Pitsunda kafedralı

Pervozvannı Həvari Andrey adına patriarx kafedralı (rus. Патриарший собор в Пицунде в честь Апостола Андрея Первозванного, translit. Patriarşiy sobor v Pitsunde v çest Apostola Andreya Pervozvannoqo), həmçinin Pitsunda kafedralı (rus. Пицундский храм, translit. Pitsundskiy xram)[1], Böyük Pitsunda kafedralı (rus. Большой Пицундский храм, translit. Bolşoy Pitsundskiy xram)[2] və ya Biçvinta kafedralı (gürc. ბიჭვინთის ტაძარი, translit. biçvintis tadzari) — Gürcüstan Respublikası əraziləri daxilində de-fakto müstəqil olan Abxaziya Respublikasının Qaqra rayonunun Pitsunda şəhərində gürcü ortodoks kafedralı. Kafedral hal-hazırda Abxaziya ortodoks kilsəsi tərəfindən istifadəyə verilir və həmin orqanın mərkəzi kimi fəaliyyət göstərir.

Pravoslav ortodoks
Pitsunda kafedralı
gürc. ბიჭვინთის ტაძარი
Din
İlahi gücü  gürcü ortodoks kilsəsi de-yure)
Abxaziya ortodoks kilsəsi de-dakto)
Yerləşməsi
Ölkə  Gürcüstan
Bölgə Abxaziya
Şəhər Pitsunda
Memarlıq
İnşa tarixi X əsr
Dövrü  orta əsrlər
Tikdirəni  III Baqrat
Üslubu Bizans memarlığı
Eni 25 m
Uzunluğu
  • 37 m
Hündürlüyü 29 m
Bərpası  1869
Vəziyyəti  Fəaliyyət göstərir
Pitsunda kafedralı xəritədə
Pitsunda kafedralı
Pitsunda kafedralı
Saytı
pitsundaorgan.tk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pitsunda kafedralı X əsrdə Gürcüstan kralı III Baqratın buyruğuyla tikilmişdir. Kafedral Abxaziya XVI əsrdə Osmanlı imperiyasının hegemoniyasına tabe olana qədər Abxaziya Gürcü Ortodoks Katolikosatının mərkəzi kimi fəaliyyət göstərir. XVII əsrdə yaşamış Fransa səyyahı Jan Şardenin yazdığına görə, artıq Pitsundada yaşamayan katolikos zeytun yağının əziz tutması mərasimini gerçəkləşdirmək üçün yepiskop və knyazlarla birlikdə kafedralı ildə bir dəfə ziyarət edərmiş. Kafedral 1869-cu ildə Abxaziya Rusiya imperiyasının hakimiyyəti altında olarkən bərpa edilmişdir.[3][4]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tikili üzərində xaç olan bir günbəzə malik üç nefli və üç apsidalı, uzanan yarımdairəvi apsidalı düzbucaqlı şəklində olan bir kafedraldır. Kafedral təsirli həcminə görə gözə çarpandır. Kafedralın hündürlüyü günbəzlə birlikdə – 29 metr (95 ft), uzunluğu – 37 metr (121 ft), qalınlığı – 25 metr (82 ft). Kafedralın divarlarının qalığı – 1.5 metr (4.9 ft). Tikili ağır bozrəngli qumdaşı bloklarının üzərində dayanır. Kafedralın divarları daş və kərpicdən hazırlanmışdır. Bu, Bizans memarlıq üslubu üçün tipik bir üsuldur. Kafedralda XIII və XVI əsrlərə aid divar rəsmlərinin qalıqları var. 1830-cu ildə kafedralda XII əsrə aid bir gürcücə yazılmış dörd incil əlyazması tapılmışdır. Əlyazma hal-hazırda Tbilisi şəhərində yerləşən Gürcüstan Milli Əlyazmalar Mərkəzində qorunub-saxlanılır.[5]

  1. "Пицундский храм". www.abkhazia.ru (rus). РУСАЛТУРС. October 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 3, 2019.
  2. Lopatin, N. Археологические открытия 2007 года (rus). ЛитРес. 2017. ISBN 9785457515574. 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  3. Акты собранные Кавказскою Археографическою Комиссиею (rus) (5). səh. 1069–1070.
  4. Экзеков, Мусса. По обе стороны Большого Кавказа. Сборник документов (1-я половина XIX века) (rus) (Том II). Питер. 2012. 574–575. ISBN 9785459008906.
  5. "Pitsunda Cathedral". abkhazia.travel (ingilis). Tourist site of Abkhazia. June 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 3, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]