Adi Yeni Zelandiya dəniz şiri (lat. Phocarctos hookeri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin yeni zelandiya dəniz şiri cinsinə aid heyvan növü.
Adi Yeni Zelandiya dəniz şiri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Klad: Fəsilə: Yarımfəsilə: Növ: Adi Yeni Zelandiya dəniz şiri |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Erkəkləri qara-qəhvəyi rəngdə olub, 2,5 m uzunluğa malik olurlar. Çiyinlərinin üzərini örtən tüklər səbəbbindən daha iri görsənirlər. Dişilər nisbətən kiçik və açıq-boz rəngə malik olurlar. Onların uzunluğu isə 2 metr təşkil edir.
Yeni Zelandiya dəniz şiri əsasən Yeni Zelandiya yaxınlığında subantarktik qurşaq adalarında müşahidə edilir. Bunlara misal Oklend adaları, Sners adaları və Kempbell adaları. Bu canlıların 90% Oklend adalarında yaşayır. Cənub adası sahillərində tək-tük dəniz şirlərinin koloniyalarına rast gəlinir. Çütləşmə dönəmində Şimal adasında da görmək olar.
Sahildə hər erkəyin öz ərazisi vardır. Bəzən dişiyə sahiblənmək üçün qanlı davalar baş verir. Bu döyüşlərdə yalnız ən güçlü və dözünlüsü qalib gəlir. Sahildə şirlərin dincəldiyi ərazilərin 80 % bu canlılar arasında bölünür. Cavan dəniz şirləri isə anaları ilə birlikdə adaların nisbətən daxili hissələrinə gedirlər. Adalarda dəniz şirlərinə yırtıçılar baxımından bir təhlükə yoxdur.
Dünyada hal-hazırda 10-15 min baş bu növün nümayəndələri vardır. Əvvəllər sayı dəqiq bilinmirdi. Məlumdur ki, bu növun nümayyəndələrinə indi daha çox rast gəlinir, nəyinki əvvəllər. XIX əsrdə onlar Oklend adalarında tamami ilə məhv edilmişdi. Halbuki 1806-cı ildə bu növ bu ərazidə aşkarlanmışdı. Hazırda isə adalar qoruq elan edilmiş və əraziyə giriş qadağandır.