Plantago sawadai

Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.

Böyük bağayarpağı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır.

Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir.

Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir

  • Plantago borysthenica Wissjul.
  • Plantago dregeana Decne.
  • Plantago gigas H. Lév.
  • Plantago jehohlensis Koidz.
  • Plantago latifolia Salisb.
  • Plantago macronipponica Yamam.
    • Plantago major var. borysthenica Rogow.
    • Plantago major var. gigas (H. Lév.) H. Lév.
    • Plantago major var. jehohlensis (Koidz.) S.H. Li
    • Plantago major var. kimurae Yamam.
    • Plantago major var. major major
  • Plantago major f. major
    • Plantago major var. paludosa Bég.
    • Plantago major var. pauciflora (Gilib.) Bég.
    • Plantago major var. sawadai Yamam.
  • Plantago major f. scopulorum Fr.
    • Plantago major var. sinuata (Lam.) Decne.
  • Plantago sawadai (Yamam.) Yamam.
  • Plantago villifera Kitag.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kseromezofitdir, meşə-kol, dağçəmən və alaq bitkilik tiplərində rast gəlir. Əsasən çəmən, meşə, kolluq, qumsal yerlər, yol kənarları, əkin, bağ və bostanlarda kiçik qruplar əmələ gətirir

Flavonoid, saponin, alkaloid, piyli yağlar, aşı və acı maddələr, C, B və K vitaminləri, karotin və qlikozidlərlə zəngindir

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Tibet, Çin, Koreya və xalq təbabətində, farmakologiya və homeopatiyada, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən dəri, böyrək, göz, şəkərli diabet, sidik kisəsi, mədə-bağırsaq, mədə və onikibarmaq bağırsaq xoraları, epilepsiya, ağciyər vərəmi, bronxit xəstəlikləri, habelə yanıqlar, bəd xassəli şişlər, sınıq, burxulma və zədələnmə, ağızda iltihab prosesləri, irinli yaralar və xoralar, diş və baş ağrıları zamanı istifadə olunur. Bakterisid, protistosid, sedativ, hipotenziv, hemostatik, qansaxlayıcı, bəlğəmgətirici, işlədici və şualanmadan qoruyucu təsirə malikdir.

Əkstəsirləri

[redaktə | mənbəni redaktə et]

Mədə şirəsinin yüksək turşuluğu ilə bağlı qastrit üçün ziyanlıdır.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri, kökü və toxumları istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər, dəmləmə və şirələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Yeməlidir, qızardılmış və üyüdülmüş toxumlardan alınmış un sousların və ədviyyatların (şorabalar üçün) hazırlanmasında istifadə olunur. Yem bitkisidir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 112.