25 dekabr 1967-ci ildə Kurskda anadan olmuşdur.
1991-ci ildə Moskva Fizika- Texnologiya İnstitutunun Aerofizika və kosmik tədqiqat fakültəsini bitirmişdir.
İlk həyat yoldaşı olan, Natalya Klimkin, Hollandiyadakı Ukraynanın birinci Səfirliyinin katibi vəzifəsində çalışır. İkinci həyat yoldaşı Marina Yuriyevna Xarici Siyasət və Avropa İnteqrasiyası Baş İdarəsinin müavini, Ukrayna Prezident Asministrasiyasının Xarici Siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.[1].
1991-1993-cü illərdə Elektrik qaynaqları İnstitutunda elmi işçi;
1993-1997-ci illərdə - üçüncü, ikinci Xarici İşlər Nazirliyinin Hərbi nəzarəti və Silahsızlanma Departementinin Xarici İşlər naziri katibi;
1997-2000-ci illərdə - Ukraynanın Almaniyadakı səfirliyinin üçüncü, elmi-texniki və siyasi məsələlər üzrə ikinci katibi;
2000-2002-ci illərdə - Xarici İşlər Nazirliyinin İqtisadi Əmakdaşlıq Departamentinin Nüvə və Enerji Təhlükəsliyi üzrə müşaviri;
2002-2004-cü illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Avropa İnteqrasiyasının Avropa Birliyi ilə İqtisadi və Sektor Əməkdaşlığı Departamentinin rəhbəri;
2004-2008-ci illərdə Böyük Britaniyanın Ukraynanın Səfirliyinin məsləhətçi-səfiri;
2008-ci il mart ayından 2010-cu ilin aprel ayına qədər - Ukrayna Xarici İşlər Nazirliyinin Avropa Birliyi Departamentinin direktoru;
2011-ci il 29 aprel - 22 iyun 2012-ci il tarixinədək Ukrayna Xarici İşlər Nazirinin müavini;
2012-ci il 22 iyundan - 2014-cü il 19 iyun Ukraynanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri[2] ;
2014-cü il 19 iyundan Ukrayna xarici işlər naziri;
2014-cü il 24 iyundan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü[3];
2016-cı il 14 apreldə hökumət vəzifədən alındı, yeni hökumətdə Klimkin Ukraynanın Xarici İşlər Naziri vəzifəsini tutdu[5];
2018-ci il 2 fevral tarixində verilən, "Rheinische Post" qəzetinə verdiyi müsahibədə, Pavel Klimkin Krımda işləmək üçün Almaniyanın Volkswagen və Adidas şirkətlərinə qarşı tədbirlər hazırlamaq niyyətini açıqladı.[6][7][8].