Yabanı halda Cənubi Koreya da və Yaponiya da bitir. Bu "Yapon gözəli" İsveçrə botaniki Karl Peter Thunberg tərəfindən təsvir olunmuşdur və bonsayın, landşaft yaşıllaşdırmasının yaradılması üçün ideal ağac hesab olunur. Hündürlüyü 18 m-ə çatan, tezböyüyən ağacdır. Digər şamlardan tumurcuqlarının açıq rəngli olmasına görə asanlıqla fərqlənir. Soyuğa davamlı hesab olunur. Toxumla çoxaldılır, ilk cücərtilər birinci il yavaş böyüyür, sonrakı dövrlərdə illik boy artımı hər il orta hesabla 50 sm-ə çatır. Yayın quraqlığındam və qış dövründə üzərinə yığılan qar qalığından Tunberq şamı zərər çəkmir. Budaqlarını budamaqla müxtəlif forma vermək olar. Duzlaşmış torpaqlara dözür, günəşli, kölgəli yerdə bitir. Lənkəran rayonunda təbii halda təsadüf edilir. Abşeron un güclü küləklərinə və şor suyuna davamlıdır, yaşıllaşdırmada az miqdarda rast gəlinir.
Tunberq şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Tunberq şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın "Qırmızı" və "Yaşıl Kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I–III cildlər. 2005; 2006; 2008.
Pinus thunbergii (lat. Pinus thunbergii) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.