Pianoçu (kitab)

Pianoçu — Polşa-yəhudi pianoçusu və bəstəkarı Vladislav Şpilmanın İkinci Dünya Müharibəsi zamanı işğal olunmuş Polşada, Varşavadakı həyatını təsvir edən xatirə kitabıdır. Ailəsi ilə birlikdə Varşava gettosunda yaşamağa məcbur edildikdən sonra, Şpilman Treblinka ölüm düşərgəsinə deportasiya edilməkdən yayınmağa müvəffəq olur və şəhər ətrafındakı gizləndiyi yerlərdən 1943-cü ildə Varşava gettosu üsyanınınVarşava üsyanının şahidi olur. O, pianoda ifasına heyran olan alman ordusunun kapitanı Vilm Hosenfild də daxil olmaqla, dostları və yad adamlarının köməyi ilə xaraba şəhərdə sağ qalır.

Pianoçu
ing. The Pianist
Müəllif Vladislav Şpilman
Janr Xatirə
Mövzu İkinci dünya müharibəsində sağ qalan pianoçunun hekayəsi.
Orijinalın dili polyakca
Ölkə Polşa Polşa
Orijinalın nəşr ili 1946
Tərcüməçi Azərbaycan Kifayət Haqverdiyeva
Nəşriyyat Azərbaycan Altun Kitab
Səhifə 224
Tiraj 300
ISBN 978-0312263768

Kitab ilk dəfə 1946-cı ildə "Śmierć Miasta" adı ilə polyak dilində nəşr edilmişdir.