Cessi Pinkman

Cessi Pinkman (ing. Jesse Pinkman) — "Bədbəxt" serialının əsas personajlarından biri. Aaron Pol tərəfindən canlandırılıb. Cessi keçmiş kimya müəllimi Volter Vayt (Brayan Krenston) ilə birlikdə kristal met hazırlayıb satır. Cessi teleserialın bütün seriyalarında görünən yeganə personajdır. Pol 2019-cu ildə buraxılan "El Kamino" spin-off filmində rolunu yenidən ifa etdi, həmçinin o 2022-ci ildə "Ən yaxşısı Sola zəng et" teleserialının final mövsümündə də rol aldı.[1]

Cessi Pinkman
Bədbəxt personajı
İlk görünmə
  • Breaking Bad:
  • "Pilot" (2008)
  • Ən yaxşısı Sola zəng et:
  • "Breaking Bad" (2022)
Son görünmə
  • Breaking Bad:
  • "El Kamino" (2019)
  • Ən yaxşısı Sola zəng et:
  • "Waterworks" (2022)
Yaradan Vins Qilliqan
Canlandıran Aaron Pol
Məlumat
Tam adı Jesse Bruce Pinkman
Təxəllüslər
  • Cap 'n Cook
  • Diesel
  • Jesse Jackson
  • Mr. Driscoll
Cinsi kişi[d]
Peşə met istehsalçısı və satıcısı
Evi

Vins Qilliqan Cessini serialın ilk mövsümünün sonunda öldürməyi planlaşdırırdı, lakin Aaronun performansını və personajın tamaşaçılar tərəfindən sevildiyini gördükdən sonra fikrini dəyişdi. Tənqidçilər Cessinin dəyişməsindən xüsusilə təsirləndilər, o, xoşagəlməz bir narkotik satıcısından teleserialın sevilən qəhrəmanına çevrildi.[2] Pol ifasına görə 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Cessi Brüs Pinkman Nyu-Meksiko ştatının Albukerke şəhərində orta təbəqəli bir ailədə anadan olub.[3] Serialın əvvəllərində o, narkotik istifadəsi və satışı ilə məşğul olduğu səbəbindən ailəsi tərəfindən rədd edilmişdi. Valideynlərindən uzaqlaşan Cessi xərçəngdən əziyyət çəkən Cinni xalasının yanına köçməli olur, xalası vəfat edənə qədər onun qayğısına qalırdı. Ardınca Cessinin həmin evdə yaşamasına icazə verilir, çünki mülkiyyət onun valideynlərinin əlinə keçmişdi.

Cessi orta məktəbdə pis şagird idi, dərs oxumaqdansa dostları ilə əylənməyi və marixuana çəkməyi üstün tuturdu.[4] Cessinin həmişə "Cənab Vayt" deyə çağırdığı Volter Vayt, onun əvvəllər kimya müəllimi olmuşdu və ona dərslərində pis qiymətlər verirdi.[5] Volt Cessidən çox şey gözləmirdi. Cessi oxumayan şagird olmasına baxmayaraq məktəbi qurtara bildi, məzuniyyət mərasimi zamanı diplomu ona Volt təqdim etdi.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Shanfeld, Ethan. "'Better Call Saul': Bryan Cranston and Aaron Paul Will Guest Star in Final Season". Variety. April 9, 2022. April 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 9, 2022.
  2. Schultz, Robert Downs. "It's All About the Weight, Yo: A Meditation on Jesse Pinkman's Long Road Down". PopMatters. August 21, 2013. August 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2013.
  3. Trumbore, Dave. "'El Camino: A Breaking Bad Movie' Trailer Sees a Scarred Jesse Pinkman in a Standoff". Collider. September 24, 2019. February 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 28, 2020.
  4. Pilot // Breaking Bad. 1 sezon. 1 epizod. January 20, 2008. AMC.
  5. Grilled // Breaking Bad. 2 sezon. 2 epizod. March 15, 2009. AMC.
  6. El Camino: A Breaking Bad Movie // Breaking Bad. October 11, 2019. Netflix.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]