Kazak Hetmanlığı


Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklarZaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir.

Hetmanlıq
Kazak hetmanlığı
Гетьманщина
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
 
 
30 yanvar (9 fevral) 1648[1] — 21 noyabr (2 dekabr) 1764

Paytaxt Çigirin
Rəsmi dilləri Ukrayna dili
Dövlət dini pravoslav
Ərazisi 200 min kv.km
Əhalisi 1,5 milyon nəfər (XVII əsrdə)
İdarəetmə forması Stratokratiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığıPolşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir. XVIII əsrdə hetmanlığın ərazisi Sol Sahil Ukraynası ərazilərindən ibarət idi. 1764-cü ildə hetmanlığla verilmiş siyasi statusu II Katerinanın göstərişi ilə ləğv olunmuşdur.

  1. Енциклопедія історії України (ukr.). Київ: Наукова думка, 2003. ISBN 966-00-0632-2