Pol Boyer (ing. Paul Delos Boyer; 31 iyul 1918[1][2][…] – 2 iyun 2018[3][2][…], Los-Anceles, Kaliforniya[5]) — amerikalı kimyaçı. ATP sintezinin enzimatik təbiətini kəşf etdiyinə görə 1997-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adına layıq görülmüşdır.
Pol Boyer | |
---|---|
ing. Paul D. Boyer | |
Doğum tarixi | 31 iyul 1918[1][2][…] |
Vəfat tarixi | 2 iyun 2018[3][2][…] (99 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Təhsili |
|
Fəaliyyəti | biokimyaçı, universitet müəllimi[d] |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Fəlsəfə doktoru (1943 il). ABŞ Milli Elmlər Akademiyasının (1970 il)[6] və Amerika Fəlsəfə Cəmiyyətinin (1998 il)[7] üzvü.
O, 1939-cu ildə Brigam Yanga Universitetində kimya üzrə bakalavr dərəcəsi və 1943-cü ildə Madisondakı Viskonsin Universitetində biokimya üzrə doktorluq dərəcəsi alıb. Minnesota Universitetində 1946–63-cü illərdə fermentlərin təsir mexanizmini öyrənmək üçün kinetik, izotop və kimyəvi tədqiqat üsullarını təqdim etdi. 1963-cü ildə Los-Ancelesdəki Kaliforniya Universitetində kimya və biokimya professoru oldu (1999-cu ildən əməkdardır). Burada o, ATP sintezi mexanizmini öyrənib, bunun üçün 1997-ci ildə Con Uokerlə birlikdə kimya üzrə Nobel mükafatını alıb. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1968 il).
2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı[8][9][10].
18 cildlik "Fermentlər" kursunun redaktoru (1971–90 illərdə). Əsasən fermentlər üzrə 300-dən çox əsərin də müəllifidir.