Plasdarm (fr. place d'armes — "qoşunların toplaşma meydanı") — silahlı qüvvələrin cəmləşdirilməsi və yerləşdirilməsi üçün baza kimi istifadə edilən, öz və ya başqa dövlətin ərazisi (və ya onun bir hissəsi), habelə hər kəsə qarşı hərbi əməliyyatların aparılması məqsədilə, o cümlədən düşmən ərazisinə basqın hazırlanarkən yaradılan dayaq nöqtəsi;[1] strateji və ya əməliyyat əhəmiyyəti də ola bilər.[2] Buna misal olaraq İkinci Dünya Müharibəsi zamanı Normandiyada genişmiqyaslı dayaq meydanı olan Overlord əməliyyatını göstərmək olar.[3]
İvan Sıtinin Hərbi Ensiklopediyasında (1911-1915) plasdarm qoşun toplama yeri olduğu göstərilir və onun bir neçə mənaları nəzərdən keçirilir. Plasdarm - istehkamlarda, qala hasarlarının və qalaların giriş və çıxış hissələrində yolları əhatə edən, yığma, sıralama və ya qalada toplama sahəsi üçün xidmət edən meydandır. Plasdarm qalalarda daxil olma və ondan çıxış nöqtələridir. Plasdarmdakı silahlı qaravul Von adlanırdı.
Həmçinin plasdarm hücum zamanı ordunun su maneəsini (çay, göl və s.) keçərkən ələ keçirdikləri və ya əks sahilində geri çəkilən qoşunların saxladıqları ərazi parçası da adlanır. İkinci Dünya müharibəsi illərində, Dnepr çayını keçərkən, SSRİ Silahlı Qüvvələri 1943-cü ilin payızında Loyev şəhərindən Zaporojya şəhərinə qədər 750 kilometrlik bir zolaqda çayın sağ sahilində 27 plasdarm ələ keçirmişdi. Lakin onlardan 26-sı cəbhə boyu bir kilometrdən 10 kilometrə qədər, iki kilometrdən 9 kilometrə qədər dərinlikdə idi. Qırmızı Ordunun ikinci eşelon və ehtiyat qüvvələri tərəfindən nasist Almaniyasının işğalçılarına qarşı şiddətli döyüşlərdə bu plasdarmların bir hissəsi cəbhə boyu 20 kilometrə və 10-14 kilometr dərinliyə qədər genişləndirildi və SSRİ Silahlı Qüvvələri üçün operativ əhəmiyyət kəsb etdi.
Sahil kənarını qorumaq üçün plasdarmın müdafiə mövqeyinə körpü başı istehkamı və ya têt-de-pont (fr. tête de pont – “körpünün başı”) deyilir.
Taktiki plasdarmlar adətən birinci eşelonun qabaqcıl dəstələri, avanqardları və ya bölmələri tərəfindən hücum zamanı ələ keçirilir. Sonra isə döyüşə qatılan operativ qüvvələr - ikinci eşelon bölmələri və ehtiyat hissələri tərəfindən genşləndirilir. Həm taktiki, həm də əməliyyat plasdarmları hava-desant hücum qüvvələri tərəfindən ələ keçirilə bilər. Böyük plasdarmların olması geniş hücum əməliyyatları üçün əlverişli şərait yaradır. Belə ki, plasdarmlarda böyük qüvvələrin cəmləşdirilməsi su hövzələrinin hücumla keçilməsi zərurətini aradan qaldırır.
Birinci Dünya müharibəsindən əvvəl strateji plasdarmlar: