Platon Mixailoviç Melioranski (18 noyabr 1868 - 16 may 1906) — türkoloq, professor.
Platon Melioranski | |
---|---|
Platon Mixailoviç Melioranski | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq |
Elm sahələri | türkologiya[1], şərqşünaslıq[1] |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | Vasili Radlov |
Vikianbarda əlaqəli mediafayllar |
Platon Mixailoviç Melioranski 18 noyabr 1868-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdur.Orta təhsilini Peterburqda almışdır. Uşaq yaşlarından başlayaraq xarici dillərə böyük maraq göstərən Melioranski universitetə daxil olmaq vaxtı gələndə Peterburq Universitetinin filologiya fakültəsi ilə şərq dilləri fakültəsi arasında seçim etmək məcburiyyətində qalmışdır. Nəhayət, şərq dilləri fakültəsinin ərəb, fars və türkcə-tatarca bölməsini seçən Melioranski hələ liseydə oxuduğu vaxtlarda tanış olduğu V. Radlovun tövsiyəsi ilə türk dialektləri üzərində çalışmağa başlamışdır. Şərq dilləri fakültəsində təhsilinə davam edən Melioranski xüsusi olaraq V. Radlovdan türk dili dərsi alırdı. Radlov kimi Melioranski də ilk olaraq Altay dialektlərini öyrənməyə başlamış, daha sonra isə qazax dili üzərində dayanmışdır. Bundan başqa, Radlov ilə birlikdə «Kutadğu bilik»i oxumuş, çağatayca dil nümunələri üzərində çalışmışdır. Bu dərslər gənc Melioranski üçün olduqca yararlı idi. Çünki şərq dilləri fakültəsində həmin vaxtlarda türkologiyanın öyrənilməsində təkcə osmanlı türkcəsinin öyrənilməsinə yer verilirdi. 1820-ci ildə Melioranski şərq dilləri fakültəsinin köməyi ilə qırğız (qazax) dil və folkloru sahəsində axtarış etmək üçün Orenburq və Turğay ərazilərinə səyahətə çıxmışdır. «Kirgizskie poslovicy i zagadki» adlı məqaləsi bu gəzintinin məhsuludur. 1891-ci ildə şərq dilləri fakültəsini bitirən Melioranski universitetdə qalmış, o cümlədən Radlov ilə başladığı araşdırmalara da davam etmişdir. 1893-cü ildə işi ilə əlaqədar olaraq Avropaya səyahətə çıxan Melioranski London, Oxford, Leyden, Paris və Berlində çalışmalarına davam etmişdir. Bu gəzinti nəticəsində sonralar İstanbulda tapılan bir yazısından adının İbn Mühənna olduğu anlaşılan «Ərəb filoloqu»nun yazdığı lüğətin əl yazmalarını tapmış, onun üzərində uzun illər işləyərək çap etdirmişdir. 1894-cü ildə Melioranski Peterburq Universitetinin şərq dilləri fakültəsində dosent olaraq dərs deməyə başlamışdır. 1899-cu ildə «Pamjatnik v Cest' Kjul'- tegina» elmi tədqiqat işi yazmış, 1901-ci ildə isə doktorluq işini müdafiə etmişdir. 1904-cü ilin yazında Melioranski Vyanaya gedərək, xüsusilə Məhəmməd Salihin «Şeybani-namə» adlı əsəri üzərində işləmişdir. Melioranski yalnızca Gül Tekin abidələrini deyil, Koşo-Saydamda yerləşən əski türk abidələrinin tədqiqi ilə də məşğul olmuşdur. Onun Orxon və Yenisey abidələrinin tədqiqinə dair yazılmış bir neçə əsəri vardır. Melioranski uyğur dilində yazılmış mənbələri də nəzərindən qaçırmamışdır. Folklor üzərində apardığı araşdırmalarında isə qırğız (qazax) folklor nümunələrini toplamış, Çokanın üzə çıxardığı bir sıra qırğız rəvayətlərini də hazırlayıb, çapa təqdim etmişdir. Rus dilinə türk dilindən keçən sözlərin aşkar edilməsi, bu mövzuda yazılmış əsərləri böyük maraqla qarşılanmışdır. Melioranski bir neçə tənqidi əsərin də müəllifidir.
Platon Mixailoviç Melioranski 16 may 1906-cı ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.