Peruşiç (xorv. Perušić) — Mərkəzi Xorvatiyada şəhər. Peruşiç Liçko-Senski jupaniyasına aiddir və eyni adlı icmanın mərkəzidir. 2011-ci ilin siyahıya alınmasına görə şəhər əhalisinin sayı 852 nəfərdir[1]
Şəhər | |
Peruşiç | |
---|---|
xorv. Perušić | |
44°39′ şm. e. 15°23′ ş. u. | |
Ölkə | Xorvatiya |
Jupaniya | Liçko-Senska |
Mer | İvan Turiç |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1487 |
Sahəsi | 380,69 km² |
Mərkəzin hündürlüyü | 576 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 852 nəfər (2011) |
Rəsmi dili | xorvat dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+385)053 |
Poçt indeksi | (+385)053 |
Nəqliyyat kodu | GS |
Digər | |
perusic.hr | |
Vikianbarda əlaqəli mediafayllar |
Peruşiç şəhəri tarixi Lika əyalətinin cənub-şərqində, 575–600 metr dəniz səviyyəsindən hündürlükdə yerləşir. Şəhər Lika çayının vadisindədir. Qərbdən kiçik təpəliklə əhatə olunur.
Peruşiç dövlət əhəmiyyətli avtomobil yolları ilə Otoçasa və Qospiça şəhərləri ilə əlaqələnir. Bundan başqa əsas MP11 dəmir yolu ilə Zaqreb və Split şəhərləri ilə birləşir.
Ərazi qədim zamanlardan yaşayış məskəni olmuşdur. Otoçasuya gedən yolda daş dövrünə aid edilən artefaktlar tapılıb. Bəzi tapıntılar tunc dövrü və VIII–IX əsrlərə aiddir. Beqovaça meşəsində Roma imperiyasına aid monolit yerləşir.
Peruşiç böyük yaşayış məntəqəsinə XVI əsrdə, Osmanlı İmperiyası zamanında çevrildi. Osmanlı əsarətindən sonra Peruşiç Avstriya imperiyasının[2], sonra isə Avstriya-macarıstan müqaviləsinə əsasən 1867-ci ildən 1918-ci ilə kimi Xorvatiya-Slavoni krallığına daxil edildi.[3]
Xorvatiya müharibəsi (1991–1995) zamanı Peruşiç cəbhə zonasına daxil idi. Cəbhədə sabitlik olduqdan sonra belə Peruşiçdə hərbi toqquşmalar qeydə alınmışdır[4].
Tarixi mənbələrə əsasən demək olar ki, Peruşiç xorvat kitab çapının beşiyidir. Yaxınlıqda ki, Kosin kəndində çap maşının ixtira edildikdən sonra Peruşiçdə ən qədim çap kitabı çap edilmiş. Bu kitab Xorvatiya və Avropanın ən qədim çap kitablarından biri hesab olunur (хорв: Misal po zakonu rimskoga dvora). Kitab çoxlu illüstrasiyalarla zəngindir. Kitab 1483-cü ildə çap edilmişdir.[5]
Peruşiç icması — Xorvatiyanın ən kasıb bölgəsi hesab olunur. Şəhər əhalisi daima azalır. Əhalinin əsas məşğuliyyəti -əkinçilik və digər kənd təsərrüfatı sahələridir.