Malta kərtənkələsi (lat. Podarcis filfolensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü.
Malta kərtənkələsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Malta kərtənkələsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Elədə böyük olmayan kərtənkələ növü. Uzunluğu 6,5 sm-dir. Quyruğunun uzunluğu təqribən bədən uzunluğunun iki qatıdır.
Rəngləri olduqca müxtəlif ola bilir. Boz rəngdən qəhvəyi yaşıl rənglər arasında dəyişir. Bel sütunu boyunca üç tünd zolaq uzanır. Böyür nahiyələrində tünd torlu ləkələr vardır. Qarın nahiyyəsi sarı, narıncı və qırmızı olur. Erkəklər daha parlaq rəngə sahib olurlar. Dişilər qəhvəyi rəngdə olur və üzərində ləkələr olur.
Kərtənkələnin yayılma arealı Malta arxipelaqı və Pelaqi adaları ilə məhdudlaşır. Areala Malta və onun ətrafında yerləşən Filfla, Qozo, Linoza, Lampione və d. adalar daxildir.
Növ əsasən sıx kolluqların arasında, qayalarda, tikililərin divarlarında, daşların arasında, otlaqlarda və bağlarda müşahidə olunurlar. Əsasən istisevər heyvanlardırlar.
Əsasən həşəratlarla və onurğasızlarla qidalanırlar. Üstəlik bitkilərin çiçəl və meyvələrini yedikləri də bilinir. Növ üçün hannibalizm qeydə alınmışdır.
Çoxalması zəif öyrənilmişdir. Erkəklər ərazilər üzrə yayılır və öz bölgələrini digər erkəklərdən qoruyurlar. Çütləşmə yaz ayları baş verir. dişilər 1—2 olmaqla yumurta qoyurlar. Hansı ki, iyul-avqust aylarında bu yumurtalardan balalar çıxır[2][3].
Yayılma ərazisinin kiçik olmasına baxmayaraq bu növ özü rənginə, ölçülərinə görə 5—6 yarımnövə bölünür. Hər bir yarımnöv bir və ya bir neçə adada yaşayır.
Yarımnövlər:
Altıncı yarımnövün Kominotto adasında yayılması bildirilir.
Yayılm arealının 5 km²-dən az olması onun qorunma statusunun təhlükə altınd olan növlər siyahısın salınmasına səbəb olmuşdur. Sayları stabildir. ancaq bəzi ərazilərdə yaşayış arealının daralması müşahidə edili. Flifla adasındakı paliqon səbəbi ilə P. f. filfolensis yarımnövüvün yaşayış arealı üçün təhlükə yaranmışdır. 1968-ci il hesablamalarına görə 2,5 ha əraziyə 300 baş kərtənkələ düşürdü. Bəzi ərazilərdə əsasəndə kiçik adalarda yayılan yarımnövlərin saylarında təhlükə ola bilər. Kərtənkələlərin yayılma arealının bəzi əraziləri qorunma bölgələridir[4].