Perca fluviatilis

Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü.

Çay xanısı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Çay xanısı
Beynəlxalq elmi adı

Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir. Qəlsəmə qapağı üzərindəki pulcuqlar ancaq üst tərəfdə yerləşir. Qəlsəmə qapağının dal kənarı azca basıqdır, radial çıxıntıları zəif görünür və orta uzunluqda olan sivri tikana malikdir. Başı orta böyüklükdədir və uzunluğu orta hesabla antedorsal məsafəyə bərabərdir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Xanı balığı durğun və zəif axan şirin sularda yaşayır. Uzunluğu 28 sm-ə, çəkisi 420 q-a qədər olur. Fərdi dolğunluq əmsalı 2,13- 2,80, orta hesabla 2,44-dür. 5 ilə qədər yaşayır. Azərbaycan sularında yaşayan xanı balığı Avropa sularında yaşayan xanı balıqlarına nisbətən sürətlə böyüyür. Xanı balığı bir yaşa çatıncaya qədər zooplanktonla, iki yaşında bentosla və balıqla qidalanmağa başlayır. Xanı balığı yırtıcıdır. Yalnız ilk 2 ayda plankton orqanizmlərlə qidalanmaq sonra balıqlara keçir.

Cinsi yetkinliyə 2-3, Şimali Xəzərdə 3 yaşında çatır. Tək-tək fərdləri 10 sm uzunluğunda, 23 q kütlədə yetkinliyə çatırlar. Kürütökmə fevralın sonunda və ya martın əvvəlində başlayıb, qızğın çağının başlanğıcı martın ortasında 7-12, zirvəsi isə 10-130-yə təsadüf edir. Şimali Xəzərdə aprel-mayda 5-150 temperaturda kürü tökür. İnkubasiya dövrü 6-8 gündür. 18-32 sm uzunluqda balıqların məhsuldarlığı orta hesabla 110 min, maksimum 200 min kürü təşkil edir. Böyüməsi ilk iki ildə daha intensivdir. Cinsi yetkinliyə çatdıqdan sonra böyümə yaşayır, kütlə isə əksinə ,3 yaşından başlayaraq artmağa başlayır ki, bu da bədənin formasının gödək və hündür olması ilə bağlıdır. Yazda tam cinsi yetkin vəziyyətdə, intensiv qidalanmadan sonra payızda və qışın əvvəlində kök olur.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Xanı balığının vətəgə əhəmiyyəti böyük deyil. Azərbaycanda Kiçik Qızılağac körfəzində, başqa balıqlarla birlikdə az miqdarda ovlanır. Əsasən həvəskar balıqçılar tərəfindən tutulur.