Şar dağları

Şar Dağları (serb. və mak. Sar Planina / Шар Планина; alb. Malet e Sharrit / Maliyyə i Sharrit / Sharr) — Kosovo ilə Makedoniya dövlətlərinin sərhədləri boyunca uzanan dağ silsiləsidir. Dağların Kosovodakı hissəsi daha əvvəldən milli park olmuş, Şimali Makedoniyadakı hissəsi isə 30 iyun 2021-ci ildə milli park statusu almışdır.[1]

Şar dağları
Шар Планина
Böyük Türk Təpəsi (2747 m) və Kiçik Türk Təpəsi (2707 m)
Böyük Türk Təpəsi (2747 m) və Kiçik Türk Təpəsi (2707 m)
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2747 m
Yerləşməsi
42°00′ şm. e. 20°44′ ş. u.HGYO
Ölkələr
Şar dağları xəritədə
Şar dağları
Şar dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şar Dağlarının 56,25% Makedoniya sərhədləri içində, 43.12%-i Kosovo sərhədləri içində, 0,63%-i isə Albaniyanın sərhədləri əhatəsindədir.

Qədim Dünyada bu dağların adı Scardus, Scodrus və ya Scordus kimi verilmişdir.[2] Bəziləri düşünürlər ki, bu dağın adı Carska planina ("Çarın dağı") sözündən götürülmüşdür. Bəziləri isə dağın adının hər iki ölkənin paytaxtlarının (PrizrenSkopye) adlarından yarandığını düşünürlər.[3]

Bogovinje gölü
Şar dağlarının zirvəsi olan Kobilika

Hündürlüyü 2.000 m çox olan xeyli sayda zirvə nöqtəsi var. Böyük Türk Təpəsi 2747 metrlik yüksəkliyiylə Şar dağlarının ən yüksək təpəsidir. Digər əhəmiyyətli təpələr bunlardır: Kiçik Türk Təpəsi 2707 m; Bakardan Təpəsi 2704 m; Borislaveç Təpəsi 2675 m; Rudoka Təpəsi 2658 m; Bistra Təpəsi 2651 m; Böyük Təpə 2629 m; Baba Hasancık Təpəsi 2533 m; Lyuboten Təpəsi 2498 m; Ploça Təpəsi 2450 m ... Bu təpələrdən bəziləri Kosovo ərazisində, bəziləri isə Makedoniya ərazisindədir. Bu dağların ərzisində 3 düzənlikː Siriniç, Vraca və Rudoka düzənlikləri yerləşmişdir.[4]

Aşağıda Şar dağlarının ən hündür zirvələri verilmişdirː

Şar dağlarının zirvələrindən biri olan Korab dağı Albaniya ərazisində yerləşmişdir. Hündürlüyü 2764 m-dir. 1000 m-ə qədər olan ərazilərdə əhali kənd təsərrüfatı ilə məşğul olur. 1700 m-dən etibarən meşələr başlanır.

Şar Dağlarında 39 dağ gölü yerləşir. Bundan başqa 100 böyük qaynaq və 25 böyük axar su mənbəyi də dağ silsiləsində yerləşir.

Buradakı 72 qaynaq və axar su, kanyon və yarıqlar meydana gətirmişdir. Vrutoçka Dərəsi ən bilinən və ən böyük axar sulardandır. Ayrıca Vrapçişka; Büyükdere; Mazdraça; Bogovinska; Taşlıkça; Pena; Leşoçka; Belovişka; Rakita; Restelica Dərəsi; Brod Dərəsi; Prizren dərəsi; Monastır Dərəsi kimi məşhur dərələr də Şar dağlarından tökülür.

43 metrlik yüksəkliklə Belovişka Dərəsinin meydana gətirdiyi şəlalə ən bilinən və ən böyük şəlalərdəndir. Bu şəlaləni 25 metrlik yüksəkliyiylə Titov Təpəsi ətrafındakı şəlalə izləyir.

25-i Makedoniya Respublikasında olmaqla cəmi 39 dağ gölü vardır. Ən böyüyü Bogovinska Gölüdür. Onu 1936 m ilə Borislaveç Gölü təqib edir. Kosovoda isə 11 dağ dölü yerləşmişdir. Onlar aşağıdakılardır:

  • Böyük Jažinačko Gölü
  • Kiçik Jažinačko Gölü
  • Šutmansko Gölü
  • Lower Defsko Gölü
  • Štrbačko Gölü
  • Qara Vir Gölü
  • Donji Vir Gölü
  • Blateško Gölü
  • Upper Defsko Gölü
  • Dinivodno Gölü

Şar Dağları Milli parkı Kosovo ərazisində yerləşən, ərazisi 390 km² olan ərazidir. Şar dağlarında şimalında yerləşmişdir. 1993-cü ildə ərazisi 39000 ha olmuşdur. 1995-ci ildə isə ərazisini 97000 ha bərabər olmuşdur. Burada bir sıra endemik və relikt bitkilər mühafizə olunur. Ən geniş yayılmış bitki növü isə Makedoniya şamıdır. Burada bir sıra heyvanlar da mühafizə olunur. Bunlara adi vaşaqı, ayını, qarapaçanı, canavarı, Avropa cüyürünü, çöldonuzunu misal göstərmək olar. Bu milli park daxilində 720, Opoja və Qora regionlarında isə 600 qarapaça mühafizə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "СОБРАНИЕТО ГО УСВОИ ЗАКОНОТ СО КОЈ ШАР ПЛАНИНА СТАНУВА НАЦИОНАЛЕН ПАРК". Сакам Да Кажам (makedon). 2021-06-30. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  2. "Arxivlənmiş surət". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.
  3. Veselinović, Andrija; Radoš Ljušić. Srpske dinastije (Serbian). Novi Sad. 2001. ISBN 86-83639-01-0.
  4. Živko Stefanovski. Šar Planina (Macedonian). Tetovo: Napredok.
  5. "Arxivlənmiş surət". 2017-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.