Postojna mağarası

Postojna mağarası (sloven. Postojnska jama) — 24340 m uzunluğu olan karst tipli mağara. Cənub-qərbi Sloveniyada, Postojna şəhəri yaxınlığında yerləşir.

Postojna mağarası

Pivka çayının fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Karst termininin yaranmasına səbəb olan bu mağaranın daxilində temperatur il boyu 10 °C olur. Mağaranın 5,3 km-i ictimaiyyətə açıqdır — dünyada tək mağaradır ki, ərazisinin ən böyük məsafəsi dünyan turistləri üçün açıqdır.[1]

Mağara XVII əsrə aiddir. Mağaranın yeni əraziləri təsadüfən 1818-ci ildə Luka Çeçi adlı sadə işçi tərəfindən kəşf edilmişdir və buranın ilk turist rəhbəri Çeçi olmuşdur. Dünyada ilk mağaradır ki, 1872-ci ildə burada relslər və qatarlar turistlər üçün istifadəyə verilmişdir. 1884-cü ildə mağara elektrik işıqları ilə təchiz edildi.[2]

İkinci Dünya müharibəsi dövründə, Alman işğalçı qüvvələr, mağaranı 1000 barel təyyarə yanacağı saxlamaq üçün istifadə edirdi. Bu yanacaq 1944-cü ilin aprelində Sloveniyalı Partizanlar tərəfindən məhv edilmiş və yanğın 7 gün davam edərək mağaranın böyük qismini zədələmişdir. 1990-cı ildə dünyanın ən çox turist qəbul edən mağaralarından biri olmuş və illik turist sayı təxminən 1 milyona çatmışdır.[3]

Burada 150 növ heyvan məskən salmışdır ki, onların bəziləri endemikdir. Mağarada yerləşdirilən akvariumda dünyada ən böyük Troqlobit amfibiya və uzunluğu 20 sm olan Proteus anguinus endemik heyvanları saxlanılır. Həmçinin, burada mağara faunasını nümayiş edən vivari mövcuddur.[4]

2014-cü ilin aprelində dünyada mağara və karst fenomeni haqqında ən böyük "EXPO Postojna Karst Mağarası " sərgisi açılmışdır. Sərgidə turizmlə əlaqədar mağaranın inkişaf tarixi ilə bağlı interaktiv təqdimatlar nümayiş etdirilir. Ziyarətçilər, karst fenomenləri haqqında müxtəlif materialları üç ölçülü model üzərində öyrənir.[5]

  1. "Natural sights Postojna Cave". 2019-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  2. "Postojna Cave – the background". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  3. "Postojna Cave - Culture of Slovenia". 2019-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  4. "Vivarium, where you can observe some rare cave species". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  5. "Postojna Cave and Predjama Castle are world-class attractions!". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Официальный сайт
  2. Postojnska-jama