Pfeiffer sovkası və ya Yaşıl torpaq sovkası — (lat. Dichagyris pfeifferi) pulcuqqanadlılar dəstəsinin son dərəcə nadir növü.
Pfeiffer sovkası | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: ???: Pfeiffer sovkası |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qanadları açılmış halda 35-38 mm-dir. Ön qanadlar açıq-sarıdır, azacıq çəhrayı rəngə çalır. Qanadın əsasından ortasına qədər pazşəkilli qara çizgi uzanır. Yumru və böyrəkşəkilli naxışlar aydın görsənir. Arxa qanadları ağdır.[1] Ön və arxa qanadların kənarları qara rəngdə haşiyələnmişdir.
Kiçik Asiyada, Azərbaycanda yalnız Naxçıvan MR-in Şahbuz rayonunun 1800-2000 m hündürlükdə yerləşən Kükü kəndindən sentyabrın 15-də toplanmışdır. Azsaylıdır, cəmi 3 kəpənəyi işıq vasitəsi ilə tutulmuşdur.[2]
Daşlı yamaclar və seyrək kolluqlarda yaşayır. Həyat tərzi haqqında məlumat yoxdur. Kəpənəyi avqustun axırlarında və sentyabrda uçur.
Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması və yoluxması məhdudlaşdırıcı amillərdəndir.
Yaşadığı ərazidə yasaqlıq təşkil etmək lazımdır. Kəpənəyin biologiyası öyrənilməlidir.