Yunan oyanışı (Grek dirçəlişi və ya Grek oyanışı ya da Yunan dirçəlişi), XVIII əsrin sonu ilə XIX əsrin əvvəlləri arasında əsasən Şimali Avropada və ABŞ-də geniş tətbiq olunan bir memarlıq üslubudur. Yunan mədəniyyətinin məhsulu olaraq ortaya çıxan bu üslub, həm də Neoklassik memarlığın son mərhələsi olaraq xarakterizə edilmişdir. Bu konsepsiya ilk dəfə 1842-ci ildə Krallıq Rəssamlıq Akademiyasının professoru Charles Robert Cockerell tərəfindən verilən bir təqdimatda istifadə edilmişdir. Əsasən ABŞ-də təsirli bir cərəyan olduqdan sonra, bu terminin ingilis dilindəki adı olan Greek Revival (Yunan oyanışı) termini geniş şəkildə istifadə olunmuşdur.