Peeter Vəhi (18 may 1955)—eston bəstəkarı.
Peeter Vyaxi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 may 1955 (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Peeter Vəhi Estoniya konservatoriyasını bitirmiş, müstəqil bəstəkar və prodüser kimi işləmişdir. Hazırda ERP-nin (Estonian Record Productions), habelə beynəlxalq musiqi festivallarının bədii rəhbəridir. O, Estoniya Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Mədəniyyət Fondu Şurasının və Estoniya Buddizm İnstitutu Şurasının üzvü, Akademik Şərq Cəmiyyətinin tamhüquqlu üzvüdür.
Peeter Vəhi əsərlərində ekzotik musiqi alətlərindən və elektron vasitələrdən bacarıqla istifadə edir. Onun ən məşhur əsərləri bunlardır: "Mary Magdalene Gospel", "In the Mystical Land of Kaydara", “To His Highness Salvador D”, “Mystical Uniting”, “Pastoral of Computerized World”.
Estoniyalı bəstəkar Şərq musiqisinə onda necə maraq oyanması barədə sualın cavabında bildirmişdir ki, hər şey onun Tibet, Himalay və Qafqaz dağlarına səfərlərindən başlanmışdır. P. Vəhi deyir: “Bu səfərlər zamanı mən Şərqin əsrarəngiz ab-havasını hiss etdim, unudulmaz Şərq musiqisi mənim yaradıcılığımda silinməz izlər qoydu”. Həqiqətən bu səfərlərdən sonra bəstəkar hind və tibet musiqisi ilə maraqlanmağa, tibet və yapon dillərində, habelə sanskrit dilində mətnlərə musiqi bəstələməyə başlamışdır.
Peeter Vəhi 1992-ci ildən indiyə kimi, “Oriyent” Şərq mədəniyyəti festivalının bədii rəhbəridir. Həmçinin bu festivalda Azərbaycanın tanınmış musiqiçiləri də iştirak edir. Estoniyalı bəstəkar xatırlayır ki, bir neçə il bundan əvvəl Azərbaycanın xalq artisti, muğam ustası Alim Qasımov və onun qızı Fərqanə Qasımova, xalq artisti Mələkxanım Əyyubova, istedadlı tarzən Faiq Cələbi “Oriyent” festivalı çərçivəsində Azərbaycan musiqisinin gözəlliklərini nümayiş etdirmişdir. Festival çərçivəsində Cabbar Qaryağdıoğlu adına üçlüyün konserti də olmuşdur.
Bəstəkar demişdir: “Azərbaycanın həqiqi dostu olaraq, eston tamaşaçısını Azərbaycan musiqisinin qeyri-adi gözəlliyi ilə tanış etməyi özümə borc bilirəm”.