Pinus parviflora (lat. Pinus parviflora) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Xırdaçiçəkli şam | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Xırdaçiçəkli şam |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yaponiya nın dağ rayonlarında dəniz səviyyəsindən 2500 m hündürlüyə qədər olan ərazilərdə və Koreya sahilləri ndə Utserye yarımadasında bitir. Hündürlüyü 15–20 m-ə çatan ağacdır. Gövdəsi çox vaxt bünövrədən budaqlanır. Çətiri cavanlıqda ensiz-konusvarı olub, yaşlandıqdan sonra enli-konusvarı, şaxəlidir. Qabığı hamardır, yaşlandıqda nazik qabıqlarla çıxır. Cavan zoğlarında qabıqların qalınlığı təxminən 3 mm-dir, yaşıl və ya yaşılımtıl qonur olub, ağımtıl, qıvrım tükcüklərlə örtülür. Yaşlı zoğları açıq-boz rənglidir, çılpaqdır. Uc tumurcuqların uzunluğu 4–7 mm, eni 2,5–3 mm, yumurtavarı-silindrikdir, qatranlı deyil, qırmızı və ya tünd qonurdur, kənarları açıq saçaqlıdır. İynəyarpaqları dəstələrdə 5 ədəd olmaqla toplanır, 3 hissəlidir, uzunluğu 3-6 sm, eni 0,1-0,15 sm, yumşaqdır, tünd yaşıldır, ucu kütdür, kənarları seyrək dişlidir (1 sm kənarında 12-14 diş), zoğların uclarında yığılır, aşağı əyilir. Qozaların uzunluğu 5-10 sm, qalınlığı 3-4 sm, yumurtavarı və ya qısa silindrik, apofizləri ucunda enli-yumru, qabarıq, içəri qatlanmış, bir az bilinən göbəklidir tək və ya bir neçəsi bir yerdədir, yuxarı istiqamətlənir və ya horizontal olur, qatranlıdır, budaqlarda 6-7 il qalır. Toxumların uzunluğu 10 mm-ə qədər, uzunsov-yumurtavarı, qaramtıl, qısa qanadlıdır. Dekorativdir, -30 0 C şaxtalara dözür. Şamın bu növü 2008-ci ildən Bakı şəhərinin yaşıllaşdırılmasında geniş istifadə olunur. Cırtdan forması “Arnold Arboretum Dwarf” sütunvari çətiri ilə fərqlənir. “Cleary” formasının 10 yaşında hündürlüyü 0,9-1,8 m-ə çatır. Cırtdan piramidal formanın “Tempelhof” mavi-yaşıl iynəyarpaqları vardır. Boz-mavi yumşaq iynəyarpaqları olan “Negishi” forması da vardır. Bu formaların hamısı rütubətli, yaxşı drenajlı torpaqlara üstünlük verir, işıqsevəndir, duzlaşmaya və qaza davamlıdır. Abşeron da yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.