Paynaqan

Payna və ya Paynaqan — bərəkət mərasimi. Bu bayramın qoruyucu ruhuna (Bayanay / Payana / Payna) at qurban edilirdi. Bu ruh hər boyu xəta və bəladan qoruyar. Bu bayrama xüsusilə yaşlılar qatılır. Bundan başqa gənc kişi və qızlar burada bir-birlərini bəyənib, çiçək verərək könüllərini almağa çalışırlar. Beləcə evlənəcəkləri adamı seçərlər. Payna bayramı adı verilən bu mərasimdə boyun əhalisinin artması üçün dua edilər, çünki boyun nə qədər çox əhalisi olan olsa Payna da o qədər güclü olar. Mərasimi aparan şamanın fövqəltəbii səfərində istifadə qılıncı yanında olar.

Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər. Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta Asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(May/Bay/Pay) kökündən törəmişdir. Zənginlik, ululuq, müdriklik, idarə etmək mənalarını ehtiva edər. Baymak hərəkəti, böyümək və inkişaf mənasına da gəlir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]