Pereyaslavl müqaviləsi (pol. Ugoda perejasławska, ukr. Переяславська рада) — Ukraynadakı Kazak Ordu Şurasının Ukraynanı Çar Rusiyasına bağlamaq qərarı və Rus çarının nümayəndələri ilə Kazak atamanı Boqdan Xmelnitski arasındakı müqavilə. Çar Rusiyası ilə Polşa-Litva İttifaqı arasında 1654-1667 illəri əhatə edəcək On üçillik müharibənin başlanmasına səbəb olmuşdur.[1]
Pereyaslavl müqaviləsi | |
---|---|
| |
İmzalanma tarixi | 16 yanvar 1654 |
İmzalayanlar |
Rusiya Çarlığı Kazak Hetmanlığı |
Vikianbarda əlaqəli mediafayllar |
1648-ci ildə Polşa administrasiyasına qarşı qiyam qaldıran Zaporojye kazaklarının atamanı Bogdan Hmelnitski tatar müttəfiqlərinin onu tək buraxması və polyak təhdidinin artmasından sonra 1651-ci ildə Rus çarından muxtar bir region olaraq Ukraynanın müdafiəsində kömək istədi. Ruslar əvvəlcə bu tələbi qəbul etməsələr də, tələb 1653-cü ilin oktyabrında Zemski Sobor adlı ölkə məclisində danışıqlar aparıldıqdan qəbul edildi. Sonra Çar Aleksey, Vasil Buturlinin rəhbərliyi ilə bir nümayəndə heyətini kazakların yanına göndərdi.
Kazakların ağır məğlubiyyətindən dərhal sonra Pereyaslavlda (müasir Pereyaslav-Hmelnitski) Moskva nümayəndələrini qəbul edən Hmelnitski, rus çarı Alekseyə sadiqliyini bildirdi. Kazaklara geniş muxtariyyət verildi və Polşa rəhbərliyi dövründə Ukraynadakı digər xalqlarla birlikdə istifadə etdikləri bütün hüquq və imtiyazlar qorunurdu. Lakin sonrakı On üç illik müharibə (1654-1667) Ukraynanın Rusiya ilə Polşa arasında bölünməsi ilə nəticələnəcəkdi.
Müharibənin sonunda Kiyev bölgəsi Dnepr çayının şərqindəki torpaqlarla birlikdə rusların nəzarəti altına keçdi. Kazak atamanlığının Rusiyadan asılı olmasının başlanğıcı kimi qəbul edilə bilən bu müqavilədən sonra II Yekaterina dövründə 1764-cü ildə muxtariyyət ləğv edildi və tamamilə Rusiyadan asılı vəziyyətə gətirildi.