"Pilot" (DVD və Blu-Ray buraxılışlarında "Breaking Bad" adlanır) — ABŞ cinayət-dram teleserialı "Breaking Bad"in pilot epizodu. Epizodun ssenari müəllifi və rejissoru teleserialın yaradıcısı olan Vins Qilliqandır. Epizod ilk dəfə 20 yanvar 2008-ci ildə AMC telekanalında efirə buraxılmışdır.
"Pilot" | |||
---|---|---|---|
ing. Pilot | |||
Seriya nömrəsi |
Mövsüm 1 Seriya 1 |
||
Rejissor | Vins Qilliqan | ||
Ssenarist | Vins Qilliqan | ||
Prodüser | Karen Mur | ||
Operator | Con Toll | ||
İlk efir tarixi | 20 yanvar 2008-ci il | ||
Vaxt | 58 dəq. | ||
Qonaq aktyorlar | |||
|
|||
Seriya xronologiyası | |||
|
|||
Breaking Bad 1-ci mövsüm |
Epizodda orta məktəbdə kimya müəllimi çalışan Volter Vayt 50-ci ad gününü ertəsi sağalmaz ağciyər xərçənginə tutulduğunu öyrənir. O, əvvəlcə diaqnozunu arvad-uşağından gizli saxlayır. Volter bacanağı DEA agenti Henk Şreyderə zəng vurur, onun keçən gün qonaqlıda təklif etdiyi anti-narkotik əməliyyatında iştirak etməyə razılaşır. Maşında əyləşib basqını seyr edərkən evin pəncərəsindən çıxıb qaçan keçmiş şagirdi Cessi Pinkman gözünə dəyir. Həmin gün o, Cessini tapmağı bacarır və onu şantaj edir ki, RV-də metamfetamin bişirməkdə ortağı olsun.
Teleserialın pilot epizodu "60-cı Praytaym Emmi" mükafatlarında bir çox mükafata namizədlik qazandı. Baş qəhrəmanı canlandıran Brayan Krenston "Dram Serialında Görkəmli Baş Aktyor" nominasiyasında "Praymtaym Emmi" mükafatına layiq görüldü. Bununla yanaşı epizodun rejissoru Vins Qilliqan "Görkəmli Rejissor" mükafatına namizədlik əldə etdi.
Volter "Volt" Vayt Nyu-Meksiko ştatının Albukerke şəhərində yerləşən məktəblərin birində kimya müəllimi işləyir. O, hamilə arvadı Skayler və iflicdən əziyyət çəkən öz adını qoyduğu yeniyetmə oğlu balaca Volter ilə birlikdə yaşayır. Volt işindən narazıdır, o, inanır ki, istedad və bacarıqlarını orta məktəb müəllimi kimi çalışaraq boşuna sərf edir. Volt ona lazımi qiymət verilmədiyini düşünür. Qazandığı maaş onu qane etmədiyi üçün o, ailəsini daha yaxşı dolandırmaq üçün həm də avtoyuma məntəsində də çalışmaqdadır.
Volt 50 yaşını keçirmək üçün qonaqlıq təşkil edir. Bu ziyafət zamanı onun qaynı DEA agenti Henk Şreyder onunla sonuncu uğurlu əməliyyatını bölüşür. Henk komandası ilə birlikdə əməliyyat keçirərkən 700.000 ABŞ dolları məbləğində qanunsuz narkotik pulunu uğurla müsadirə etdiyindən danışır. Bu Volta çox maraqlı gəlir, bunu görən Henk ona növbəti basqında maşında oturub onlara baxmalı olduğunu təklif edir. Bu arada Skayler öz bacısı, Henkin həyat yoldaşı olan Mari Şreyder ilə öz hamiləliyi haqqında söhbət edir.
Ertəsi gün Volt avtoyuma məntəqəsində qəfil huşunu itirərək xəstəxanaya yerləşdirilir. Orada o, səhhəti ilə bağlı sarsıdıcı xəbər alır. Volt sağalmaz ağciyər xərçənginə tutulduğunu və iki il ömrü qaldığını öyrənir. Volt bu pis xəbəri ailəsinə deməməyi seçir. O, bunun ardınca avtoyumadakı işinə qayıdır və əsəbini müdiri Boqdan Volinetsdən çıxır, Volt əsəbləşir və sonra çıxıb gedir. O, evdə tək oturur və yaxınlaşan ölüm xəbəri haqqında fikirləşir.
Volt Henk və onun yoldaşı Stiven Qomezlə birlikdə met laboratoriyasına basqın etməyə razılaşır. DEA agentləri evi basır, Volt isə maşından onları izləyir. Bu zaman o, keçmiş tələbəsi Cessi Pinkmanın evdən gizlicə qaçdığını görür. Elə həmin günün axşamı Volt nəyahət Cessini tapır. O, Cessini şantaj edir və kristal met istehsalında ona kömək etməsini istəyir. Volt məktəbdən kimya ləvazimatlarını oğurlayır və sonra Cessidən met laboratoriyası kimi istifadə edə biləcəkləri bir RV almasını xahiş edir.
İkisi RV-ni səhraya sürürlər və bişirməyə başlayırlar. Cessinin fikrincə hazırladıqları kristal metin misilsiz saflığı, Voltun kimya sahəsindəki ustalığının nəticəsidir. Cessi məhsulu göstərmək üçün narkotik satıcısı Dominqo "Krazy-8" Molinanın yanına gedir, lakin gözlənilmədən Krazy-8-in əmisi oğlu Emilio Koyama ilə qarşılaşır. Emilio narkotik basqını zamanı Cessinin onları satdığından şübhələnir. Cessi sadiqliyini sübut etmək üçün onları Voltun gözlədiyi RV-ə aparır. Emilio Voltu Henkin basqınında gördüyünü xatırlayır və silahını ona doğruldur. Volt özünü qurtarmaq üçün onlara meti necə bişirdiyini göstərməyi təklif edir. Bişirərkən Emilio təsadüfən siqareti tullayır və bu yanğına səbəb olur. Volt qırmızı fosfordan istifadə edərək fosfin qazı əmələ gətirir və bu partlayır. Daha sonra o, Emilio və Krazy-8-in zəhərli tüstülərdən boğulub ölməsi üçün RV-dən qaçır və onları buraya kilidləyir.
Polis siqnallarını eşidən Volt hadisə yerindən qaçmağa çalışır, lakin onun paniklə idarə etməsi sonda RV-nin xəndəkdə ilişib qalması ilə nəticələnir. O, özünü silahla vurub öldürmək cəhdindən əvvəl (bu epizodun əvvəlində təqdim olunur) ailəsi üçün video mesajı yazır. O, sonra başa düşür ki, bu səslər polis maşınlarından deyil yanğınsöndürənlərdən gəlir. Volt və Cessi buradan uzaqlaşır, Emilio və Krazy-8-in cəsədləri olan RV isə Cessinin evində qalır. Volt evə qayıdır və ehtiraslı şəkildə arvadı ilə sevişmək istəyir, Skayler ondan soruşur: “Volt bu həqiqətən sənsən?”.