Vilhelm Kanaris

Vilhelm Frans Kanaris (alm. Wilhelm Franz Canaris‎ 1 yanvar 1887 – 9 aprel 1945) — Almaniya hərbi xadimi, admiral, Nasist Almaniyasında hərbi kəşfiyyat və əks-kəşfiyyat xidmətinin rəhbəri (1935–1944). İkinci Dünya Müharibəsinin sonuna yaxın britaniyalılarla əməkdaşlıq edərək alman müqavimətində iştirak etmiş və yəhudiləri Üçüncü Reyxdən xilas etməyə səy göstərmişdir. 1945-ci il aprelin 9-da edam edilmişdir.

Vilhelm Frans Kanaris
alm. Wilhelm Franz Canaris
Wilhelm Franz Canaris
Wilhelm Franz Canaris
Şəxsi məlumatlar
Ləqəbləri "Yanus", "Hiyləgər tülkü"
Doğum tarixi
Doğum yeri Aplerbek (hazırda Dortmund şəhərinin bir rayonu), Prussiya krallığı, Almaniya imperiyası
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Flossenbürg konsentrasiya düşərgəsi, Bavariya, Üçüncü Reyx
Vəfat səbəbi edam
Dəfn yeri
Vətəndaşlığı Almaniya İmperiyası
Veymar Respublikası
Üçüncü Reyx
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Reichsmarine, Kriqsmarine, Abver
Xidmət illəri 1905—1944
Rütbəsi admiral
Komandanlıq edib
Döyüşlər Birinci Dünya Müharibəsi
İkinci Dünya Müharibəsi
Əlaqələri İspaniya xüsusi xidmət orqanları
Təltifləri Almaniya İmperiyası
Dəmir xaç ordeni
Dəmir xaç ordeni
Prussiya taxt-tacı ordeni
Üçüncü Reyx
Alman xaçı
Dəmir Xaça Dəstək
Dəmir Xaça Dəstək
İspaniya xaçı
Döyüş ləyaqət xaçı
Döyüş ləyaqət xaçı
Birinci Dünya Müharibəsi fəxri xaçı 1914/1918
Vermaxta illərə xidmətə görə medal
Vermaxta illərə xidmətə görə medal
Vermaxta illərə xidmətə görə medal
Vermaxta illərə xidmətə görə medal
Xarici
Hərbi xidmətlərə görə medal (Avstriya Macarıstan)
"Müharibə" medalı (Osmanlı imperiyası)
Azadlıq xaçı ordeni
Xilaskar ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1887-ci il yanvarın 1-də Aplerbekdə (hazırda Dortmund şəhərinin bir rayonu) metallurgiya zavodunu idarəçisinin ailəsində anadan olmuşdur.[1] Admiralın babası İoqan Yozef Kanaris Rur regionunda sənayenin öncüllərindən sayılır. Vilyamın özünün isə uşaqlıqdan dənizə böyük marağı var idi. 1938-ci ilə qədər özünü Yunan admiralı və azadlıq hərəkatının iştirakçısı Konstantin Kanarisin qohumu hesab edirdi.[1] Sonradan əslində əcdadlarının Canarisi soyadı ilə Şimali İtaliyadan gələrək XVII əsrdə Almaniyada məskunlaşdığını və Lüteranlığa keçdiyini iddia edirdi. Bununla belə bir sıra tarixçilər hesab edir ki, Vilhelm Kanarisin Konstantin Kanaris ilə ümumi səcərəyə malik olması barədə yanılmamışdı, amma rəsmi ailə tarixi konyunktur səbəblərə görə dəyişdirilmişdir, çünki Almaniya Yunanıstana qarşı mübarizə aparan İtaliyanın müttəfiqi idi.[2]

Hərbi karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

1905-ci ilin aprelində "Ştayn" hərbi-təlim gəmisində kursant kimi Hərbi Dəniz Qüvvələrində xidmətə başladı. Kil şəhərindəki Dəniz Kursları Korpusundan məzun olmuşdur. 1907-ci ildən Cənubi Amerika ölkələrinə tur təşkil edən və ABŞ-yə səfər edən "Bremen" kreyserində xidmət etmişdir. 1910-cu ilin yanvarından "V-162" minadaşıyıcısında 2-ci komandir, 1911-ci ilin oktyabrından 1915-ci ilin martına qədər "Drezden" yüngül kreyserində xidmət etmiş və ingilislərlə olan Koronel və Folkland döyüşlərinin iştirakçısı olmuşdur.[3] Mas-a Tera adası yaxınlığında gedən döyüşdə "Drezden"in batırılmasından sonra 1915-ci ilin martından avqustunadək Çilidə əsir düşərgəsində qalır.[4] 1915-ci ilin avqustunda düşərgədən qaçır və həmin ilin oktyabrında Almaniyaya qayıdır.[5] Cənubi Amerikadan geri dönərkən o, Böyük Britaniyanın Plimut da daxil olmaqla bir neçə limanında olur.[6] 1915-ci ilin noyabr ayından kapitan leytenant rütbəsini daşıyır.

1916-cı ildən başlayaraq Almaniya kəşfiyyatının göstərişi ilə İspaniyaPortuqaliyada alman sualtı qayıqlarının tədarükünü təşkil edir.[7] 1917-ci il 2 iyun- 11 sentyabr tarixləri arasında "U-16" sualtı qayığının komandiri olur.[8] 1917-ci ilin noyabr ayından UC-27 nəqliyyat sualtı qayığının komandiri, 1918-ci ilin yanvarından U-34 sualtı qayığı və 1918-ci ilin mayından UB-128 komanda sualtı qayığına komandirlik edir.[9] Döyüşlərdə fərqləndiyinə görə o, 1-ci və 2-ci dərəcəli Dəmir xaç ordeninə layiq görülür.[10] Kanaris altı dildə səlis danışırdı, onlardan biri də ingilis dili idi.[11]

Vilhelm Kanaris 1924-cü ildə

1919-cu ildən Müharibə Naziri G. Noskenin adyutantı olmuşdur. Elə həmin ilin fevral ayından etibarən Veymar Respublikası (Reichsmarine) donanmasının yeni komandanlığında xidmət etməyə başlamışdır. 1923-cü ilin iyun ayından — "Berlin" hərbi-təlim kreyserində baş köməkçi (Reynhard Heydrix ilə birlikdə işlədiyi yer) olmuşdur. Versal sülhünün şərtlərinə görə Almaniyada sualtı qayıqların inşası qadağan edildiyindən 1924-cü ilin may ayında Yaponiyada Almaniya üçün bu tip gəmilərin inşasını təşkil etmək üçün Uzaq Şərqə gizli səfərə göndərilmişdir.[12] 1924-cü ilin oktyabr ayından — Hərbi Dəniz Qüvvələrinin Ali Komandanlığı donanma şöbəsində hazırlıq səfərbərlik sektorunun rəhbəri təyin olunmuşdur. Alman Hərbi Dəniz Qüvvələrinin gizli silahlanmasında iştirak etmişdir.[13] Müharibə zamanı yaradılan agent şəbəkəsinin köməyi ilə İspaniyada Hərbi Dəniz Qüvvələri üçün gizli sifarişlərin yerinə yetirilməsinə nail olmuşdur.[14]

İspan gizli xidmət oprqanları ilə sıx əməkdaşlıq etmiş və 1928-ci ildə "İspaniya və Almaniyanın polis idarələri arasında qarşılıqlı əlaqələr haqqında saziş"in imzalanmasının təşkilində mühüm rol oynamışdır. Canaris vasitəsilə alman pilotları İspan Mərakeşində təlim keçirdilər. 1926-cı ilin oktyabrından Dəniz Qüvvələri qərargah rəisi yanında referent işləmişdir. 1928-ci ilin iyun ayında Baş Komandanlıqdan uzaqlaşdırıldı və "Şlezien" döyüş gəmisində komandirin böyük köməkçisi təyin edildi. 1930-cu ilin sentyabrından Hərbi Dəniz Qüvvələrinin "Nordzee" hərbui bazasında qərargah rəisi vəzifəsini daşıdı. 1931-ci il oktyabrın 1-dən o, kapitan zur see (1-ci dərəcəli kapitan) rütbəsinə yüksəldildi.[15] 1932-ci ilin sentyabrından "Şlezen" xətt gəmisini komandiri təyin edildi.[13] 1933-cü ilin sentyabrından Svinouyscie qalasının komendantı vəzifəsinə keçir.[16]

1935-ci il yanvarın 1-də Müharibə Nazirliyinin Hərbi Müdirliyinin hərbi kəşfiyyat və əks-kəşfiyyat idarəsinin (Abver) rəisi təyin edildi.[17] 1935-ci il mayın 1-də Kanaris kontr-admiral rütbəsinə yüksəldildi. 1938-ci ilin fevral ayından Vermaxt Baş Komandanlığı (OKW) yaradıldıqdan sonra, Ümumi İşlər İdarəetmə Qrupunun rəhbəri təyin edildi və Abver, Təchizat Xidmətləri və Pensiya şöbələri onun rəhbərliyi altına verildi.[18] 1938-ci ilin iyunundan başlayaraq yalnız Abverə rəhbərlik edir. 1938-ci il aprelin 1-dən vitse-admiral rütbəsi alır.

Çexoslovakiyanın işğalı ərəfəsində Hitler rejimini devirməyi planlaşdıran sui-qəsdçilərlə əlaqəli idi.[19] Sui-qəsdçilər arasında ən fəalı Abver zabiti Hans Oster idi.[20]

1940-cı il yanvarın 1-dən admiral rütbəsini daşıyırdı.[21] 1940-cı ildə Böyük Britaniyanın Norveç limanlarını ələ keçirmək planları haqqında məlumat əldə edir və dərhal bu məlumatı alman donanmasının komandanlığına ötürür. Bu Vermaxtın Norveçin işğalını tez bir zamanda həyata keçirməsinə imkan verir.

1942-ci ildə "Yovşan" (Cənubi Afrikada üsyan), "Pələng" (Əfqanıstan-Hindistan qarşıdurması), "Şamil" (Qafqazdakı üsyan) və s. əməliyyatların uğursuzluğundan sonra Kanarisin vəziyyəti sarsıldı. 1943-cü ilin əvvəlində Gestapo tərəfindən bir neçə Abver zabiti Hitlerə sui-qəsd hazırlamaqda şübhəli bilinərək həbs olundu və bunula bütün kəşfiyyat xidmətinin istintaqı başladı. Kanarisin rəhbərlik etdiyi əməliyyatlarda baş verən bir sıra uğursuzluqlardan sonra Hitler 1944-cü ilin fevralında onun vəzifəsindən azad edildiyini və George Hansen ilə əvəz olunduğunu bildirdi.[22] Ardınca Hitler Abverin böyük bir hissəsinin Reyx Təhlükəsizliyinin Baş İdarəsinə tabe olduğunu elan etdi.[23] İstefadan sonra Kanaris Lauenşteyn qalasına ev dustaqlığına yerləşdirildi.[24] 1944-cü ilin iyunundan isə ehtiyata buraxıldı.

1944-cü ilin iyulundan Xüsusi təyinatlılar üçün admiral, Vermaxt Baş Komandanlığının ticarət və iqtisadi müharibə qərargahnın rəisi təyin edilir. 1944-cü ilin iyul ayının ortalarında keçmiş Abver zabitləri Kanarisə Fürerə qarşı olacaq sui-qəsd cəhdi barədə məlumat verirlər.[25] Sui-qəsddən sonra 1944-cü il iyulun 23-də admiral həbs edilir.[26] İstintaq onun sui-qəsddə iştirakını sübut edə bilmədi.

1945-ci il fevralın əvvəlində digər müttəhimlərlə birlikdə Flossenbürg konsentrasiya düşərgəsinə köçürüldü. Bir neçə gün sonra Kanarisin gündəlikləri aşkarlandı, burada o, ingilislərə necə işlədiyini ətraflı izah edirdi. Aprelin 8-də Flossenbürg şəhərində IV Е (əks-kəşfiyyat), Gestapo SS ştandartenfüreri və bölgə müdiri Valter Quppenkotenin[27] sədrliyi ilə keçirilən xüsusi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edildi.[28][29]

Edam qərarı yerinə yetirilməzdən əvvəl digər sui-qəsdçilər polkovnik Hans Oster, hərbi hüquqşünas general Karl Sak, ilahiyyatçı Ditrix Bonhoeffer və Ludciq Gehre ilə birlikdə Kanaris şahidlər qarşısında təhqir edildi. Kanaris 1945-ci il aprelin 9-da Flossenbürg konsentrasiya düşərgəsində, müharibənin bitməsindən bir neçə həftə əvvəl çılpaq şəkildə asılmaqla edam edildi.[30] Məhkumlardan biri Kanarisin edamdan bir gecə əvvəl hücrəsinin divarına kodlu bir yazı yazdığını gördüyünü iddia edirdi. Bu yazıda o, xain olduğunu rədd edir və ölkəsi qarşısında vəzifə borcunu yerinə yetirdiyini bildirirdi.[31]

Kanarisin əsas silahdaşlarından olan Ervin fon Lauzen və Hans Bernd Gisevius Nürnberq tribunalı zamanı Kanarisin Hitlerə qarşı çıxmasına cəsarət etməsi haqqında ifadə verdilər. Lauzen Kanaris ilə feneral Vilhelm Keytel arasındakı olan bir söhbəti haqda danışdı. Bu söhbətdə Kanaris Keytelə Polşadakı vəhşiliklərə görə Alman ordusunun cavabdeh olacağını xəbərdar edirdi. Keytel isə bütün bunların əmrinin Hitler tərəfindən verildiyini bildirmişdir.[32] Müharibədən sağ çıxan Keytel Nürnberqdə müharibə cinayətlərində günahkar bilinərək asıldı.[33]

Yəhudilərin xilas edilməsində iştirak

[redaktə | mənbəni redaktə et]

İsrail tarixçisi Dani Orbaxın apardığı araşdırmalara görə, 500-dən çox yəhudini Reyxdən kənara (əsasən İspaniyaPortuqaliya) Abverin agentləri olaraq göndərərək məhv olmaqdan xilas etmişdir. Xilas etdiyi yəhudilər arasında lubavislər Hasidim (Xabad) yəhudi dini cərəyanının mənəvi lideri Yosef İsxok Şneerson da var.[34] O, 1940-cı ilin əvvəllərində Abver zabitləri tərəfindən Varşavadan Berlinə, oradan Riqaya və sonradan İsveçdən ABŞ-yə aparırlar.

Xabad nümayəndələri dəfələrlə İsrail Milli Holokost Xatirə Mərkəzinə Yad va-Şemə Kanarisi dünya xalqları ədalətliləri olaraq tanıması xahişi ilə rəsmi ərizə təqdim ediblər.[35][36] Lakin Yad va-Şem Kanarisə tabe olan Abverin bəzi hissələrinin yəhudilərin qətlində iştirak etməsi səbəbiylə onu dünya xalqları ədalətliləri insanı olaraq tanımaqdan imtina etmişdir. Ancaq Orbax "Valkiriya. Almaniyanın Hitlerə müqaviməti" kitabında yazır ki, ona Kanarisin yəhudilərin məhv edilməsində iştirakına dair dəlil tapmaq müyəssər olmamışdır.[37]

Sovet hərbi əsirləri haqqında

[redaktə | mənbəni redaktə et]

1941-ci il sentyabrın 15-də Baş Komandanlığa verdiyi məruzədə Sovet hərbi əsirlərinə qarşı özbaşınalıqlar, kütləvi qətllər barədə məlumat vermişdir. Bu qanunsuzluğun və özbaşınalığa son qoyulmasının lazım olduğunu vurğulamışdır.[38]

  • 5-cə dərəcə Xilaskar ordeni (1909-cu il)
  • 4-cü dərəcə Prussiya taxt-tacı ordeni
  • 1-ci və 2-ci dərəcə Dəmir xaç ordeni (1914-cü il)
  • "Müharibə" medalı (Osmanlı imperiyası)
  • Sualtıqayıq dənizçisi döş nişanı (Prussiya, 1918-ci il)
  • 3-cü dərəcə Hərbi xidmətlərə görə medal (Avstriya Macarıstan)
  • Dəmir aypara
  • Birinci Dünya Müharibəsi fəxri xaçı qılınclarla 1914/1918
  • 1,2,3,4-cü dərəcə Vermaxta illərə xidmətə görə medal
  • Qızılda qılınclarla İspaniya xaçı
  • 1-ci və 2-ci dərəcə qılınclarla Döyüş ləyaqət xaçı (Almaniya)
  • 1-ci dərəcə qılınc və ulduzlarla Azadlıq xaçı ordeni (Finlandiya, 16.09.1941)
  • 1-ci dərəcə qılınc, ulduzlarla və ağcaqayın yarpaqları ilə Azadlıq xaçı ordeni (Finlandiya, 19.09.1941)
  • Gümüş Alman xaçı (11.11.1943)

Kanaris incəsənətdə

[redaktə | mənbəni redaktə et]

1954-cü ildə alman kinomatoqrafçıları tərəfindən "Kanaris" filmi çəkilmişdir.[39] Kanaris eyni zamanda bir sıra sənədli və bədii əsərlərin, xüsusən də Kolvinin "İkitərəfli oyun" romanının qəhrəmanıdır.[40] Kinematoqrafiya da isə "Saturna gedən yol" — "Saturnun sonu" və B. Akuninin "Casus romanı" (və onun ekran variantı "Casus"), V. M. Kojevnikovun "Qalxan və qılınc" romanında Kanaris obrazı əksini tapmışdır.

Polşa istehsalı olan "Bet Bet Than Life" (1967–68) serialında 12-ci seriyada kanarisin epizodik rolunu aktyor Ziqmunt Hübner canlandırmışdır.

  1. 1 2 Höhne, 1979. səh. 4
  2. Bassett, 2011. səh. 63–65
  3. Höhne, 1979. səh. 17
  4. Kahn, 1978. səh. 227
  5. Höhne, 1979. səh. 31–35
  6. Bassett, 2011. səh. 43
  7. Höhne, 1979. səh. 37–38
  8. Höhne, 1979. səh. 44–45
  9. Bassett, 2011. səh. 59
  10. Höhne, 1979. səh. 16
  11. Bassett, 2011. səh. 35, 38, 40, 42, 67–68
  12. Bassett, 2011. səh. 83
  13. 1 2 Bassett, 2011. səh. 89
  14. Bassett, 2011. səh. 83–88
  15. LeMO (July 2016). Wilhelm Canaris
  16. Höhne, 1979. səh. 135–136
  17. Zentner, Bedürftig, 1991. səh. 125
  18. Bassett, 2011. səh. 97–98
  19. Evans, 2006. səh. 646–653
  20. Bassett, 2011. səh. 148
  21. Kershaw, 2008. səh. 542
  22. Höhne, 2001. səh. 486
  23. Wheeler-Bennett, 1980. səh. 596
  24. Höhne, 1979. səh. 556
  25. Höhne, 1979. səh. 570
  26. Höhne, 1979. səh. 559–570
  27. Bassett, 2011. səh. 289
  28. Bassett, Richard. Hitler's Spy Chief: The Wilhelm Canaris Betrayal. New York: Pegasus Books. 2011. ISBN 978-1-60598-450-6.
  29. Shirer, 1990. səh. 1073
  30. Wistrich, 1995. səh. 29
  31. Abshagen, 1956. səh. 252–255
  32. Gilbert, 2004. səh. 8
  33. Wistrich, 1995. səh. 137
  34. Altein, 2002. səh. 160
  35. Достоин ли Вильгельм Канарис статуса Праведника народов мира Arxivləşdirilib 2014-04-29 at the Wayback Machine / 7kanal.com, 4 Августа 2009
  36. Хабад: высокопоставленный нацист — Праведник народов мира Arxivləşdirilib 2009-08-22 at the Wayback Machine (статья в израильской газете Маарив, 4 августа 2009) (ivr.)
  37. "Мнения | Адмирал Канарис — праведник мира?". 2020-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
  38. Ржевская Е. Геббельс: Портрет на фоне дневника. — М.: Слово/SLOVO, 1994. — 384 с.
  39. Canaris (1954)Internet Movie Database saytında.
  40. И. Колвин. Двойная игра // Секретные миссии: сборник. М: Военное издательство Министерства обороны СССР. ред. Соминский Е. М. 1964. səh. 680.
  • Abshagen, Karl Heinz. Canaris. Patriot und Weltbürger. — Stuttgart, 1949.
  • Мельников Д., Чёрная Л. Двуликий адмирал. Главарь фашистской разведки Канарис и его хозяева. — М.: Политиздат, 1965. — 128 с.
  • Bassett, Richard. Hitler’s Spy Chief: The Wilhelm Canaris Betrayal. — New York: Pegasus Books, 2011.
  • Сушинский Богдан. Гибель адмирала Канариса. — Издательство "Вече", 2015
  • Altein, Rachel (2002). Eliezer Y. Zaklikovsky (ed.). Out of the Inferno: The Efforts That Led to the Rescue of Rabbi Yosef Schneersohn of Lubavitch from War-Torn Europe in 1939–40. New York: Kehot. ISBN 978-0-82660-683-9.
  • Bassett, Richard (2011). Hitler's Spy Chief: The Wilhelm Canaris Betrayal. New York: Pegasus Books. ISBN 978-1-60598-450-6.
  • Breitman, Richard; Goda, Norman J. W.; Naftali, Timothy; Wolfe, Robert (2005). U. S. Intelligence and the Nazis. Cambridge and New York: Cambridge University Press. ISBN 978-0-52161-794-9.
  • Delattre, Lucas (2006). A Spy at the Heart of the Third Reich. New York: Grove Press. ISBN 978-0-80214-231-3.
  • "Jewish Virtual Library". Wilhelm Canaris. Retrieved 17 December 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]