiddətli səfərindən yoruğun düşmüş qrup isə çimərlikdən ayrılaraq Nyu York şəhərinə gedən qatara minərlər. Kerlingin rəhbərliyindəki digər qrup isə U-584 ilə həyata keçirdikləri səfərdən sonra 1942-ci il 16 iyunda problemsiz olaraq Floridadakı Ponte Vedra çimərliyinə çıxırlar. Bu qrup isə işə Çikaqo və Sinsinatiyə gedən qatarlara minərək başlayar.
Nyu Yorkdakı almanlardan iki nəfəri Dasç və Burger təxribatı həyata keçirməyə qərar verirlər. Dasç isə bununla kifayətlənməyib Vaşinqtondakı FTB Mərkəzi idarəsinə gedərək təslim olur. Ona inanmayan federal agentlərə özünə verilən 84.000 dolları verən Dasç, bundan sonra ciddiyə alınaraq saatlarca sual-cavab olunur. Dasç xaricində heçbir alman planlarının öyrənildiyindən xəbərdar deyildi. Keçən iki həftə ərzində Burger ilə digər altı alman ələ keçiriləcək və yeddi nəfəri mühakimə edəcək olan hərbi məhkəmənin qarşısına çıxarılacaqdı. 8 alman məhkəmə müddətində müharibə qaydalarını pozmaqla, düşmənə qarşı kəşfiyyat işi aparmaq, casusluq etmək və bu məqsəd üçün plan qurmaq cinayətlərindən mühakimə olunurlar. Müttəhimlərin vəkilləri işin mülki məhkəmədə görülməsini istəsələr də, bu tələb ali məhkəmə tərəfindən rədd edilir. Vaşinqton Ədliyyə Nazirliyi binasında keçirilən məhkəmə iclasları nəticəsində bütün səkkiz müqəssir da günahkar olur və ölüm cəzasına məhkum edilir. ABŞ Prezidenti Ruzvelt isə Burgerin cəzasını ömürboyu həbsə, planı ortaya çıxaran Dasçınkini isə 30 ilə çevirir. Ölüm cəzasına məhkum olanlar 8 avqust günü elektrik stulunda edam edilirlər və Vaşinqtondakı Blu Pleyns qəbiristanlığına basdırılırlar.[1] 1948-ci ildə ABŞ Prezidenti Trumen, Dasç və Burgeri əhv edərək işğal edilmiş Almaniyanın ABŞ bölgəsinə qayıtmaqlarına icazə verir. Amerikan Nasist Partiyası tərəfindən məzarların olduğu yerə məzar daşları tikdirilmişdir. Həyatlarının sonrakı mərhələsində Dasç və Burger Almaniyada digər casusların ölümünə səbəb olduqları səbəbilə tənqid ediləcəklər. Dasç özünü təmizə çıxartmağa çalışan bir kitab yazacaq, 1992-ci ildə öləcək.