Pinxos Sabsay

Sabsay Pinxos (Pyotr) Vladimiroviç (19 iyun (1 iyul) 1893 və ya 19 iyun 1893[1], Odessa, Xerson quberniyası[2]25 aprel 1980, Bakı) — sovet heykəltəraşı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ xalq rəssamı (1973), 1-ci dərəcəli Stalin mükafatı laureatı.

Pinxos Sabsay
Sabsay Pinxos (Pyotr) Vladimiroviç
Doğum tarixi (19.6)
Doğum yeri Odessa, Xerson quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Fəaliyyəti heykəltaraş
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası[d]
Janr heykəltaraşlıq
Stil sosialist realizmi
Tanınmış işi
Üzvlüyü
Mükafatları "SSRİ xalq rəssamı" fəxri adı — 1973 "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1960 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940 "Stalin" mükafatı — 1942
"Lenin" ordeni — 1959 "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni — 1978 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Pinxos Sabsay Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb.

1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, "Əmək" monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. İki il sonra onun Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə "İdmandan əməyə və müdafiəyə doğru" barelyefi yaradır. Bu əsər Bakıda İdman Sarayında qoyulub. 1933-cü ildə Bakı Fəhlə Teatrının foyesində onun müəllifi olduğu bir sıra barelyeflər yer alıb. 1937-ci ildə Sabsay Bakı neftçilərinə həsr etdiyi 12 metrlik "Qazma zərbəçiləri" bareyefinin də açılışı baş tutub.

"Neftçi Kaveroçkin", "Rəssam S. Bəhlulzadə", "Neftçi Babayev", "Yazıçı Süleyman Rəhimov", S. Vurğunun mənzil-muzeyi üçün monumental portreti və s. ibarət portretlər qalereyası var. "A. S. Puşkinin portreti" ("Elegiya") onun ən kamil əsərlərindəndir.

  1. The Fine Art Archive. 2003.
  2. Сабсай Пинхос Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.