Pavel Sisianov

Pavel Dmitriyeviç Sisianov (gürc. პავლე დიმიტრის ძე ციციშვილი; Pavle Dmitris dze Sisişvili; 19 sentyabr 1754, Moskva[1]20 fevral 1806, Bakı) — gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı. 1806-cı ildə Bakı yaxınlığında sui-qəsd nəticəsində Hüseynqulu xanın əmisi oğlu tərəfindən öldürülüb.

Pavel Sisianov
Şəxsi məlumatlar
Doğum tarixi 19 sentyabr 1754(1754-09-19)
Doğum yeri
Vəfat tarixi 20 fevral 1806(1806-02-20) (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi infanteriya generalı[d]
Döyüşlər
Təltifləri III dərəcəli Müqəddəs Georgi ordeni 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni Müqəddəs Aleksandr Nevski ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni "İgidliyə görə" qızıl qılıncı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavel Sisianov 1754-cü ildə 9 və ya 20 sentyabr tarixində Rusiya İmperiyasının Moskva şəhərində gürcü ailəsində anadan olub. 1772-ci ildə Preobrajensk alayında hərbi xidmətə başladı. 1786-cı ildə polkda komandir təyin edilir və 2-ci türk müharibəsində iştirak edir. 1796-cı ildə o imperatriçənin razılığı ilə qraf Zubovun başçılığı altında Cənubi Qafqazın işğalı üçün yola düşdü. 1797-ci ildə istefaya çıxdı, lakin çar I Aleksandrın hakimiyyəti dövründə yenidən xidmətə daxil oldu. 1802-ci ildə Həştərxanın hərbi qubernatoru və Rusiyaya yeni birləşdirilmiş Gürcüstanda baş komandan tərəfindən Qafqaza piyada qoşunun inspektoru təyin edilmişdir. 1803-cü ildə Rusiyanın tərəfinə keçmiş etnik gürcülərdən təşkil olunmuş 4500 nəfərlik könüllü qoşun ilə birlikdə Qafqazın alınması üçün Tbilisiyə hücum edir. İran ilə müharibənin onun işlərini çətinləşdirməsinə və Rusiyanın Napoleon ilə apardığı müharibə səbəbindən əsgər çatışmazlığının olmasına baxmayaraq o, müəyyən qədər diplomatik yolla, müəyyən qədərsə silah gücüylə Xəzər sahilinin, Dağıstanın və Cənubi Qafqazın müxtəlif kiçik hökmdarlarını Rusiyanın tərəfinə çəkməyi bacardı.

Gürcüstanı ələ keçirdikdən sonra Cənubi Qafqaza hücum edir. 1804-cü ildə Gəncə xanlığını işğal edir və Cavad xanı qətlə yetirir. Bu işğala görə ona piyada generalı rütbəsi verilir. Bir neçə Azərbaycan xanlığını işğal edir. Onların arasında Gəncə, Şamaxı, ŞəkiQarabağ xanlıqları mövcüddur.

1805-cı ildə general Pavel Sisianov Bakı xanlığına hücum edir. İlk hücum uğurlu alınmasada ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan onunla danışıqlar aparmaq üçün onu Qala qapısın yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısın yanına gəlir. Burada o Hüseynqulu xan ilə danışanda Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi. 1811-ci ildə Sisiyanovun cəsədi Tbilisiyə aparılaraq orada kilsə qəbiristanlığında basdırılır. Hərbi işdən əlavə Sisiyanov həm də ədəbi fəaliyyət ilə məşğul olur, fransız dilindən şeirlər tərcümə edirdi.

1805-cı ildə general Pavel Sisianov Bakı xanlığına hücum edir. İlk hücum uğurlu alınmasada ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan onunla danışıqlar aparmaq üçün onu Qala qapısın yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısın yanına gəlir. Burada o Hüseynqulu xan ilə danışanda Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi. 1811-ci ildə Sisiyanovun cəsədi Tiflisə aparılaraq orada kilsə qəbiristanlığında basdırılır. Hərbi işdən əlavə Sisiyanov həm də ədəbi fəaliyyət ilə məşğul olur, fransız dilindən şeirlər tərcümə edirdi.

  1. 1 2 Цицианов Павел Дмитриевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.