Populus tremula var. villosa

Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.

Əsməqovaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur.

Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir. Mart-aprel aylarında meyvə verir.

Koreya, Monqolustan və Rusiyada təbii halda yayılmışdır. Azərbaycanda BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, bəzən Nax. dağ. Orta, nadir hallarda aşağı dağ qurşaqlarında. (850–2000 m d.s.y.)

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Dərman kimi istifadə olunur. Selliloza alınmasında, çəllək üçün taxta, kibrit çöpləri və s. almaq üçün istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Tremula vulgaris Opiz

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Populus australis Ten.
  • Populus bonatii H.Lév.
  • Populus cilicica Kotschy ex Wesm.
  • Populus davidiana Dode
  • Populus davidiana f. foliotardus X.S.Zhang & H.Y.Jiang
  • Populus davidiana f. laticuneata Nakai
  • Populus davidiana var. longipetiolata T.B.Chao
  • Populus davidiana var. longipetiolata T.B.Chao
  • Populus davidiana var. lyshehensis T.B.Chao & G.X.Liou
  • Populus davidiana f. ovata Z.Wang & S.L.Tung
  • Populus davidiana f. pendula (Skvortsov) Z.Wang & S.L.Tung
  • Populus davidiana var. pendula Skvortsov
  • Populus davidiana var. pilosa Nakai
  • Populus davidiana var. rubrolutea T.B.Chao & W.C.Li
  • Populus davidiana f. tomentella (C.K.Schneid.) W.Lee
  • Populus davidiana var. tomentella (C.K.Schneid.) Nakai
  • Populus duclouxiana Dode
  • Populus jesoensis Nakai
  • Populus microcarpa Hook.f. & Thomson
  • Populus monticola Mert. ex Loudon
  • Populus oxyodonta Mert. ex Loudon
  • Populus pseudotremula Rubtzov
  • Populus pseudotremula Schur
  • Populus repanda Baumg.
  • Populus rotundifolia Griff.
  • Populus rotundifolia var. bonatii (H.Lév.) Z.Wang & S.L.Tung
  • Populus rotundifolia var. duclouxiana (Dode) Gombócz
  • Populus sieboldii Miq.
  • Populus stricta Mert. ex Loudon
  • Populus supina Lodd. ex G.Don
  • Populus tremula var. australis (Ten.) Nyman
  • Populus tremula var. davidiana (Dode) C.K.Schneid.
  • Populus tremula subsp. davidiana (Dode) Hultén
  • Populus tremula var. dodeana Rouy
  • Populus tremula f. flagelliformis Karhu
  • Populus tremula var. freynii Hervier
  • Populus tremula f. parvifolia Kuvaev
  • Populus tremula var. pendula Loudon
  • Populus tremula lusus pendula (Loudon) Asch. & Graebn.
  • Populus tremula f. pilosa (Nakai) Sugim.
  • Populus tremula var. repanda (Baumg.) Nyman
  • Populus tremula f. rthensis T.Bunusevac & S.Jovanovic
  • Populus tremula f. sallensis Hämet-Ahti
  • Populus tremula var. sieboldii (Miq.) H.Ohashi
  • Populus tremula var. sieboldii Kudô
  • Populus tremula f. tomentella C.K.Schneid.
  • Populus tremula f. umbraculifera T.Bunusevac & S.Jovanovic
  • Populus tremula var. villosa (Láng) Peterm.
  • Populus tremuloides var. sieboldii (Miq.) Schelle
  • Populus villosa Láng
  • Populus wutaica Mayr
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1034.