Türkiyə–Polşa münasibətləri — Polşa ilə Türkiyə Respublikası arasındakı ikitərəfli diplomtik münasibətlər. Polşanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var. Türkiyənin Varşavada səfirliyi vardır. Hər iki ölkə NATO və Aralıq dənizi Birliyinin üzvüdür.
Türkiyə–Polşa münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Polşa–Türkiyə münasibətləri tarixən çətin olmuşdur və ilk dəfə XV əsrdə qurulmuşdur[1]. Osmanlı İmperiyası dünyada Polşa-Litva Birliyinin Bölünməsini tanımayan yeganə böyük ölkə olur. Xarici səfirləri qəbul edərkən Padişah davamlı olaraq Polşa səfiri barədə soruşurdu, bundan sonra sədrəzəm (böyük vəzir) ona yaxınlaşır və qulağına pıçıldayırdı, lakin hamının eşidə bilməsi üçün bu sözləri deyirdi: "Polşa səfiri yoldadır, amma bəzi çətinliklər üzündən gecikir." ... Bəzi əsərlərdə xarici səfirlərin illik qəbulları zamanı Sədrəzəmin davamlı olaraq “Polşalı həmkarınız haradadır?” sualı ilə Rusiya, Avstriya və Prussiya səfirlərinə müraciət etdiyi yazılmışdır. Onu aranızda görmürəm. "Bu vəziyyət, 127 il davam edir. Birinci Dünya müharibəsi sonunda Polşa müstəqilliyini bərpa edir.
XIX əsrdə Krım müharibəsi ilə yanaşı, noyabr və yanvar qiyamlardan sonra bir çox Polşalı müharibə iştirakçısı Osmanlıya gəlir. Mixail Çaykovski kimi bir çox Polşa zabiti Osmanlı ordusunda xidmət edir. Polşalı general Marian Lanqeviç ömrünün son illərini Osmanlıda keçirir, Osmanlı ordusunda döyüşür, İstanbulda vəffat edir. Buradaca Heydərpaşa qəbiristanlığında dəfn edilir. Polşa xalq şairi Adam Mitskeviç ömrünün son aylarını İstanbulda keçirir və oradaca ölür. Yaşadığı ev onun xatirə muzeyinə çevrilmişdir.
Türkiyədə polşalılara aid olan Polonezköy (Adampol) kəndi var. Kənd İstanbulun Anadolu hissəsində, 1842-ci ildə Noyabr üsyanında iştirak etmiş polşalı qazilər tərəfindən qurulmuşdur. XIX və XX əsrlərdə bura yeni köçkünlər gəlir. 2009-cu il məlumatına görən kənddə hələ də bir Polşa diasporu vardır.
Çexoslovakiyanın işğalından sonra Nazist Almaniyasının Türkiyədəki səfiri Frans von Papen, Türkiyə hökumətindən Çexoslovakiyanın Ankaradakı səfirliyinin binasını Almaniyaya verilməsini istədi və bunu Anşlussdan sonra Avstriya səfirliyinin oxşar köçürülməsi ilə əsaslandırdı və razılıq aldı. Polşa işğal edildikdən sonra Polşa səfirliyinin binası üçün eyni xahişi edildi, lakin o zaman Türkiyə prezidenti olan İsmət İnönüdən istəyi rədd edərək bu sözləri dedi: “Polşa ilə çoxdankı dostluq ənənəmiz var. Bir vaxtlar, Polşanın bölünməsindən sonra, Türkiyə 150 ildir Polşa səfirinin gəlişini gözləyirdi. İndi qısa müddət üçün polşalı dostlarımızı əsəbiləşdirməyəcəyəm və Türkiyə heç bir halda sizin tələbinizi yerinə yetirməyəcək.”. Almaniya səfirliyinin Polşa səfirliyindən uzaq olmadığını nəzərə alsaq, Frans fon Papen müharibə boyu iqamətgahının pəncərəsindən Polşa bayrağını görə bilirdi.
Polşa əsilli məşhur türklər arasında dramaturq Nazim Hikmət və soprano opera müğənnisi Leyla Gencer də var.