Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Подгорица, serb-xorv. Aerodrom Podgorica) — Podqoritsa şəhərindən 11 km cənubda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri. Montenegro Airlines avia şirkətinin qərargahıdır.
Podqoritsa Beynəlxalq Hava Limanı | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
42°21′34″ şm. e. 19°15′07″ ş. u. |
|||||||||||
IATA: TGD – ICAO: LYPG | |||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||
Ölkə | |||||||||||
Açılış tarixi | 1961 | ||||||||||
Operator | Monteneqro Hava Limanları | ||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
ft / 43 m | ||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Rəsmi saytı | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Podqoritsa hava limanı bəzən Qoluboviçi olaraq adlandırılır. Bunun səbəbi onun Qluboviçi şəhərinin yaxınlığında yerləşməsidir. Monteneqronun Tivat hava limanı ilə birlikdə iki beynəlxalq hava limanından biridir. Hər iki hava limanı «Monteneqro havalimanları» (serb. Аеродроми Црне Горе, serb-xorv. Aerodromi Crne Gore) şirkətinin balansındadır. 2006-cı ildə hava limanı 400 min sərnişinə xidmət etmişdir. 2007-ci ildə Airports Council International Podqoritsa Beynəlxalq Hava Limanının 1 milyon insana xidmət edən ən yaxşı hava limanı elan edir.
1961-ci ildə Podqoritsadakı ilk hava limanı asfaltlı uçuş-eniş zolaqlı olaraq açıldı. Onun ərazisində həmin dövrdə radarlarla işləyən bir bina da var idi. Hava limanının ötürmə qabiliyyəti gündə təxminən 1000 sərnişin və 25-30 arası [[DC-9] tipli təyyarə idi.
13 iyul 1977-ci ildə hava limanı tam olaraq moderləşdirilmişdir. Öz dövrünün ən müasir hava limanlarından biri olmuşdur. Uçuş-eniş zolağı 2500 metr uzunluğa və 45 m enə malik olmuşdur. Yaxınlıqda isə uzunluğu 2500 m, eni isə 15 m olan zolaq təyyarələrin yola salınması məqsədi ilə istifadə edilirdi[1].
Son illərdə Monteneqroda hava nəqliyyatının sürətli inkişafı baş tutur. Köhnə terminal artıq kifayət deyildi. Bu səbəbdən yeni bir terminalın tikintisi zəruri idi.
14 may 2006-cı ildə sahəsi 5,500 m² olan yeni terminalın açılışı gerçəkləşir. Bu terminal il ərzində 1 milyon sərnişinə xidmət etmək imkanına sahib idi. Yeni terminalın tikintisinə əlavə olaraq, terminalın qarşısındakı ərazinin yenilənməsi və genişləndirilməsi, yol sisteminin təkmilləşdirilməsi, aerodromun işıqlandırma sistemi və elektrik təchizatı ilə bağlı işlər də görülmüşdür.
Hazırda hava limanında 2 kafe, 2 qəzet köşkü, mağazalar, avtomobil icarəsi məntəqəsi və Monteneqro Mərkəzi Bankının bölməsi vardır.
Hava limanı Monteneqro daxili və beynəlxalq uçuşlarına xidmət göstərir. Ancaq Monteneqronun iki əsas hava limanı bir-birindən 80 km məsafədə yerləşdiyindən müntəzəm daxili uçuşlar həyata keçirilmir. Monteneqroya uçuşlar çarter xarakterinə malikdir.
Buradan Avropa və Dünyanın bir çox şəhərlərinə bir başa uçuşlar həyata keçirilir.