Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus × canescens | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Populus × canescens |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır.
Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir.
İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir.
Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Tez böyüyən, dekorativ ağacdır. Azərbaycanda хüsusən meşəsiz rayonlarda (Naхçıvanda) çayların, oazislərin, süni terrasların yaradılması üçün əkilib becərilir. Abşeronda bağ və parklarda rast gəlinir.