Phylloscopus

Yarpaqgüdən (lat. Phylloscopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin yarpaqgüdənlər fəsiləsinə aid heyvan cinsi.

Yarpaqgüdən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Cins:
Yarpaqgüdən
Beynəlxalq elmi adı

Bunlar istisnasız olaraq meşə quşları olub çox kiçik silvilər arasında yeknəsəq boz, yaşılımtıl və ya qonurumtul rəngləri ilə daha çox nəzərə çarpırlar. Hələ uçub keçmə zamanı və çoxalma mövsümündə çox və hündürdən oxuyurlar. Kölgəsevərlərdən fərqli olaraq ağacların başında olurlar. Ancaq adətən yerdə və ya çox alçaqda yuva qururlar. Buna görədə də yuvaları az sahəyə, ancaq böyük hündürlüyə malik olur. Halbuki, kölgəsevərlərdə yuvanın hündürlüyü kolluq təbəqəsi ilə məhdudlaşmışdır. Adətən çox xırda həşəratlarla qidalanırlar.[3] Bunları kiçik budaqlardan və yarpaqlardan yığırlar. Azərbaycanda qeydə alınmış 4 növdən 2-si – bahar yarpaqgüdəni və cr-cr yarpaqgüdən yalnız uçub-keçərkən rast gəlinir. Ancaq onların nəğməsini yarpaqgüdəninin nəğməsi başlanğıcdan sona doğru alçalan tonludur, o biri növün nəğməsini isə "sip-sip-sip-sirrrrrr" kimi apreldə-mayda da müntəzəm eşitmək mümkündür. Digər 2 növ – kölgəlik yarpaqgüdəni və sarıqarın yarpaqgüdən Azərbaycanın ən səciyyəvi köçəri-yuvalayan meşə quşlarındandır. Zahirən yarpaqgüdənlərin əksəriyyəti çöl şəraitində demək olar ki, fərqlənmir. Ancaq nəğmə və çağırışlarına görə yaxşı tanınır. Kiçik ölçülərə malik olmaqla onlar çox fəal vokalizasiya ilə seçilirlər. Bu isə, görünür, erkəyin o qədər də yüklənməməsi ilə bağlıdır.[4] Kölgəlik yarpaqgüdəninin nəğməsini "tin-tin-tin-tin..." kimi vermək olar. Onların sayı adətən 6-10, çoxalmanın sonuna doğru 3-4, uzunluğu isə 9 saniyə və daha çox, orta hesabla 3-4 saniyə olur.

Sarıqarın yarpaqgüdəninin nəğməsi daha qovuşuq ifa və ritmikliklə fərqlənir. Onu çox cəld ifa edilən "tsi-tsi-civ-isi-cir-riv-civ..." şəklində vermək olar. Uzunluğu 1-5 saniyə çəkir. Özüdə ayrı-ayrı səsləri fərqləndirmək və saymaq mümkün olmur. Sarıqarın yarpaqgüdən çox vaxt "tsi-tsi" və ya "ts-tç" çağırışından istifadə edir. Hər iki növün erkəkləri bütün gündüz ərzində fəal oxuyaraq bir gündə 400-500-dən, 2000-2200-ə qədər nəğmə ifa edir. Ancaq nəğmələrin 1̸3-dən 3̸4-ə qədər səhər saatlarına, 10%- dən 1̸3-ə qədəri isə axşam saatlarına düşür. Nəğmə fəallığı çoxalma mövsümünün sonunda və yəqin ki, kürt yatma dövründə aşağı düşür. Cütsüz qalmış və ya subay erkəklər çoxalma mövsümünün sonuna qədər yüksək nəğmə fəallığını saxlayırlar. Sarıqarın yarpaqgüdən əsasən yalnız Qafqazda və Şimali İranda rast gəlinir. Bu monotipik növdür. Ancaq onu çox vaxt daha geniş yayılmış Himalaylardan və Uzaq Şərqdən Avropaya qədər geniş areala malik olan yaşıl yarpaqgüdənin yarımnövü hesab edirlər.[5] Kölgəlik yarpaqgüdəninin 9-12 yarımnövü olub Atlantikadan Himalaylara və Şimal-Şərqi Sibirə qədər rast gəlinir. Əgər ikinci növün qışlama yeri Afrika və qismən Hindistandırsa, birincininki Hindistan və Hind-Çindir. Bu isə uyğun olaraq onların qərb və şərq mənşəyini əks etdirir. Qafqaz quşları yəqin ki, daha çox Cənubi Qafqazın düzənliklərində qışlayırlar. Kölgəlik yarpaqgüdəninin Qafqazda və Azərbaycanda 2 yarımnövü ayırd edilir: Qafqaz və Şərqi Avropa yarımnövləri. Burada daha əvvəl meydana çıxmış birinci qəhvəyimtil, ikinci isə yaşılımtıl formalara addir. Hazırda Qafqaz kölgəlik yarpaqgüdənləri əsasən 1000 m-dən artıq yüksəkliklərdə, həm də təkcə meşələrdə deyil, subalp qurşağın kolluqlarında və rododendron cəngəlliklərində; Şərqi Avropa yarımnövü isə düzənlik meşələrindən subalpikaya qədər Qafqaz formasına müstəqil növ saymaq lazımdır. Belə ki, iki yarımnöv eyni ərazidə yaşaya və ayrılığını saxlaya bilməz. Sayına görə kölgəlik yarpaqgüdəni düzənlik meşələrindəki oxuyan quşların 10%-ə qədərini, dağlıq meşələrdə isə 15%-ə qədərini təşkil edir. Ancaq bunlar nisbətən işıqlı sahələrə üstünlük verir. Ondan fərqli olaraq sarıqarın yarpaqgüdən demək olar ki, yalnız 500 m-dən hündürdə olan dağ meşələrdə rast gəlinir, həm də kölgəli cökə meşələrinə üstünlük verir. Bütün oxuyan quşların 20-40%-n təşkul edir.[6] Əgər kölgəlik yarpaqgüdəni artıq martın ortalarında uçub gəlirsə, sarıqarın yarpaqgüdəni aprelin ortalarından tez görmək mümkün deyil. Hər iki quş yəqin ki, sentyabr-oktyabrda və ya noyabrın əvvəllərinə qədər uçub gedir. Hər iki növün yuvaları kürəşəkilli, yan girişlidir. Bir qoyumda 4-6 ağ-qırmızı-qonur xallı, sarıqarın yarpaqgüdənində isə saf-ağ yumurta olur. Sarıqarın yarpaqgüdən ildə 1, kölgəlik yarpaqgüdəni isə adətən 2 dəfə yumurta qoyur.

Kürtyatma 12-14 gün çəkir. Bir bu qədər də həşəratlar yuvada yemlənir. Bütün kölgəsevərkimilər bağ və meşə ziyanvericilərini, su hövzələri yaxınlığında yığışan qansoran həşəratları və.s məhv etməklə böyük fayda verirlər.[7] Arıquşlarından fərqli olaraq onlar süni yuvalarda məskunlaşmırlar. Buna görə də onların cəlb edilməsi üçün bağlarda və parklarda kolluqları qırmamaq və ya kolluqlar salmaq lazımdır. Burada onlar həvəslə yuva quraraq öz gözəl şirin nəğmələri ilə bizi şad edəcəklər.[8]

  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Blyth's Leaf-warbler (Phylloscopus reguloides)
  4. Kolombangara Leaf-warbler (Phylloscopus amoenus)
  5. Alpine Leaf-warbler (Phylloscopus occisinensis)
  6. "Greenish Warbler". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
  7. "Зеленая пеночка Phylloscopus trochiloides". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
  8. "Зелёная пеночка". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
  • Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı «Elm». 2004 - 620 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]