Penthouse — ABŞ-nin kişilər üçün, 1965-ci ildə təsis edilmiş tanınmış erotik jurnal. ABŞ-dən başqa jurnal dünyanın bir çox ölkələrində dərc edilir. "Playboy"-dan əsas fərqi - erotik və seksual konteksdə daha da "açıq-saçıq" olmasındadır. ABŞ jurnalı pornoqrafik adlandırmışdı. Əsası Bob Quççione tərəfindən təsis edilmişdi[4]. Jurnal əvvəllər Penthouse Media Group adla tanınan FriendFinder Networks Inc. şirkətinə məxsusdur. Baxmayaraq ki, Quççione ABŞ vətəndaşıdır, jurnal 1965-ci ildə Böyük Britaniyanın nəşriyyat evlərində buraxılırdı və yalnız 1969-cu ildən ABŞ-də satışa buraxıldı. Jurnalın məşhurluğun pik dönəmində, Quççione ABŞ-nin ən varlı adamlarından sayılırdı. Bir dəfə o Forbes siyahısında ABŞ-nin 400 ən varlı insanlarının içərisinə daxil edilmişdi (1982-ci ildə onun gəlirləri 400 mln $ təşkil edirdi[5]). New York Times qəzetinin məqaləsində qeyd edilmişdir ki, Penthouse'un aktivləri 30 il ərzində 3,5—4 mlrd $ qədər artmışdı və bu jurnala yarım milliard civarında təmiz qəlir gətirirdi[6].
Penthouse | |
---|---|
Baş redaktor | Marc H. Bell[1] |
Növ | kişilər üçün aylıq jurnal |
Format | A4 |
Tiraj | 109,792[2] |
Təsis tarixi | 1965 |
Şirkət |
Birləşmiş Krallıq ABŞ |
Ölkə | |
Dil | ingilis dili |
ISSN | 0090-2020 |
penthouse.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Penthouse jurnalının amerikan versiyasının üz qabığında çəkilən ilk fransız model qadın 2002-ci ildə Klara Morqan idi, o vaxt o pornoaktrisa kimi çalışırdı.
Jurnal üçün həmçinin bir çox tanınmış rus ulduzları da çəkilmişdilər, məsələn Maşa Rasputina[7]. İlona Selina[8], Viktoriya Bonya[9], Yuliya Takşia və digərləri.
2010-cu ilin oktyabr ayı üçün